Ali Məqamlı Rəhbərin informasiya bloku

Ölmüş insanın bədən üzvlərindən köçürülmə əməliyyatında istifadə

Sual. Mən öz əzalarımı bağışlamaq və ölümümdən sonra bədənimdən istifadə edilməsini istəyirəm. Öz istəyimi əlaqədar orqanlara da çatdırmışam. Onlar da məndən bu istəyimi vəsiyyətnamədə yazmağımı və varislərimi bu istəyimdən xəbərdar etməyimi tələb etmişlər. Mənim belə bir haqqım varmı?

Cavab: Bir insanın canını xilas etmək və ya onun xəstəliyini müalicə etmək üçün meyitin əzalarından götürüb ona köçürülməsinin işkalı yoxdur. Bu işi vəsiyyət etməyin də maneəsi yoxdur. Lakin əgər meyitin bədənindən hansısa əzaların götürülməsi “müslə” (meyitə hörmətsizlik məqsədilə burnunun, qulağının və ya dodağının kəsilməsi) hesab olunarsa, yaxud camaat arasında meyitə hörmətsizlik hesab olunarsa, bunun işkalı vardır.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər