Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbərin İmam Rzanın hərəmindəki Novruz çıxışı olmayacaq

Ali Rəhbərlik idarəsinin verdiyi elana əsasən, Həzrət Ayətullah Xameneinin hər il yeni ilin ilk günü İmam Rzanın (ə) pak hərəmində etdiyi mərasim çıxışı bu il Səhiyyə Nazirliyinin koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə verdiyi tövsiyələr səbəbilə olmayacaq və Ali Rəhbər Müqəddəs Məşhəd şəhərinə səfər etməyəcək.

Elanın tam mətni:

Bağışlayan və Mərhəmətli Allahın adı ilə

İran İslam Respublikasının əziz əhalisinin nəzərinə çatdırırıq ki, koronavirusun yayılması səhiyyə və müalicə işləri üzrə məsul şəxslər və mütəxəssislərin xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə şəhərləri tərk etməmək, səfərə çıxmamaq və bir yerə toplaşmamaqla bağlı verdikləri israrlı tövsiyələr səbəbilə İslam İnqilabının Ali Rəhbərinin (Allah kölgəsini davamlı etsin) hər il yeni ilin ilk günü Həzrət Əli ibn Musə ər-Rzanın (ə) pak hərəmində etdiyi mərasim çıxışı bu il olmayacaq və Ali Rəhbər Müqəddəs Məşhəd şəhərinə səfər etməyəcək.

Ümid edirik ki, Səhiyyə Nazirliyinin göstərişlərinə tam şəkildə riayət etmək və Allah-taalanın dərgahına təvəssül etməklə çox tez bir zamanda əziz xalqımız sağlamlığına qovuşacaq. Allah-taaladan bu xəstəliyə tutulanlara şəfa və sağlamlıq diləyirik.

Ali Rəhbərlik İdarəsi

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /