Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Böyük seçkilər sınağı münasibətilə İran xalqına təşəkkür edirəm

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində xalqa böyük seçkilər sınağında arzuolunan fəallığı göstərdiyinə, düşmənlərin hərtərəfli təbliğatları və fürsətçiliyini nakam qoyduğuna görə təşəkkür ünvanladı: “Ölkənin ayrı-ayrı sütunlarına zərbə endirmək üçün düşmənin həyata keçirdiyi məkrli plan qarşısında hamımız ayıq müdafiəyə, qarşılıqlı zərbə və hücuma hazır olmalıyıq”.

Həzrət Ayətullah Xamenei əcnəbi təbliğat qurumlarının xalqın seçkilərdəki iştirakına qarşı apardığı böyük dezionformasiya fəaliyyətinə işarə edərək dedi: “Bu mənfi təbliğatlar bir neçə ay əvvəldən başlamış, seçkilər yaxınlaşdıqca daha da artmış, son iki gündə bir xəstəlik və virus bəhanəsi ilə onların media orqanları xalqı seçkilərdə iştirakdan saxlamaq üçün ən kiçik fürsəti belə, əldən buraxmamışdır”.

İslam İnqilabının Rəhbəri Allah-taalaya şükür edərək bu qərəzli təbliğatlara rəğmən, xalqa seçkilərdəki izdihamlı iştirakına görə öz dərin təşəkkürünü bildirdi: “Allah-taala bu xalqın qalib olmasını istəyir”.

O, düşmənlərin düşmənçiliyinin iqtisadiyyat, mədəniyyət, xalqın dini və inqilab inancları ilə məhdudlaşmadığını dedi: “Onlar, hətta İran xalqının seçkilərinə də qarşıdırlar. Çünki onlar xalqın din adına səsvermədəki iştirakı və İnqilaba xidmətin bir gerçəklik kimi qeyd edilməsini istəmirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam dövlətində seçkilərin keçirilməsi düşmənin “din azadlıq və demokratiyaya qarşıdır” iddiasını darmadağın edir: “İslam Respublikasında seçkilərin keçirilməsi hərtərəfli bir demokratiyanın kamil göstəricisidir. 41 il ərzində 37 seçkinin keçirilməsi İslam dövlətinin demokratiyaya mislisiz dərəcədə əhəmiyyət verdiyini göstərir”.

İslam İnqilabının Rəhbəri hamını düşməni tanımağa və onun qarşısında ayıq olmağa çağırdı: “İranın müxtəlif məsələlərinə qarşı düşmən cəbəhsindən minlərlə adamın fəaliyyətinə qarşı İran xalqının cəbhəsində minlyonlarla adam müdafiəyə, təbliğat və İran xalqı üçün mümkün olan müxtəlif işlərdə qarşılıqlı zərbə və hücuma hazır olmalıdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /