Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müharibə olmayacaq; ABŞ-la müzakirə zəhərdir

Bu gün (çərşənbə axşamı) hökumət rəhbərləri və dövlət işçiləri ilə görüşdə məsul şəxslərə, xüsusilə xalqla bağlı işlərdə, dəbdəbəli həyat tərzindən uzaq durmaq və beytül-mal məsələlərində təqvalı olmağın zəruri olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei iqtisadi problemlərin həlli və istehsalın daha da yaxşılaşdırılması məsələsində üç qüvvənin məsul şəxslərinin üzərinə düşən vəzifələrdən danışdı. O, hesablamaların dəyişməsi və məsul şəxslərin təslim olması, habelə xalqın dövlətdən uzaq düşməsi üçün ABŞ-ın həyata keçirdiyi çirkin tədbirlərdən söz açaraq dedi: “Düşmənlə mübarizədə İran xalqının qəti seçimi budur ki, bütün sahələrdə müqavimət göstərəcək. Çünki ABŞ-ın indiki hökuməti ilə müzakirə ikiqat zəhərdir. Təbii ki, müharibə olmayacaq. Hal-hazırki mübarzə iradələrin mübarizəsidir. Bu mübarizədə İran xalqı və İslam dövlətinin iradəsi düşmənin iradəsindən daha güclüdür və Allahın lütfü ilə bu dəfə də qalib gələcəyik”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində Ramazan ayının təqva ayı və Allah-taaladan qorxu hissinin daha da vüsət alması üçün bir zəmin olduğunu dedi: “Quran vəd verib ki, təqva bəsirət və nicata, rəhmət və hidayətin cəlb edilməsinə, haqqın batildən ayırd edilməsi gücünə səbəb olur. Təqva olarsa, heç bir dalan olmaz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Qurani-Kərim nöqteyi-nəzərindən təqvanın başqa bir yönü Allahdan qeyrisinə qarşı təqvalı olmadqıdr: “Allahdan qeyrisinə qarşı təqvalı olmaq o deməkdir ki, Allahdan başqa heç bir gücdən qorxmuruq, öz həyatımız və gələcəyimizi onlardan asılı və onların əlində olduğunu düşünmürük”.

O, İmam Rahilin (r.ə) Ramazan ayında mənəvi ehtiraslardan, xüsusilə hökmran olmaq ehtirasından qorunmağın lazım olması ilə bağlı dediyi hikmətli kəlamı xatırladaraq məsul şəxslərə səsləndi: “Biz məsul şəxslərin danışığı, davranışı və qərarlarının insanların həyatında taleyüklü rolu var. Buna görə də məsul şəxslərin təqvalı olmağa hər kəsdən çox ehiyacı var. Çünki onlar təqvasız olarsa, insanların hüquqları bərpa edilə bilməyəcək şəkildə pozulacaqdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, təqva və əmanətdarlıq iş və vəzifələrin həvalə edilməsinin ən mühüm parametrlərindəndir.

O, beytul-mal məsələlərində ehtiyatlı olmaq, özünü nəfsin üsyanlarından qorumaq, sərvət toplamaq və dəbdəbəli həyata meyil göstərməkdən ciddi şəkildə çəkinməyin məsul şəxslərin qarşısında duran zəruri vəzifələrdən olduğunu dedi: “Əziz Peyğəmbər (s) və Əmirül-mömininin (ə) həyat tərzi nəfslərinin istəklərinə nail olmaq, mal və sərvət toplamaq üçün güc və qüdrət əldə etməyə çalışan dünyapərəstlərin həyat tərzindən tamamilə fərqlənir. İslam Respublikasında da məsul şəxslər o böyük şəxsiyyətlərin həyat tərzini özlərinə örnək edərək israf, dəbdəbə və təmtəraqlı həyat tərzindən uzaq durmalıdırlar”.

Çıxışını ölkənin iqtisadi məsələlərinə keçid etməklə davam etdirən İslam İnqilabının Rəhbəri prezidentin idarəçilik və proqramlaşdırmaların daha da ciddiləşdirilməsinin zəruriliyi ilə bağlı fikirlərinə işarə edərək dedi: “Cənab prezidentin qaldırdığı məsələlər həyata keçirilməsi vacib olan məsələlərdir. Onların gerçəkləşdirilməsi elə məsul şəxslərin və hökumətin öz əlindədir. Bu sahədə yol açıqdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hazırki şəraitdə ölkənin ən mühüm problemi iqtisadiyyat, məişət problemləri, xalqa, xüsusilə zəif və orta təbəqəyə olan təzyiqdir: “İqtisadi problemlər və iqtisadi proqramın olmaması hər bir ölkənin etibarını zədələməklə yanaşı, əhalidə, xüsusilə zəif təbəqədə sıxıntı yaratdığı üçün düşmənin tamahına da zəmin yaradır”.

O vurğuladı ki, iqtisadi probemlərin həlli məsələsi məsul şəxslərin iş gündəliyində ciddi şəkildə yer almalıdır: “İqtisadiyyat sahəsində maneələr var, ancaq heç bir çıxılmazlıq yoxdur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İqtisadi problemlər başda ABŞ olmaqla, düşmənlərimizin analoqu olmayan sanksiyalarla İrana zərbə endirəcəyini güman etməsinə səbəb olmuşdur. Halbuki İslam Respublikasının dəmiri xalqın və məsul şəxslərin əzmkarlığı sayəsində daha da möhkəmlənəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ölkə iqtisadiyyatı yaxşı infrastrukturlara və imkanlara malikdir: “Ölkə iqtisadiyyatı bir neçə xroniki xəstəlikdən əziyyət çəkir. Əgər hazırkı sanksiya şəraitində bu xəstəlikləri aradan qaldırmaq mümkün olsa, İran iqtisadiyyatı sıçrayış edəcək”.

O qeyd etdi ki, neft və xam neft satışından asılılıq, hökumət qurumlarının iqtisadi məsələləri lazımsız müdaxilələri, 44-cü maddənin siyasətlərinin müvafiq şəkildə həyata keçirilməməsi, biznes mühitinin yararsız vəziyyətə salınması, maneə yaradan qanunlar ölkə iqtisadiyyatının xroniki xəstəliklərindəndir: “Bu ilin ilk dörd ayında məclis və hökumətin həyata keçirməli olduğu büdcənin struktur islahatı, habelə bank sisteminin islahı həyata keçirilməsi zəruri olan mühüm və əsas məsələlərdəndir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu struktur və infrastruktur fəaliyyətlərin həyata keçirilməsi üçün cəsarətli, ümidverici, mücahid idarəetməyə, problemlərin əyani təyininə, düşmən qarşısında passiv olmamağa, iqtisadiyyatın ixtiyarımız xaricində olan məsələlərdən asılı olmamasına ehtiyac var”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təəssüflər olsun ki, son illərdə ölkə iqtisadiyyatı dəfələrlə başqalarının qərarları ilə şərtləndi və işlərin çoxu ABŞ-ın qərarlarından asılı oldu, nəticədə də investor və iqtisadi fəal öz işini bu məsələlərlə şərtləndirdi”.

Ayətullah Xamenei qeyd etdi ki, iqtisadi problemlərin həlli yollarından biri ölkə əhalisinin geniş potensialından istifadədir. O, habelə vurğuladı ki, hökumətin iqtisadiyyatın müxtəlif sahələrini sıradan çıxaran amillərlə mübarizə aparması çox zəruridir: “Qaçaqmalçılıq, dəllallıq, zəruri ərzaqların xəyanətkarcasına alışı və möhtəkirliklə narahatlıqlar yaranacağından qorxmadan qətiyyətlə mübarizə aparmaq laızmdır. Bu sahədə hər kəs hökumətə dəstək verməlidir”.

Ümumi bir təfəkkür kimi üç qüvvənin diqqət və fəaliyyət mərkəzində olması zəruri olan bir neçə əsas iş və vəzifə haqqında məlumat verən Həzrət Ayətullah Xamenei bir çox problemlərin həlli açarının istehsalın daha da yaxşılaşdırılması məsələsi olduğunu dedi: “Cihad əzmkarlığı və mütəxəssis gənclərdən isitfadə sayəsində istehsalın daha da yaxşılaşdırılmasına mane olan amillər aradan qalxa biləndir. Əgər bu məqsəd reallaşsa, məşğulluq, inflyasiyanın azalması, əhalinin rifahı və ixracat məsələlərində sürət yaranacaq”.

O bildirdi ki, gənclərə etimad əsas həll yoludur: “Harada gənc nəsilə eimad etdiksə, ixiyarına minimum imkanlar verdiksə, inkişaf etdik”.

İnqilabın Rəhbəri qeyd etdi ki, dövlətin tərifəlayiq istehsal nailiyyətləri, o cümlədən iki min km-dən hədəfi vuran ballistik və kruiz raketlərin istehsalı mömin, motivasiyalı və yorulmaz gənclərə etimadın nəticəsidir: “Uranın 20% zənginləşdirilməsi, tibbi atom ehtiyaclarının təmin edilməsi məsələsində də işi gənclərə həvalə edəndə bir çoxlarının inamszlıqlarına baxmayaraq, onlar belə bir mühüm işin öhdəsindən gəldilər. Qeyd edim ki, zənginləşdirmənin ən çətin mərhələsi 20%-ə çatdırmaqdır. Sonrakı mərhələlər bundan asan mərhələlərdir”.

O soruşdu: “Bu cür gənclər sənaye problemlərini həll edə və müxtəlif sahələrin itmiş halqalarını tapmaqla işləri nizama sala bilməzlərmi?”

İnqilabın Rəhbəri bəzi istehsal və kənd təsərrüfatı vahidlərinin işlərini dayandırması xəbərinin acı olduğunu deyərək Sənaye Nazirliyinə bu ehtiyacları aradan qaldırmaq üçün istehsal vahidlərinin ehtiyac duyduğu maddələrin (ehtiyat hiissələri, xam mal və dəzgahla) siyahısını tərtib etməyi və bu ehtiyacları aradan qaldırmaq üçün çağırış etməyi tövsiyə etdi: “Bu maddələrin çoxu ölkə daxilində təmin edilə bilər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hökumət və digər qüvvələrin ikinci əsas vəzifəsi, xüsusilə k/t sahəsində özünütəmin səviyyəsinə nail olmaq üçün proqramlı şəkildə dayanmadan çalışmaqdır: “Təəssüflər olsun ki, bir mərhələdə “məhsulların xaricdən alınması daha ucuz başa gəlir, daxili istehsal iqtisadi cəhətdən sərf etmir” fikri özünütəmin prosesinə zərbə vurdu”.

O əlavə etdi: “Əlbəttə, bəzi məhsulların, o cümlədən buğdanın xaricdən alınması sərfəli ola bilər, ancaq bu mühüm məhsulun idxalının qarşısını alsalar, nə edəcəyik? Buna görə də daha çox çalışaraq rasional özünü təmin yoluna davam etməliyik”.

İnqilabın Rəhbəri benzin sahəsində də özünütəminin mühüm əhəmiyyət daşıdğını dedi: “SEPAH-ın zəhməti sayəsində yaradılıb istifadəyə verilmiş “Farz körfəzi ulduzu” neftayırma zavodu mövcud gen-bol istehlakın 1/3%-ni təmin edir ki, bu da çox mühüm göstəricidir”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Ölkənin gücü və abrı özünütəmindədir. Ölkənin mühüm ehtiyaclarını özümüz istehsal və təmin etməliyik”.

İnqilabın Rəhbəri biznesin asanlaşdırılması məsələsinin qüvvələrin ümumi iş proqramına aid olan məsələlərdən olduğunu dedi: “Qanun-qaydaların çoxluğu, bəzən də ziddiyyətli olması praktiki olaraq biznes mühitinin yaxşılaşmasına mane olur. Maneə yaradan bu problem çox böyük ciddiyyətlə aradan qaldırılmalıdır”.

İnqilabın Rəhbəri k/t sahəsinin prioritet sahələrdən olduğunu dedi: “Bu sahə həm qida məhsullarının təmini, həm də məşğulluq cəhətdən çox mühüm əhəmiyyət daşıyır. Kəndlərdə aqrar sənayenin yaradılması və kəndlilərin k/t məhsullarının satış probleminin aradan qaldırılması ilə bu məsələyə tam diqqət ayırmaq lazımdır. Çünki bunun ölkənin gücü və inkişafında çox böyük rolu var”.

İnqilabın Rəhbəri məhsuldar, gənc, motivasiyalı və yorulmaz işçi qüvvəsinin böyük və misilsiz bir sərvət olduğunu dedi: “Universitetlər və universitetlərdən kənarda minlərlə tədqiqatçı qrupları vardır ki, yaxşı və həlledici ideya və fikirlərlə sənaye, mədən və digər sahələrdə iş dövriyyəsini hərəkətə gətirə və yerdə qalmış işləri reallaşdıra bilərlər”.

O qeyd etdi ki, selin vurduğu ziyanlarən aradan qaldırılması müxtəlif istehsal sahələrinin daha da yaxşılaşdırılması üçün yaxşı fürsətdir: “Daşqınların vurduğu ziyanları aradan qaldırmaq üçün ayrılmış kreditlər müəssisələrin inkişafı ilə nəticələnəcək şəkildə proqramlaşdırılmalı və istiqamətləndirilməlidir”.

Həzrət Ayətullah Xamenei mənzil tikintisinin sahibkarlıq fəaliyyətinə aid olan işlərdən olduğunu dedi: “Son bir neçə ildə diqqətdən kənarda qalmış məsələlərdən biri mənzil tikintisi məsələsinə diqqət ayrılmaması olmuşdur”.

O əlavə etdi: “Seldən ziyan görmüş həmvətənlər üçün ev tikilməsi və dağılmış evlərin təmiri fürsətindən istifadə etmək lazımdır. Müxəlif qurumlar və özəl sektorun köməyi ilə mənzil tikintisi sahəsində məşğulluq və istehsal istiqamətləri üzrə böyük hərəkət yaratmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində ABŞ-ın anti-İran fəaliyyətləri və tədbirlərindən danışdı: “Düşmənlə qarşıdurmada iki yol var: Ya biz geri çəkilməli və qarşılığında onlar irəliləməlidir. Ya da biz müqavimət göstərməliyik ki, bizim İslam Respublikası təcrübəmiz göstərdi ki, harada düşmənə müqavimət göstərdiksə, qarşılığını aldıq”.

O bildirdi ki, iqtisadiyyat sahəsində müqavimət hərbi sahədə müqavimətdən fərqlənir: “İqtisadi sahədə müqavimət ölkənin iqtisadi strukturunu möhkəmləndirməkdir. Bunun üçün problemlərlə ciddi məşğul olmaq və işləri ciddiyyətlə aparmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, islahat aparmaq üçün gözümüz ölkədən xaricdə olmamalıdır: “Yada göz dikmək ölkəyə zərbə dəyməsinə səbəb olur. Bunun nümunəsini avropalıların HBFP-la bağlı münasibətində görürük”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bizim avropalılarla heç bir problemimiz və davamız yox idi. Ancaq onlar öhdəliklərinin heç birinə əməl etmədilər və etmirlər. Eyni zamanda davamlı olaraq HBFP-na sadiq qaldıqlarını iddia edirlər”.

O vurğuladı ki, hökumətlə yanaşı, əhali də iqtisadi problemlərin həllində həlledici rol oynayır: “Əhali daxildə istehsal edilmiş məhsulları almaqla və İran məhsuluna dəstək verməyə davam etməklə, israfdan çəkinməklə, virtual məkanda yayılan şayiələrə əhəmiyyət verməməklə, alverdə ifrata yol verməməklə istehsalın yaxşılaşmasına kömək edə bilər”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında amerikalıların mövcud şəraitlə bağlı planlaırndan danışdı: “Onlar bütün səylərini səfərbər ediblər ki, kəskin iqtisadi təzyiqlərlə ilk növbədə məsul şəxslərin hesablama sistemini sonda onların təslim olması ilə nəticələnəcək şəkildə dəyişsinlər, kincisi isə, xalqı dövlətə qarşı qoysunlar”.

O vurğuladı ki, ABŞ-ın planları və hesablamaları keçən qırx ildə olduğu kimi, səhvdir və nəticə verməyəcək: “Amerikalılar bu dəfə də mütləq, məğlub olacaqlar. Bu məsələdə heç bir şübhə yoxdur”.

İslam İnqilabının Rəhbəri dedi: “İran İslam Respublikasına qarşı olan kin və qəzəbləri ABŞ liderlərini kor etmişdir, düzgün hesabama apara bilmirlər”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın ekspertlərinin bir çoxunun İran və müqavimət qurupları ilə bağlı sərgilənən mübarizə metoduna qarşı olduğunu qeyd edərək dedi: “ABŞ-ın indiki rəhbərləri müxtəlif məsələləri, habelə İslam Respublikası ilə bağlı məsələləri düzgün anlaya bilmirlər”.

O vurğuladı ki, heç kəs ABŞ-ın zahiri zəhmindən, hədəsindən və hay-küyündən qorxmasın: “Böyük güclər öz işlərini adətən hədə-qorxu və hay-küylə həyata keçirirlər. Bu təhdidlərin qarşısında istənilən növ geri çəkilmə yanlışdır”.

İslam İnqilabının Rəhbəri dedi: “ABŞ-la yanaşı, Fars körfəzi ” regionunun qarunlarının sərvətindən də qorxmaq olmaz. Çünki heç nə edə bilməzlər.

Həzrət Ayətullah Xamenei dedi: “ABŞ 1979-cu il və İslam İnqilabının qələbəsindən əvvəl indikindən çox qüdrətli idi. O dövrün prezidneti Karter ABŞ-ın indiki prezidentindən həm çox ağıllı, həm də çox güclü idi. Məhəmmədrza Pəhləvi də onların məmuru kimi onlara tam şəkildə tabe və bütün işlərə hakim idi. Ancaq İran xalqı yalın əllə həmin ABŞ-ı məğlub etdi. Onu da qeyd edim ki, indiki inqilabçı gənclər 79-cu ilin gənclərindən heç də geri qalmırlar, onların inqilabçı təfəkkürləri də çox dərindir”.

O vurğuladı ki, ABŞ-ın İslam Respublikası ilə düşmənçiliyi artmayıb, sadəcə, keçən qırx illə müqayisədə daha açıq və aşkar olub: “Bilməliyik ki, yüksək səslə təhdid edən adamın gücü və qüdrəti səsi qədər böyük deyil”.

İslam İnqilabının Rəhbəri bildirdi: “ABŞ-ın indiki hökumətinin digər dövlətlərlə müqayisədə İslam dövləti ilə daha açıq düşmənçilik etməsi sionist rejimin maraqlarına xidmətdən irəli gəlir. Başqa sözlə desək ABŞ-ın siyasətlərinin çoxu sionistlərin əlindədir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ-ın indiki rəsmilərinin, o cümlədən ölkənin hazırki prezidentinin iddia və mübahisələrinin səbəbi budur ki, bizim siyasətlər İranda dəyişikliyə səbəb olub: “Bəli, İranda dəyişiklik baş verib. Ancaq bu dəyişiklik ondan ibarətdir ki, xalqın ABŞ-a olan nifrəti onqat artıb”.

O bildirdi ki, İslam Respublikasının maraqlarının daha da əlçatmaz olması, gənclərin əzmkarlığının artması, hərbi və təhlükəsizlik qüvvələrinin hazırlığının artması İranda baş verən dəyişikliklərdəndir: “ABŞ-ın prezidenti deyir ki, mən gələn vaxtdan hər cümə İranda dövlət əleyhinə yürüş olur. Bu fərdə demək lazımdır ki, birincisi, cümə günü yox, şənbə günü, ikincisi də, Tehranda yox, Parisdə”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın sosial və iqtisadi sahələrdəki böyük və daxili probemlərinin olduğunu dedi: “Bu məsələ adətən, diqqət mərkəzindən kənarda qalır. ABŞ hökumətində mühüm sosial probemlər, ziddiyyət və qarışıqlığın olması düşmənin zəif vəziyyətdə olduğunu göstərən bir reallıqdır”.

O, ABŞ-ın dövlət mərkəzlərinin rəsmi məlumatlarına isitnadən 41 milyon amerikalının aclıq və qida təhlükəsinə məruz qalması, yeni doğulmuş körpələrin 40%-nin qeyri-qanuni olması, 2 milyon 200 min nəfərin həbsdə olması (dünya əhalisinə nisbətdə ən yüksək göstərici), narkotik maddələr istiafadəsi üzrə ən yüksək statistik göstəriciyə malik olması, dünya üzrə odlu silahdan istifadə hadisəsinin 31%-nin ABŞ-da baş verməsinin bu ölkənin gerçəkliklərindən olduğunu dedi: “Bəziləri ABŞ-ı çox böyük, zəhimli və təhlükəli göstərməyə çalışmasınlar. Təbii ki, düşmənin düşmənçiliyini də unutmamaq lazımdır. Ancaq həqiqət budur ki, ABŞ müxtəlif problemlərlə qarşı-qarşıyadır”.

O əlavə etdi: “Qeyd etdiyimiz daxili problemlərlə yanaşı, ABŞ-ın siyasi və təhlükəsizlik aspektindən yürütdüyü səhv siyasətlər bu ölkənin ziyanına tamamlanıb. Bizim regionda, Avropa və bəzi Asiya dövlətləri ilə mübarizə onlar üçün çox problemlər yaratmışdır. 7 trilyon dollar xərc çəkilməsi və regionda nəticə əldə edilməməsi prosesi hələ də davam edir, baxmayaraq ki, əlləri səudiyyəlilərin də kisəsindədir”.

Həzrət Ayətullah Xamenei bəzi ABŞ ekspertlərinin İslam Respublikasına edilən təzyiqlərin İran iqtisadiyyatında sıçrayışla nəticələnəcəyinə dair etdikləri xəbərdarlıqlardan söz açaraq dedi: “ABŞ İran xalqı və İslam dövlətinin möhkəmlənməkdə olan istehkamı ilə mübarizədə mütləq, məğlub olacaq”.

O, bəzilərinin “ABŞ-la müzakirələrin nə eybi var?” tipli fikirlərinə işarə edərək dedi: “Həzrət İmamın (r.ə) təbiri ilə desək, nə qədər ki, adam olmayıblar, ABŞ-la müzakirə aparılması zəhərdir. Hələ üstəlik bu ölkənin indiki hökuməti ilə müzakirə ikiqat zəhərdir”.

İnqilabın Rəhbəri bu gerçəyə açıqlama gətirərək dedi: “Müzakirənin əsl mənası bazarlıq və alğı-satqıdır. Onlar bu bazarlıqda İranın güclü nöqtələrini hədəfə alıblar”.

O əlavə etdi: “Deyirlər ki, gəlin, raketlərlə bağlı müzakirə aparaq. Bunun da həqiqi mənası budur ki, siz raketlərinizin mənzil və dəqiqliyini azaltmalısınız. Yəni, bir gün biz sizi hədəfə alanda siz cavab verə bilməyəsiniz. Məlumdur ki, İranda heç kəs bu təklifi qəbul etməz. Buna görə də həmin hay-küylər davam edəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu məsələ din və inqilab məsələsi də deyil. Çünki qeyrəti və şüuru olan heç bir iranlı ölkənin güclü nöqtələrini onun əlindən almaq istəyən tərəflə bazarlıq etmək istəməz”.

O, düşmənin müzakirələr kontekstində qarşıya qoyduğu əsl məqsədlərlə bağlı başqa bir nümunəni qeyd etdi: “Siyasi və təhlükəsizlik strategiyasının dərinliyi hər bir ölkə üçün həyati bir məsələ olduğu kimi, bizim üçün də regionda strateji dərinlik çox mühümdür. Onlar buna görə narahatdırlar, İranın çox yaxşı olan strateji dərinliyi üzərindən bazarlıq etmək istəyirlər. Bunu kimsə qəbul edərmi?”

İnqilabın Rəhbəri vurğuladı: “Bu gerçəkliklərə əsasən, ABŞ-la, hətta istənilən dərrakəli adamla müzakirə aparmaq yanlışdır. Heç bir dəyərə, o cümlədən əxlaq, qanun və beynəlxalq normaya hörməti olmayan bu adamlarla müzakirə aparmaq məzhəkə və tamamilə mənasızdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təbii ki, bizim ağlı başında olanlarımız arasında müzakirə etmək istəyən adam yoxdur. Xalq da müzakirə istəmir. Yalnız bəziləri qıraqda-bucaqda nələrsə danışırlar”.

İnqilabın Rəhbəri ABŞ-ın sabiq prezidentinin ona yazdığı məktublara işarə edərək dedi: “Üzdə bunlardan daha ütülü görünən Obama bizə “Sənə fəda olum” məzmunlu bir məkub yazdı. Mən bir müddətdən sonra ona cavab yazdım. Dərhal ikinci məktubu yazdı. İstəyirdim ki, cavab yazam, 2009-cu il fitnəsi baş verdi və o, bütün sözlərini və hörmətlərini unudub sevinc və məmnunluq içərisində fitnə və fitnəçilərə dəstək verməyə tələsdi”.

İnqilabın Rəhbəri bildirdi ki, ABŞ İran xalqının müqaviməti qarşısında geri çəkilmək məcburiyyətində qalacaq: “Müqavimət hərbi qarşılaşma deyil. Bəzilərinin qəzet və ya virtual məkanda müharibə olacağı ilə bağlı ortaya atdıqları fikirlər boş və yalandır”.

O vurğuladı: “Müharibə nəzərdə tutulmayıb, heç olmayacaq da. Çünki biz qətiyyən müharibəni başlatmaq niyyətində deyilik, onlar da bilirlər ki, müharibə onlara sərf etmir”.

İnqilabın Rəhbəri çıxışının sonunda dedi: “Hal-hazırki qarşılaşma iradələrin qarşıdurmasıdır. Biz daha güclü iradəyə malik olduğumuz və Allaha təvəkkül etdiyimiz üçün, inşallah, xalqı gözəl gələcək gözləyir”.

O vurğuladı: “İran İslam Respublikası Allahın lütfü, xalqın müqaviməti, ayıqlığı və iradəsi, mötərəm prezidentin işarə etdiyi yeni idarəetmə və tədbirlər sayəsində bu meydanın qalibi olacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident cənab Ruhani dedi: “2018-ci il xalqımız üçün, xüsusilə məişət çətinlikləri, xalqın yaşayışı, dövlət gəlirlərinin azalması baxımından çətin il oldu”.

Prezident keçən illərdə böyük layihələrin həyata keçirilməsi, o cümlədən Cənubi Parsın 15 fazasının açıldığına işarə edərək dedi: “Bu müddət ərzində Orta Şərqdə analoqu olmayan ən böyük Qaz Kondensasiyalarının Emalı Zavodunun açılışı benzin istehsalının iki dəfə artmasına və özünüəmin səviyyəsinə nail olmağımıza səbəb oldu”.

Cənab Ruhani komminikasiya, yol, dəmir yolu, habelə dörd əyalətin əsas dəmir yoluna birləşdirilməsi kimi böyük layihələrin həyata keçirilməsi haqqında xəbər verdi və k/t məhsullarının ticarət balansının yaxşılaşdırıldığını qeyd edərək son günlər yağan misli görünməmiş yağışlardan danışdı: “Ehtiyat buğda alışının artırılması, yağ toxumlarının istehsalının artırılması və buğda istehsalında özünü təminlə yanaşı, istixana təsərerüfaqtını 8 min 8 yüz hektardan 15 min hektara çatdırmışıq. Gələcəkdə 20 min hektara çatdıracağıq”.

Cənab Ruhani İmdad və Səhiyyə Komitəsinin davamlı üzvlərinə edilən ödəmələrin 3-5 dəfə artırılmasından da danışdı: “Kermanşah zəlzələsində 14 ay ərzində ümumi sahəsi 3,5 milyon2 sahəni əhatə edən mənzil tikildi ki, bu da çox böyük göstəricidir”.

Prezident vurğuladı ki, ölkədə vəhdət və birliyə ehtiyac var: “Xalqın və aidiyyatı qurumların sel hadisəsində gördüyü iş misilsiz idi. Bizim sel hadisəsində şaihidi olduğumuz vəhdətə ehtiyacımız var. Çünki həmin birlik bir təhdidi böyük bir fürsətə çevirə bildi”.

Cənab Ruhani bildirdi ki, əhali çətinlik içərisində yaşayır, buna görə də əhalinin məişətinə xüsusi diqqət ayırmaq lazımdır: “Əgər idxal məhsullarına daha çox nəzarət edə biləsk, əhalinin məişət sahəsindəki problemlərini azalda və sanksiyaya qalib gələ bilərik”.

Prezident qeyd etdi ki, bir olsaq, problemləri adlayarıq və dövlətin daxilində dostluğun meyarı inam və konstitusiyaya bağlı olmaqdır: “Əgər hamı konstitusiyaya sadiq qalsa və konstitusiyanın bütün imkanlarından istifadə edilsə, problemləri adlaya bilərik”.

Prezident ABŞ-ın İran neftinin ixracatını dayandırmaq, qeyri-neft ixracatına zərbə vurmaq, psixoloji və təbliğat təzyiqləri ilə bağlı qərarına işarə edərək dedi: “Xalqın fədakarlığı və vəhdəti, yaxşı təşkilatlanma, proqramlaşdırma, idarəetmə, ölkə idarəçiliyində təmərküzləşmə və daha çox kordinasiya ilə bu prolemləri adlaya bilərik”.

Prezident bildirdi ki, büdcə və iqtisadiyyat sahəsində struktur dəyişikliyi olmadan ölkəni idarə etmək mümkün deyil: “Bu iş təkcə hökumətin ixtiyarında deyil, səlahiyyətlər mərkəzləşməli, məclis və hökumətin ölkə, region və dünyadakı mövcud şəraitlə bağlı dərki eyni olmalıdır”.

Cənab Ruhani qeyd etdi ki, neft gəlirini qeyri-neft gəliri ilə əvəz edə bilərik: “Amerikalılar yalnış və səhv hesablamalar nəticəsində bir neçə ay ərzində böyük İran xalqını diz çökdürəcəklərini düşünürdülər, bunun üçün tarixlər də müəyyən etmişdilər. Lakin İran xalqı əzmkarlıq, dözüm və müqavimət sayəsində İran İslam Respublikasının tarixinə qızıl günlər və saatları həkk etdilər”.

O vurğuladı ki, xalq, rəhbərlik, hökumət və məclis düşmənin arzusunu ürəyində qoydu: “Bu gün də düşmən zor tətbiq etmək niyyətindədir; səhər hərbi gəmilərini göndərib, axşam telefon nömrəsi verir. Təbii ki, bizdə onların çox elefon nömrələri var. Onların İran xalqına qarşı cinayət törətdikləri hər bir tarix onların əsl telefon nömrəsidir”.

Prezident davam etdi: “Bizim sizinlə olan ixtilafımızın səbəbi sizin xalqlara və İran xalqına qarşı zülm və təcavüzünüzdür. Tövbə edin və qayıdın, yol açıqdır. Ola bilsin ki, İran xalqı sizin taarixi zülm və cinayətinizi bağışladı”.

Cənab Ruhani qeyd etdi ki, dünya İran xalqının dözümünü anlayıb: “ABŞ nüvə sazişini pozduqdan sonra bizdən üzərimizə düşən vəzifələrimizə əməl etməyimizlə bağlı möhlət istəmiş dostlarımıza və Avropa Birliyinə kifayət qədər fürsət tanıdıq”.

Prezident bildirdi ki, bu gün hüququ yoldan istifadə etməliyik. Buna Rəhbərin göstərişi ilə hökumət, Ali Təhlükəsizlik Şurası və dövlət artıq start vermişdir: “Bu, başladığımız və elan etdiyimiz yoldur”.

O əlavə etdi: “Bəziləri səhvən deyirlər ki, 60 gün möhlət verdik ki, 60 gündən sonra əməl etsinlər. Halbuki biz 18 ordibehişt tarixindən əməl etdik və 2 öhdəliyi də kənara qoyduq. 2 digər öhdəliyi də 60 gündən sonra dayandıracağıq”.

Prezident vurğuladı ki, xalqın iştirakı, qarşılıqlı anlaşma və müqavimət sayəsində qalib gələ bilərik: “Bu gün böyük bir ilahi sınaq qarşısındayıq. Şübhəsiz ki, dözüm və müqavimət sayəsində bu mərhələni adlayacağıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /