Ali Məqamlı Rəhbərin informasiya bloku

Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi

İslam İnqilabının “Fəcr dekadası” (Fəcr ongünlüyü) münasibətilə bu gün səhər (çərşənbə) mərhum İmamın (r.ə) müqəddəs məqbərəsini ziyarət edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei namaz qılıb “Fatihə” oxuduqdan sonra İslam İnqilabının dahi banisinin xatirəsini ehtiramla yad etdi.

Həzrət Ayətullah Xamenei habelə Dövlət Məsləhət Şurasının mərhum rəhbərinin məzarı önündə Quran oxuyub Allahdan ona bağışlanma, əvf və rəhmət dilədi.

İslam İnqilabının Rəhbəri sonra 7 tir və dövlətçilik uğrunda canlarını qurban vermiş şəhidlərin məzarları önündə Behişti, Rəcai, Bahünər və digər möhtərəm şəhidləri dərin hörmətlə andı.

İslam İnqilabı və Müqəddəs Müdafiə şəhidləri, Əhli-beyt (əleyhimissalamın) hərəmlərinin müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlər, təzəlikcə Plasko qəzası zamanı xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qəhrəman və mömin yanğınsöndürənlərin də məzarlanı ziyarət edən Ali Məqamlı Rəhbər bu ixlaslı fədakarların xatirəsini əziz tutdu və Allah dərgahından onlara yüksək dərəcələr dilədi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /