Ali Məqamlı Rəhbərin informasiya bloku

Əzadarlıq dəstələrinin gecə yarısınadək yürüşü

Sual: Məhərrəm ayının gecələrində əzadarlıq dəstələrinin yürüşünün təbil və neyin müşayiəti ilə gecə yarısına qədər davam etməsi barədə sizin nəzəriniz nədir?
Cavab: Seyyidüş-şühəda (ə) və onun səhabələri üçün əzadarlıq dəstələrinin yürüşünü təşkil etmək və bu mərasimlərdə iştirak etmək bəyənilən bir işdir və insanı Allaha yaxınlaşdıran böyük əməllərdəndir. Amma başqalarının narahatlığına səbəb olan və ya şəriət baxımından öz-özlüyündə haram olan işlərdən çəkinmək lazımdır.
 
700 /