Ali Məqamlı Rəhbərin informasiya bloku

Ayətullah Xamenei Myanmaya 10 milyard riyal yardım ayırdı

Qırmızı Aypara Təşkilatının sədri və Vəliyyi-Fəqihin bu qurumdakı nümayəndəsinin Myanmada baş vermiş faciəli hadisələr nəticəsində rohingiyalı müsəlmanların qarşılaşdığı ağır şərait haqqında İslam İnqilabının Rəhbərinə ünvanladığı məktubun ardınca Həzrət Ayətullah Xamenei yardım məqsədilə Myanmanın məzlum və köməksiz qaçqınlarına 10 milyard riyal (təqribən 300 min dollar) pul ayırdı.

Qırmızı Aypara Təşkilatının sədri və Vəliyyi-Fəqihin bu qurumdakı nümayəndəsi məktubda Myanmadakı insan faciəsi və yüz minlərlə müsəlmanın didərgin düşdüyünü qeyd edərək Qırmızı Aypara Cəmiyyətinin qaçqınlara etdikləri yardımlar və bu istiqamətdə göstərdikləri fəaliyyətlər haqqında məlumat vermişdi.

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /