Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Regionda vəziyyətin qeyri-sabit olmasının səbəbi ABŞ-dır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (bazar günü) Qətərin əmiri Şeyx Təmim ibn Həməd Ali-Sani və onu müşayiət edən nümayəndə heyətinə dedi: “Regionun mövcud şəraiti əvvəlkindən daha çox region ölkələrinin bir-birləri ilə olan əlaqələrini gücləndirməsinə və yadların təlqinlərini qəbul etməmlərinə ehtiyacı var”.

İslam İnqilabının Rəhbəri dedi: “İran İslam Respublikası dəfələrlə elan edib, cənab prezident də açıq şəkildə bildirib ki, İran region ölkələri ilə daha yaxından əməkdaşlıqlara hazırdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, regionun mövcud şəraiti ürəkaçan deyil: “Bu vəziyyətin səbəbi ABŞ və dostlarının təxribatçılığıdır. Onlarla mübarizə aparmaq üçün mövcud olan yeganə yol regiondaxili əməkdaşlıqların gücləndirilməsidir”.

O, İranla Qətər arasında yaxşı siyasi əlaqələrin olduğuna işarə edərək dedi: “İki ölkənin iqtisadi əlaqələri siyasi əlaqələr səviyyəsində deyil. İranla Qətərin ortaq sahələrdəki əməkdaşlıqları əvvəlkindən daha da genişləndirilməlidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Təbii ki, bəziləri, xüsusilə dünyanın o başından bu regiona gələnlərin region ölkələri ilə əməkdaşlıq etmək fikirləri yoxdur. Ancaq bizim mövzunun onlara heç bir dəxli yoxdur. Region ölkələri və xalqları artıq belə müdaxilələri və dominantlığı qəbul etmir”.

Prezident cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə çıxış edən Şeyx Təmim ibn Həməd Ali Yasin İslam İnqilabının Ali Rəhbəri ilə görüşdüyü uçün böyük məmnunluq hissi keçirdiyini dedi və regionun şəraitinin ağır olduğunu bildirdi: “Biz Zaiti-alilərinin regionda əməkdaşlıqların artırılmasıının zəruriliyi ilə bağlı fikirləri ilə tam razıyıq və inanırıq ki, region ölkələri arasında əhatəli danışıqlar aparılmalıdır”.

Qətərin əmiri Tehranda reallaşan müzakirələrə işarə edərək dedi: “Ümidvaram ki, İran və Qətərin iqtisadi əlaqələri siyasi səviyyəyə çatacaq”.

O habelə Qətərə qarşı tətbiq edilən sanksiya şəraitində İran İslam Respublikasının göstərdiyi yardımlar və nümayiş etdirdiyi mövqelərə görə təşəkkür etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /