Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İqtisadi problemlərin açarı milli istehsalı artırmaqdır

İslam İnqilabının Ali Rəhbəri 1398-ci hicri şəmsi ilinin başlanması münasibəti ilə ünvanladığı müraciətdə əziz həmvətənlər, xüsusilə şəhid və qazilərin möhtərəm ailələrini “Novruz bayramı” və Əmirül-möminin Həzrət Əlinin (ə) mübarək mövludu münasibəti ilə təbrik etdikdən sonra İran xalqına şad və xoşbəxt bir il, can sağlığı, daim artmaqda olan maddi və mənəvi uğurlar arzuladı və yeni ili “İstehsalın artırılması” adı ilə adlandırdı.

Həzrət Ayətullah Xamenei 1397-ci ili qiymətləndirərkən onun macəra dolu bir il olduğunu dedi: “Düşmənlər bu ildə İranla bağlı çox planlar hazırladılar, ancaq İran xalqı sözün həqiqi mənasında onlardan üzüağ çıxdı, əzmkarlıq, ayıqlıq və gənclərin səyləri sayəsində həmin planları puça çıxardı”.

İslam İnqilabının Rəhbəri xalqın ABŞ və Avropanın siyasi və iqtisadi sahələrdəki güclü sanksiyalarına verdiyi reaksiyanın möhkəm və güclü bir reaksiya olduğunu dedi: “Bu reaksiyanın siyasət sahəsindəki təzahürü 22 Bəhmən yürüşü və xalqın il boyu tutduğu mövqelər oldu. İqtisadi mübarizə sahəsində də elmi və texnoloji innovasiyaları, elm əsaslı şirkətləri, ölkənin cənubunda müxtəlif qaz layihələrinin istifadəyə verilməsi və Bəndər-Abbas iri neftayırma zavodunun açılışı kimi daxili siyasi və infrastruktur istehsalını artırmaqla İran xalqı düşmənlərin düşmənçiliyi və xəbisliyi qarşısında öz gücünü, kimliyini və əzəmətini göstərdi, İran xalqının, İnqilabın və İslam Respublikasının heysiyyəti daha da artdı”.

Müraciətinin davamında ölkənin əsas probleminin elə iqtisadi problem olduğunu deyən Rəhbər son aylarda əhalinin məişət problemlərinin artdığını vurğulayaraq dedi: “Bu problemin bir hissəsi iqtisadiyyat sahəsində mövcud olan və aradan qaldırılması zəruri olan idarəetmə çatışmazlığı ilə bağlıdır. Təbii ki, proqram və tədbirlər düşünülmüşdür. Bu tədbirlər yeni il ərzində nəticə verməli və xalq onun təsirlərini hiss etməlidir ”.

Həzrət Ayətullah Xamenei yenidən vurğuladı ki, ölkənin prioriteti və təxirəsalınmaz məsələsi iqtisadiyyatdır. O bildirdi ki, milli valyutanın qiymətinin aşağı düşməsi, əhalinin alıcılıq qabiliyyətinin azalması, bəzi müəssisələrin az işləməsi və ya işlərini dayandırması ölkə iqtisadiyyatının əsas problemlərindəndir: “Ekspertlərin araşdırmaları və rəyləri bu problemlərin açarının “Milli istehsalın artırılması”nda olduğunu göstərir”.

İslam İnqilabının Rəhbəri 1397-ci ilin şüarının, yəni İran məhsulunun himayə edilməsi sloqanının xalq tərəfindən yaxşı qarşılanmasına və onun müsbət təsirlərinə işarə edərək dedi: “Bu ilin əsas və ümdə məsələsi istehsaldır. Çünki istehsal hərəkətdə olarsa, həm məişət və məşğulluq problemləri öz həllini tapar, həm də ölkənin yadlar və düşmənlərdən ehtiyacsız olmasına səbəb olar, hətta milli valyuta problemini kifayət qədər aradan qaldırar. Buna görə də mən bu il üçün “İstehsalın artırılması” sloqanını şüar təyin edirəm”.

Həzrət Ayətullah Xamenei hamını ölkədə istehsalın gücləndirilməsi istiqamətində çalışmağa çağırdı və bu səylərin il ərzində fərq ediləcək şəkildə artırılacağı təqdirdə iqtisadi problemin həll yoluna düşəcəyinə ümidvar olduğunu dedi.

O, İmam Rahil və başıuca şəhidlərin pak ruhlarına salam göndərdi və Həzrət Vəlliyi Əsri (ə.f) salamlayaraq o cənabdan dua etməsini istədi və Allah-taaladan İran xalqına və Novruz bayramını əziz tutan bütün xalqlara xoşbəxtlik dilədi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /