Ali Məqamlı Rəhbərin informasiya bloku

Yaşayış evi tikmək üçün ehtiyac duyulan torpaq sahəsinin xümsü

Sual. Bir şəxsin öz şəninə uyğun olan və ailəsinə yaşayış evi tikmək üçün ehtiyac duyulan ikinci bir torpaq sahəsi vardır. Həmin şəxs əgər xüms ili ərzində orada еv tikməsə və ya bir il ərzində tikib qurtara bilməsə, onun xümsünü vermək  vacibdirmi?
Cavab: Ehtiyac hesab olunan evi tikmək üçün alınan torpaq sahəsinə xümsün düşməməsi məsələsində şəxsin bir və ya bir neçə torpaq sahəsinə sahib olması, həmçinin bir və ya bir neçə ev tikmək istəməsi əsas götürülmür. Bu məsələdə meyar – şəxsin ürfi şəni baxımından həmin evə onun “ehtiyac”ı olması, həmçinin maddi imkan baxımından bu evi tədricən tikə bilməsidir.
 
700 /