Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalq yaxşı seçki ilə İran üçün güclü parlament təşkil etsin

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Şərqi-Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə Parlament seçkilərindəki iştirakı xalqın hər tək-tək fərdinin şəri, milli, inqilabi vəzifəsi və mülki hüququ olduğunu bildirərək iki mühüm sütun olan izdihamlı iştirak və yaxşı seçkidən danışdı: “Seçkilər ümumi bir cihad, ilahi nemət və imtahandır. Əgər xalqın maksimum iştirakı ilə müşayiət olunsa, İslam dövlətinin abrı, ölkənin güclənməsi və məkrli planlara qarşı mühafizəsinə və İranın güclənməsinə səbəb olacaq”.

İslam İnqilabının Rəhbəri habelə üzdəki bəzək-düzəyinin əksinə olaraq ABŞ cəmiyyətində dərin və böyük sosial və iqtisadi problemlərin olduğuna işarə edərək dedi: “ABŞ daxildən çökməyə doğru hərəkət edir. Onun üzdəki əzəmət və heybəti batmasına mane ola bilməyəcək”.

Həzrət Ayətullah Xamenei Təbriz xalqının 1356-cı il 29 bəhməndə baş vermiş tarixi qiyamının qırx ikinci ildönümü münasibətilə təşkil edilmiş bu görüşdə qeyd etdi ki, Azərbaycan xalqının ən mühüm xüsusiyyəti milli, dini və inqilabi izzətin parlaması, dövlət, inqilab və dini kimliyin müdafiəsi və ehtiyac duyulan vaxt səhnədə olmaqdır: “Qum əhalisinin 19 dey qiyamının 40-cı günü Təbriz əhalisinin vaxtında hərəkəti Allah-taalanın bərəkətinə səbəb oldu və bu hərəkət silsiləli şəkildə xalqın ümumi hərəkətinin başlanması, diktatura rejiminin süqutu və İslam hökumətinin bərqərar olduğu vaxta qədər davam etdi”.

O, iki isfənd cümə gününə təsadüf edən çox mühüm seçkilərin vaxtında iştirakın ehtiyac duyulduğu nümunələrdən olduğunu dedi: “Seçkilər ümumi cihad, ölkənin güclənmə və İslam dövlətinin abır səbəbidir. Xalqın seçki qutuları qarşısındakı böyük izdihamı Allahın lütfü ilə ölkədə bərəkətə və dəyişikliklərlə nəticələnən təsirlərə səbəb olacaq”.

İslam İnqilabının Rəhbəri İranın ictimai rəyinə təsir göstərmək, xalqı və gəncləri İslam dövlətindən ayırmaq üçün amerikalıların göstərdikləri genişmiqayslı səylər və apardıqları təbliğatlara işarə edərək dedi: “Bütün bu səylərə baxmayaraq, onlar nəticə əldə etməyiblər. Bunun ən bariz nümunəsi Şəhid Süleymaninin dəfn mərasimi, 22 bəhmən yürüşü idi. İslam Şurası Məclisinə seçkilər də bir daha göstərəcək ki, xalq İslam dövlətinin yanındadır və ona dəstəkdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, dost və düşmənlərin gözü cümə gününün seçkilərindədir: “Düşmənlər istəyirlər ki, ABŞ-ın maksimum təzyiqləri, avropalıların əhdlərinə sadiq olmaması və ölkədə mövcud olan iqtisadi problemlərin nəticəsinin nə olduğunu görmək istəyirlər. Dostlar da həyəcanla xalqın seçkilərdə iştirak formasını gözləyirlər”.

O dedi: “Əlbəttə, mən həmişə İslam dövlətini sevənlərə deyirəm ki, İran xalqından narahat olmayın. Çünki İran xalqı işbiləndir və nə etdiyini bilir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, seçkilər amerikalılar və sionistlərin çox çirkin niyyətlərini puça çıxarır, hiylə və kələk texnikalarının yerini tutur: “Düşmənlərin məyus olmasının yeganə yolu İranın güclənməsidir. Güclü İranın nümunələrindən biri lazımi qanunlar qəbul edib, hökumətlərin arzuolunan istiqamətə yönəltməsi ilə ölkəyə toxunulmazlıq bəxş edən güclü parlamentdir”.

Həzrət Aəyutllah Xamenei bildirdi ki, parlamentin güclü bir sütun olması xalqın seçki qutularının ətrafında daha çox olması ilə ölçülür: “Parlamentin təsirləri yalnız dörd illə məhdudlaşmır. Güclü, zəif və ya qorxuya düşüb özünü itirmiş parlament öz qərarları ilə ölkəyə uzunmüddətli təsir qoya bilər”.

O əlavə etdi: “Seçkilər və səsvermə şəri, milli və inqilabi vəzifə, milli bayram, ölkənin taleyində rolu olması üçün xalqın bütün fərdlərinin hüquqlarının reallaşmasıdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, güclü bir parlamentin ikinci sütunu seçkilərin keyfiyyətidir. O, böyük İran xalqının layiqli nümayəndələrinin xüsusiyyətlərini qeyd edərkən dedi: “İslam Şurası Məclisinə imanlı, cəsur, işguzar, səmərəli, vəzifə tanıyan, motivasiyalı, İslama, xalqa, inqilab və dövlətə sadiq, düşmənlərə qarşı sərt, dünyaya və maddi tamahlara bağlı olmayan insanlar seçilsin”.

Həzrət Ayətullah Xamenei dedi: “İnsanlar millət vəkillərinin seçimində diqqətli olsunlar. Çünki bizim inqilab dövründə elə millət vəkillərimiz var idi ki, indi ABŞ-ın və İran düşmənlərinin nökərləridir”.

O, habelə gənclərin və təcrübəli insanların Parlmentdə yer alması məsələsinə də toxunaraq dedi: “Parlament gənclər, təcrübəli, bilikli və yol bilən adamlardan təşkil olunmuş bir tərkibdə olmalıdır”.

İslam İnqilabının Rəhbəri düşmənlərə bağlılıq və onlar qarşısında passivlik göstərilməsi tarixinin mənfi bir nöqtə olduğunu dedi: “İran xalqı milli özünə inam ruhiyyəsinə malikdir. Dünyanın mütəfəkkir və siyasətçilərindən bir çoxu da İran xalqını yetkinlik, böyüklük, güclülük və qorxmazlıq xüsusiyyəti ilə səciyyələndirirlər. Buna görə də düşmənlər qarşısında duruş gətirmək və özünə inam gücünə malik olmayan adam İran xalqını təmsil edə bilməz”.

Həzrət Ayətullah Xamenei habelə Xubriqan Məclisinin aralıq seçkilərinin yüksək əhəmiyyətindən də söz açaraq dedi: “Xubriqan Məclisinin vəzifəsi çox mühümdür. Xubriqan Məclisinin aralıq seçkiləri bəzi şəhərlərdə diqqətdən kənarda qalmamalıdır”.

O vurğuladı: “İslam, İnqilab, İslam dövləti və İranı sevən hər kəs seçkilərdə iştriak etsin, yaxşı və düzgün seçki reallaşdırsın”.

İslam İnqilabının Rəhbəri İran xalqını seçkilərdə inqilabçı insanlara səs verməkdən daşındırmaq üçün regionun dönük dövlətlərindən biri tərəfindən farsdilli ingilis medialarından birinə külli miqdarda neft dollarının ödənməsi barəsində yayılan xəbərə işarə edərək dedi: “Bu məlumat seçkinin keyfiyyətinin nə qədər mühüm olduğunu göstərir”.

Seçkilərin ilahi sınaq meydanı olduğunu deyən Ali Rəhbər İran xalqının bu sınaqdan başıuca çıxacağına ümidvar olduğunu dedi.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində ABŞ rəsmilərinin İran və seçkilərlə bağlı son sayıqlamalarından söz açaraq dedi: “Bu birinci dərəcəli axmaqların açıqlamalarının bir hissəsi seçkilərə təsir göstərmək və xalqı seçkidən məyus etmək məqsədi daşıyır. Onların açıqlamalarının başqa bir hissəsi isə həyəcandan qaynaqlanır”.

İslam İnqilabının Rəhbəri amerikalıların həyəcanı general Süleymaninin terror edilməsinin əks təsirlərinin nəticəsidir: “Bu hadisədə ABŞ prezidenti və onun ətrafında olan adamlar dayandılar və hesablanmamış işlərinin fərqinə vardılar. Çünki həm ABŞ-ın daxilində, həm də dünyada onlara güclü hücumlar oldu”.

O əlavə etdi: “ABŞ regionda dərin nüfuza malik olan əziz generalımızı terror etməklə regiona tam sahib olmaq istəyirdi. Ancaq əksinə oldu. Bağdadda təşkil edilən anti-ABŞ yürüşü, Suriya və Hələbdə baş verənlər, habelə regionun digər hadisələri onların istəklərinin tam əksinə oldu. Buna görə də onların son sayıqlamalarının məqsədi bu məğlubiyyəti aradan qaldırmaqdır”.

Həzrət Ayətullah Xamenei general Süleymaninin şəhadətinin acı bir itki olduğunu dedi: “Şəhid Süleymani həqiqətən, çox yaxşı, faydalı və tərifəlayiq bir adam idi. Ancaq bu hadisədə qələbə Allahın lütfü ilə oldu. Çünki o böyük şəxsiyyət qələbə və şəhidlik kimi iki gözəlliyə nail oldu. Səbəbi də budur ki, bu illər ərzində regionda meydanın qalibi Süleymani, məğlubu isə ABŞ və onun kölələri idi. Sonda o, şəhadətə də yetdi”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, milyonlarla insanın Şəhid Süleymaninin dəfnində iştirakı Allahın bərəkətlərindəndir və İran xalqının əzəməti, birliyi, hüzuru, qədirbilənliyi və bəsirətini göstərir. O bu hadisədə bir çox xalqların İran xalqının dərdinə şərik olmasına işarə edərək dedi: “Ölkələrin birində Şəhid Süleymaninin xatirəsinə min məclis təşkil edildi. Bu sevinc bəxş edən gerçəkliklər İslam dövlətinin strategiyasının dərinliyini göstərir. Buna görə də bu hadisənin batini onun çox acı görünən zahirinin əksinə olaraq, haqq cəbhəsi üçün başdan başa qələbədir”.

O, böyük İmamın dəyərli və qiymətli öğlu mərhum Hacı Mustafanın vəfatının Allahın gizli lütflərindən olduğunu deməsi məsələsinə işarə edərək dedi: “O vaxt heç kəs İmamın bu ifadəsinin mənasına diqqət yetirmədi. Ancaq İran xalqının hərəkəti, sarayın reaksiyası, Qum və Təbrizdə baş verən hadisələr, diktaturanın tənəzzülü ilə nəticələnən ümumxalq hərəkatının başlanmasından sonra bu ifadənin mənası aydın oldu. General Süleymaninin acı şəhadət hadisəsində də düşmən zərbə vurduğunu düşündü. Ancaq hadisənin görünməyən tərəfi qalibiyyət, xəbis düşmənin isə məğlubiyyəti idi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, düşmən təkcə bu yox, 40 illik bir mübarizədə daim İran xalqından zərbə və məğlubiyyət dadıb: “Amerikalılar bu 40 ildə İslam dövlətini çökürtmək üçün bütün siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni, media silahlarından və mümkün olan hər bir addımdan istifadə etmişdir. Lakin İslam dövləti tənəzzülə uğramamaqla yanaşı, min dəfə artıq gücləndi, ABŞ isə əvvəlkindən daha da zəiflədi”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın günbəgün zəifləməsinə aydınlıq gətirərkən onun indiki zahirinin bəzək olduğunu dedi: “Bu gün ABŞ 22 milyard dollar borcla dünyanın ən borclu dövlətidir. Bu ölkədəki sinfi fərqlilik qorxulu və həmişəkindən çoxdur”.

O, ABŞ-ın görkəmli senatorlarından birinin bu ölkənin dərin problemi ilə bağlı söylədiklərindən bir neçə nümunə qeyd edərək dedi: “Bu ABŞ siyasətçisi deyir ki, Trampın hakimiyyəti dövründə ABŞ-ın varlı adamlarından beşinin sərvətinə yüz milyard dollar əlavə olub. Onlardan üçünün sərvəti ABŞ cəmiyyətinin yarısının sərvəti qədərdir. Fəhlələrin 80%-i yoxsuldur. Maaşları yaşayışlarına kifayət etmir. Hər beş amerikalıdan yalnız biri yazılmış dərmanları almaq imkanına malikdir. Amerikada ağdarililərlə qaradərililərin sərvəti arasındakı fərq keçən 50 il ərzində üç dəfə artmışdır”.

İslam İnqilabının Rəhbəri bu ABŞ rəsmisinin sözlərinə istinad edərək davam etdi: “ABŞ prezidenti deyir ki, onun prezidentliyi dövründə vəziyyət yaxşılaşıb. Bəli, ancaq xalqın yox, milyarderlərin vəziyyəti yaxşılaşıb. ABŞ-ın sabiq prezidentlərinin biri deyirdi ki, ABŞ xalqın dəxaləti olmayan, sərhədsiz siyasi rüşvətxorluğa bulaşmış xüsusi bir təbəqənin dövlətidir”.

Həzrət Ayətullah Xamenei ayrıseçkilik, yoxsulluq və sinfi təbəqələşmə, habelə ABŞ-ın canını xora kimi basmış cinayətlərlə bağlı şok faktlar və statistikalara işarə edərək dedi: “Məşhur Titanik gəmisinin böyüklüyü və əzəməti onun batmasına mane ola bilmədiyi kimi, ABŞ-ın zahiri bəzək-düzəyinə və əzəmətinə çalışmaq onun batmasına mane ola bilməyəcək. ABŞ batacaq”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İslam Respublikası heç bir xalqa və irqə qarşı deyil, o, imperializm, zülm və insani dəyərlərə qarşı həddlərini aşanlara qarşıdır: “Bu gün imperializm və tiranlığın zirvəsi dünyanın da nifrət etdiyi sionist varlıların və kompaniya sahiblərinin əlində olan Amerikadır”.

O əlavə etdi: “ABŞ-ın bizim ətrafımızda olan ölkələrdə onlarla hərbi bazası var. Ancaq bir gün bir problem ortaya çıxsa, bu bazalar nə ABŞ-ın dərdinə dəyəcək, nə də pullarını ABŞ-a verib gözünü ona dikənlərin. Çünki ABŞ imperializmi süquta uğramaqdadır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam dövlətinin uca hədəflər istiqamətində daha sürətlə hərəkət etməsi vacibdir. Gənclərin bu hərəkəti davam etdirməkdə ümidverici olduğunu deyən Rəhbər onlara səslənərək dedi: “Öz əziz gənclərinizi elmi, əməli, praktiki və iman baxımından hazır edin. Çünki bu ölkənin sabahı sizin əlinizdədir. Bu məmləkəti zirvəyə qaldırmalısınız. İnşallah ki, bunu edəcəksiniz”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində Azərbaycan və Təbriz əhalisinin tarixi hadisələr və İnqilabdan sonrakı hadisələrdəki təsirli roluna işarə edərək dedi: “Azərbaycan əhalisi həmişə müxtəlif periodlarda və hadisələrdə özünü göstərmişdir. Buna 1356-cı ilin 29 bəhmən hərəkətini, Müqəddəs Müdafiə dövrünü, 88-ci il fitnəsini, general Süleymaninin böyük izdihamla anılması, güclü qarın yağmasına baxmayaraq, bu ilki 22 bəhmən yürüşündəki iştirakı nümunə göstərmək olar”.

İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən Vəliyyi-fəqihin Şərqi-Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin İmam-cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim vaxtın düzgün qiymətləndirilməsi və vaxtında İnqilabın müdafiəsi meydanında olmağı Təbriz əhalisinin üstün xüsusiyyətlərindən olduğunu dedi. Sonra o, İkinci İnqilab addımında gənclərin potensiallarından istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək dedi: “Müharibə şəraitində gənclərin ümid və inanclarını hədəfə almış düşmənin tanınması məsələsində hesab edirəm ki, məscidlər İnqilab qüvvələrinin əsas mənbəyi kimi layihə, düşüncə və fəaliyyət mərkəzi olmalıdır”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /