Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi

Məhərrəm ayının səkkizinci gecəsi İamam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Rəhbəri, üç qüvvənin rəhbərləri və xalqın ayrı-ayrı siniflərinin nümayəndələrinin iştirakı ilə şəhidlər sərvəri Həzrət Seyyidüşşühədaya (ə) həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Hössətül-İslam və-müslimin Ali tarix boyu haqq uğrunda baş vermiş qiyamların, o cümlədən Həzrət Seyyidüşşühədanın (ə) qiyamının aparıcı qüvvəsinin gənc olduğunu dedi. O, gənclərin İslam İnqilabı, Müqəddəs Müdafiə, habelə mədəni və elmi mübarizənin müxtəlif sahələrində öndə getdiyini vurğuladı: “İslam İnqilabının Rəhbəri “İkinci addım bəyanatı”nda gənclərə xüsusilə səsləndi. İslam İnqilabının öz təkamülünü davam etdirməsi üçün ölkənin idarəetmə və icra sahələrində məsuliyyətli, mütəxəssis və inqilabçı gənclərə ehtiyacı var”.

Höccətül-İslam Ali qeyd etdi ki, Həzrət Əliəkbərin (ə) davranışı düşmənin mədəni hücumuna qarşı mübarizədə müasir gənclər üçün uyğun meyardır: “Düşmənlərin ağır mədəni və psixoloji hücümü qarşısında öz iffət və həyasını qoruya bilən və vilayətdən ayrılmamağı bacaran gənc Həzrət Əliəkbərin (ə) davamçısıdır”.

Mərasimdə Vazihi və Sələhşur cənabları mərsiyə və növhələr oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /