Ali Məqamlı Rəhbərin informasiya bloku

Şami-qəriban mərasimi keçirildi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, dövlət rəsmiləri, qəlbində Kərbəlanın azad insanları və şəhidlərinin hüznü olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər ağası və öndəri Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasim çıxışında Aşura qiyamı ilə Həzrət Bəqiyyətullahın (ə.f) zühurunun ortaq mesajlarından danışan Höccətül-İslam vəl-müslimin Pənahiyan daşlaşma və qərbçiliyin cəmiyyətdə intizar düşüncəsinin yayılmasına mane olan ən mühüm amillərdən olduğunu dedi: “Gözləyən insan qlobal məsuliyyət hissi ilə dünyaya hakim olan zülm dolu vəziyyətə etiraz etməli, sevgi ilə və aktiv bir gözləyici simasında arzu olunan utopik Məhdəvi dövlətinin hazırlıq işlərini həyata keçirmək üçün çalışmalıdır”.

Bu mərasimdə İnsani və Mütii cənabları Həzrət Seyyidüşşühəda (ə) və onun ailəsinin başına gələn müsibətlərdən danışıb mərsiyyə və növhə oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /