Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbər həlak olan insanlarla bağlı başsağlığı verdi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Kerman şəhərində uca şəhid Hacı Qasim Süleymaninin pak cənazəsini son mənzilə yola salarkən əziz həmvətənlərdən bir qrupunun həlak olması, habelə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bu gün yaşanan faciə münasibətilə başsağlığı verdi.

İslam İnqilabının Ali Rəhbərinin verdiyi başsağlığının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Uca şəhid son mənzilə yola salınarkən əziz həmvətənlərdən bir qrupunun həlak olması, habelə sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğraması, iranlı və qeyri-iranlı sərnişinlərin həlak olması kimi iki acı və kədərli hadisə bu iki günün qəmli hadisələridir.

Mən acısı olan ailələrin dərdinə səmimi qəlbdən şərik olduğumu, təəssüf və kədər hissi keçirdiyimi bildirməklə yanaşı, Allah-taaladan həlak olmuş insanların özlərinə rəhmət və bağışlanma, onların ailələrinə isə səbir və dözüm diləyirəm.

Seyid Əli Xamenei
18 dey 1398
(08 yanvar 2020)

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /