Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sərbəst atəşin mənası içdən gələn xalis mədəni fəaliyyətdir

Mübarək Fitr bayramı günü İran İslam Respublikasının mömin və dindar əhalisi bir aylıq orucluğun və Allah-taalaya bəndəçiliyin şükrünü yerinə yetirmək üçün ölkənin hər yerində çox böyük təntənə ilə bayram namazı təşkil edib kərim olan Allahdan ən yaxşı diləkləri dilədilər. Bu əzəmətli və mömincəsinə iştirakın mərkəzi Tehranda İmam Xomeyni (r.ə) müsəllası oldu. Burada mübarək Fitr bayramı namazı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qılındı.

Həzrət Ayətullah Xamenei Fitr bayramının xütbələrində qeyd etdi ki, bu ilin Ramazan ayı sözün əsl mənasında “mübarək” oldu: “İsti günlərdə oruc tutmaq, gənclərin böyük Quran və maarif məclislərində göz oxşayan izdihamlı iştirakı, insanların məscid və məhəllələrdə açdıqları sadə iftar süfrələri, bilmədən cinayət törətmiş məhbusların azadlığa çıxması üçün yardım göstərilməsi, ehtiyaclıların müalicə xərclərinin təmin edilməsi, Qədr gecələrində Allaha təvəssül etmək, yalvarıb dua etmək cəmiyyətdə ruhi coşqu və mənəvi mühitin olmasının əlamətlərindəndir. Bütün bunlar həm də xalqın mənəvi möhkəmliyini daha da artırır, çətin yolları qət etmək üçün zəmin yaradır. Bu mənəvi ehtiyatların qədrini bilib onu qorumaq lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, “Qüds günü” yürüşü, habelə böyük və izdihamlı seçkilərin keçirilməsi, ordunun düşmənlər üzərinə qüdrətli hücumu xalqın ümid və başıucalıq səbəbi, eyni zamanda ictimai dəyər ehtiyatlarındandır. O, habelə vurğuladı ki, sözügedən ehtiyatları qorumaq lazımdır: “Bu qiymətli ehtiyatları qorumaq xalq arasında vəhdəti, birliyi və inqilabçı maraqları qorumaqla, İnqilabın hədəf və ideyaları istiqamətində edilən hərkətlə şərtlənir”.

O çıxışının davamında yeni hökumətin daha tez təşəkkül tapacağına ümidvar olduğunu dedi: “Yeni hökumət bu ilə verilmiş adın məzmunundan çıxış edərək istehsalın artırılması və gənclərin məşğulluq probleminin həlli üçün nəzərdə tutulan böyük işləri xalqın yarıdımlarından istifadə edərək həyata keçirməli və bu işləri ciddiyətlə təqib etməlidir”.

Ölkənin qarşısında duran ən mühüm işlərdən birinin mədəni işlər olduğunu deyən İslam İnqilabının Rəhbəri düşmənin mədəniyyət sahəsində daha çox nüfuz edəcəyi yerlərə işarə edərək dedi: “Dövlətin aidiyyatı qurumları ilə yanaşı böyük xalq qurmları, fikir və düşüncə sahibi olan təşəbbüskar və əzmkar gənclər sərbəst atəşlə mədəniyyət sahəsinin nüfuz ediləcək yerlərini bağlasınlar, bu sahədə fəaliyyət göstərib işlər görsünlər”.

Həzrət Ayətullah Xamenei “sərbəst atəş” anlayışının izahını verərkən dedi: “Sərbəst atəşin mənası puç düşüncəli iddiaçıları tələbkar, qarşılığında isə ölkənin inqilaçı cərəyanını borclu çıxarmaq, qanunsuzluq və söyüş söymək deyil, içdən gələn və fərqləndirici mədəni fəaliyyətdir”.

O vurğuladı: “Ölkənin yüksək hədəflər istiqamətində hərəkət etməsini istəyən inqilabçı və qayğıkeş qüvvələr hər şeydən çox ölkədə nizam-intizamı, qanunları və sabitliyi qorumalı, sui-istifadələrin qarşısını almalıdırlar”.

İslam İnqilabının Rəhbəri Bayram namazının xütbələrinin son hissəsində İslam dünyasında mövcud olan problemlərə, xüsusilə İslam ümmətinə dəymiş yaralardan biri kimi Yəmənin vəziyyətinə, habelə Bəhreyn və Kəşmir problemlərinə işarə edərək dedi: “İslam Respublikası düşmənlər və rəqiblər qarşısındakı mövqelərini açıq şəkildə elan etdiyi kimi, İslam dünyası, xüsusilə müsəlman alimləri və ziyalıları despotlara, Ramazan ayında Yəmən xalqına hücum etmiş zalımlara olan nifrətlərini, bu məzlum xalqa dəstəklərini, habelə İslam dünyasının digər problemləri ilə bağlı münasibətlərini elan edərkən öz mövqelərini açıq şəkildə ortaya qoysunlar. Hətta təcavüzkar düşmənlər onların mövqelərdən narazı qalsalar belə”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /