Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şami-qəriban mərasimi keçirildi

“Şami-qəriban” axşamı İslam İnqilabının Ali Rəhbəri, dövlət rəsmiləri, qəlbində Əhli-beyt (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər ağası və öndəri Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasim çıxışında İmam Hüseynin (ə) qiyamının əsl məqsədinin insanları Allaha doğru hidayət etmək olduğunu deyən Höccətül-İslam vəl-müslimin Rəfii o cənabın Aşura günü düşmən qoşunları qarşısında etdiyi çıxışa işarə edərək dedi: “Həzrət Seyyidüşşühədanın bu xütbəsi üç əsas prinsipi ehtiva edir: vəz nə nəsihətin əhəmiyyəti, insaflı olmaq, həyatda vicdanlı olmağın vacibliyi”.

Bu mərasimdə Səmavati və Kərimi cənabları Kərbəla şəhidlərinin başına gələn müsibətlərdən danışıb dua və mərsiyələr oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

 

700 /