Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Hüseynin “Ərbəin” mərasimi keçirildi

Şəhidlər sərvərinin “Ərbəin” ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyə ölkənin bütün bölgələrindən gəlmiş tələbə heyətlərinə ev sahibliyi etdi. Matəm saxlayan tələbələr İslam İnqilabının Ali Rəhbərinin hüzurunda Uca Kərbəla zəvvarlarının səsinə səs verərək “Ləbbeykə Ya Hüseyn” şüarını səsləndirdilər.

Həzrət Ayətullah Xamenei qısa olan mərasim çıxışında izdihamlı və səfalı matəm mərasiminə görə gənclərə öz təşəkkürünü bildirirərək dedi: “Siz əzizlərin səfa və işığı çox qiymətlidir. Mən həmişə Allah-taaladan istəyirəm ki, biz və siz daim doğru yolda mətin olaq. Çünki siz bu haqq yolda mətin olsanız, ölkə və dünya düzələr, bəşəriyyət də onun faydalarından bəhrələnər”.

Mərasim çıxışçısı Höccətül-İslam Sədi qeyd etdi ki, İran xalqının müqavimət diskursu İmam Hüseynin (ə) müqavimətindən qaynaqlanır: “İmperializm və hegemoniya cərəyanı öz çoxsaylı təbliğat tribunaları vasitəsilə haqla batilin yerini əvəz etməyə çalışır. Ancaq Həzrət İmam Səccad və Həzrət Zeynəbi-Kübra Kufə və Şamda öz aydınlandırıcı çıxışları ilə Əməvi hökumətini rüsvay etdikləri kimi, bu gün də haqq cərəyanın tribunaları İslam və İnqilabın sözünü qüdrətlə bəyan edib imperializmin təlqinlərini ifşa etsin”.

Mərasimdə habelə cənab Hənif Tahiri və Mütii “Ərbəin” ziyarətini oxudular, Həzrət Seyyidüşşühəda (ə) və onun ailəsinin müsibətlərindən danışıb növhələr dedilər.

Mərasimin sonunda İslam İnqilabının Rəhbərinin imaməti ilə zöhr və əsr namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /