Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranın Fələstin məsələsindəki dəyişməz mövqelərindən məmnunuq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə yazdığı məktubda imperializmin müqavimət qalası olan Qəzzanı alt-üst etmək, işğalçı rejimə qarşı mübarizəyə son qoymaq, regionun asılı dövlət başçılarının işğalçı rejimlə olan əlaqələrini normal və adi vəziyyətə gətirmək məqsədi ilə Qüdsə və Fələstin xalqına qarşı hazırladığı böyük planın ayrı-ayrı hissələrindən söz açan Fələstin İslami Müqavimət Hərəkatının Siyasi İdarəsinin (Həmas) rəhbəri cənab İsmayıl Həniə İran xalqına müqavimət hərəkatını dəstəklədiyinə və İslam İnqilabının Rəhbərinə istiqamətləndirici tövsiyələr veridiyinə görə təşəkkürünü bildirmişdir: “Biz Qüdsdə və Qərb sahili daxilində xalqın coşqulu İntifadasını başlatmaqla Allahın izni ilə əsrin diktatorunun (Tramp), yaxın və uzaq paytaxtların ikiüzlü dövlət başçılarının Fələstin məsələsinə son qoyulması ilə bağlı planlarını darmadağın edəcəyik”.

Bu məktubda Həmas hərəkatının komandir və mücahidlərinin, habelə bütün Fələstin xalqının salamlarını İslam İnqilabının Rəhbərinə və İran xalqına çatdırdığını yazan Cənab Həniə iranlıların imperializmə qarşı müqavimət göstərib mübarizə aparan bir ölkədə yaşayan nəcib bir xalq olduğunu vurğulayıb: “Fələstinin bütün əzmkar əhalisi İslam Respublikasının Fələstin və Qüds məsələsindəki qiymətli və dəyişməz mövqelərindən, müxtəlif tipli yardımları ilə Fələstin xalqının müqavimətini dəstəkləməsindən məmnundur”.

Məktubda müqavimətin əsaslarını darmadağın emək üçün İslam ümməti, xüsusilə müqəddəs Qüdsə qarşı böyük və təhlükəli planların həyata keçirildiyi qeyd edilmişdir: “Bu planlar daha öncədən bizə məlum olsa da, son aylar və günlərdə Riyad konfransı və Trampın İranı, Hizbullahı və Həması özlərinin sıraya düzülmüş düşmənləri adlandırması və öz sionist baxışı əsasında Qüdsü yəhudilərin paytaxtı elan etməsi ilə bu həqiqət əvvəlkindən daha çox aşkara çıxdı”.

Cənab Həniə məktubunun davamında Fələstin xalqının dərdlərinin bir hissəsindən, humanitar böhran yaratmaq və ən mühüm müqavimət qalasını zəiflətmək məqsədi ilə Qəzza sakinlərinin mühasirəyə alınması, onlara qarşı hərtərəfli dərman, tibbi və iqtisadi sanksiyalar tətbiq edilməsindən söz açmışdır: “ABŞ və məğlubiyyətə uğramış bəzi dövlət rəhbərləri Fələstin məsələsinə və işğalçı rejimə qarşı olan müqavimətə son qoyulmasını istəyirlər. Bunu ona görə istəyirlər ki, ABŞ və İsrailin razılığını qazanmaq üçün ləhləyən dövlət başçıları sionizm rejimi ilə olan əlaqələrini təbii məcraya salsınlar, aşkara çıxarsınlar, əvəzində də düşmənçilikləri İrana doğru yönəltməklə və şiə-sünni təəssübkeşliyini qızışdırmaqla İslam ümmətinin qütbünü sapdırsınlar”.

Həmasın siyasi idarəsinin rəhbəri bu məktubda qeyd etmişdir ki, ABŞ-ın Qüdsü sionist rejimin paytaxtı elan etməsi ərəb-İsrail ittifaqı məsələsində region rəhbərlərinin qarşısında duran maneənin aradan qaldırılması və müqavimətin tərki-silah edilməsi istiqamətində atılmış bir addımdır. O, məktubunda Ali Məqamlı Rəhbərə xitabən yazmışdır: “Mən həzrət alinin İslam Respublikasının idarə edilməsində, habelə onun Fələstin məsələsinə son qoyulması layihəsinə qarşı mübarizə aparan mömin komandirlərinin oynadığı rola, ümmətin ayağa qalxması istiqamətində verdiyi bəyanatlara, nifaq və hiylə rəhbərlərinin sövq edildiyi uçurumdan qorunmasına dərindən iman etmişəm”.

O, məktubunun davamında çətin vaxtlarında Fələstinin yanında olduğu və islami vəzifəsinə əməl edərək müqaviməti dəstəklədiyi üçün İrana təşəkkürünü bildirmişdir: “Şübhəsiz ki, İslam İnqilabının Ali Rəhbərinin dahiyanə rəhbərliyi sayəsində İran mücahidlərin güclənməsində, Fələstində müqavimət və mübarizə seçiminin daha da kök atmasında böyük üstünlük sahibi olmuş və olacaqdır”.

Cənab Həniə yazmışdır ki, Fələstin və Qüds məsələsinə qarşı həyata keçirilən cari planın darmadağın edilməsinin yolu xalqın Qərb sahili və Qüdsdəki coşqulu İntifadasından keçir: “Biz bu qərarı xalqımızın iştirakı ilə daxildə və xaricdə dəstəkləyəcəyik ki, əsrin tağutunun, yəni Trampın Fələstin, xüsusilə onun dini simvolu olan Qüds məsələsinə son qoymaq üçün yaxın və uzaq paytaxtlarda hazırladığı böyük plan iflasa uğrasın və Allahın izni ilə bu planın həyata keçməsinə əsla icazə verməyəcəyik”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /