Ali Məqamlı Rəhbərin informasiya bloku

Təşəkkür ünvanında işçilərə hədiyyə verilməsi

Sual. Əgər bir şəxs bir idarə işçisinə təşəkkür məqsədilə hədiyyə verirsə, bunun hökmü nədir? Baxmayaraq ki, idarə işçisi heç bir təmənna olmadan işini yerinə yetirmişdir.

Cavab: Müraciət edən şəxslərin iş yerində idarə işçilərinə hədiyyə vermələri təhlükəli işlərdən biridir. Bu işdən nə qədər çəkinsəniz, bir o qədər dünya və axirətinizin xeyrinə olacaqdır. Yalnız bir halda bu hədiyyəni qəbul etmək caizdir, o da budur ki, hədiyyə verən şəxs çox təkid edir və idarə işçisi də hədiyyəni qəbul etməkdən imtina edir, nəhayət, hansısa bir şəkildə bu hədiyyəni ona verir. Bundan əlavə, hədiyyəni həmin iş yerinə yetirildikdən sonra verməli və öncədən də heç bir sözləşmə və təvəqqe olmamalıdır.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər