Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yüksək təvazökarlıqla qılınan namaz cəmiyyəti islah edəcək

XXVII Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə bütün effektiv metodlardan istifadə edərək namazın təbliğinə səy göstərilməsinin zəruri olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, problemlər və çirkinliklərin böyük bir hissəsi namaza diqqət yetirilməməsindən qaynaqlanır: “Namaz yüksək təvazökralıq və hüzurla qılınarsa, cəmiyyətə söz və əməldə islahat və yüksəliş bəxş edər”

İslam İnqilabının Rəhbərinin müraciətinin mətni bu gün (çərşəbə) səhər Simnan əyalətində keçirilən Ümumrespublika Namaz Konfransında Vəliyyi-Fəqihin Simnan əyaləti üzrə nümayəndəsi Höccətül-islam Şahçiraği tərəfindən oxundu.

Həzrət Ayətullah Xameneinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Allahın salavat və salamı olsun Muhəmmədə və onun pak ailəsinə

Hər il təşkil edilən “Namaz Konfransı” bütün digər əməllərə və vacib işlərə ruh üfürə və onları səmərəli edə biləcək vacib bir ibadətə görə edilən təşəkkürün bir əlamətidir: “Əgər qəbul olsa, başqa ibadətlər də qəbul olar. Digər tərəfdən, bu ilahi hədiyyənin haqqını tanımayan və ona qarşı laqeyd olanlara böyük bir xidmətdir. Namaz yüksək təvazökarlıq və hüzurla qılınarsa, cəmiyyətə söz və əməldə islahat və yüksəliş bəxş edər. Problemlərimiz və bulaşdığımız çirkinliklərin böyük bir hissəsi bu xəbərdaredici həqiqətə diqqət yetirilməməsindən qaynaqlanır.

Buna görə də bütün effektiv metodlardan isitfadə edərək namazın təbliğinə çalışmaq hər birimizin qarşısında duran böyük vəzifələrdəndir. Siz, bu konfransın təşkilatçıları, xüsusilə mücahid alim Höccətül-İslam cənab Qiraəti həmd olsun Allaha, bu yolda ilahi uğura nail olmusunuz.

Təhsil Nazirliyi bu sahədə ən səmərilələrdən ola bilər.

Məktəbləri yeniyetmələrin namaz qılması ilə bəzəyin. Bu, cəmiyyətin sağlam gələcəyi üçün ən yaxşı təzminatdır”.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Seyid Əli Xamenei
04 dekabr 2018-ci

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /