Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmkansızlara yardım proqramları tez və daha yaxşı icra edilsin

İslam İnqilabının Ali Rəhbəri Mübarək Nimeyi-Şəban bayramı və Həzrət Bəqiyyətullahın (ruhmuz ona fəda olsun) mövludu münasibətilə televiziya vasitəsilə etdiyi canlı çıxışında hörmətli İran xalqına müraciət edərək bəşəriyyətin xilaskara olan bu ilki dərin və böyük ehtiyac hissinin tarix boyu analoqu olmadığını dedi. O vurğuladı ki, gözləməyin həqiqi və qurucu mənası fərəcə ümid və etiqad, parlaq gələcəyə nail olmaq üçün çalışıb hərəkət etməkdir: “İran xalqı son xəstəlik sınağından yaxşı çıxdı. Onun tövsiyələrə əməl edilməsindəki ümumi davranışı və nizam-intizamı yaxşıdır. Əlbəttə, bəzi kasıb ailələrin güzəranı ağırdır. Buna görə də məsul şəxslər onlara yardım proqramlarını çox tez və daha yaxşı şəkildə icra etməlidirlər. Xalq da bu ilin ramazan ayını ehtiyaclılara böyük yardım yarışına çevirməlidir”.

İslam İnqilabının Rəhbəri İran xalqını müsəlmanları və dünyanın bütün azadlıqsevrələrini Həzrət Vəliyyi-əsrin (ə.f) mövludu münasibətilə təbrik etdi: “Bu gün dünyanın elit insanlarının ayıq, ayrı-ayrı xalqların qeyri-ixtiyari olaraq ilahi bir qüdrət əlinə, məsum imama, vəd olunan uca Mehdi həqiqətinə ehtiyac duyması göstərdi ki, müxtəlif məktəblər və məsləklər bütün iddialarına baxmayaraq, xalqlara rahatlıq və xoşbəxtlik bəxş edə bilməyiblər”.

O, elmi nailiyyətlərin olmasına baxmayaraq, insan cəmiyyətinin müxtəlif problemlər içərisində olduğunu qeyd edərək dedi: “Ədalətsizlik, yoxsulluq, xəstəlik, günah, fəsaq, böyük sosial təbəqələşmələr, böyük güclərin elmdən sui-istifadəsi insan cəmiyyətinin yorğunluq, stres və çıxılmazlıq hissinə qapanmasına, dünyanın hər yerində xilaskar bir ələ ehtiyac duymasına səbəb olmuşdur”.

Həzrət Ayətullah Xamenei elm, ağıl və təcrübənin Allahın çox problemləri həll edən böyük nemətlərindən olduğunu dedi: “Elm və ağlın bu günə qədər ədalətsizlik düyününü aça bilməməsi təsdiqini tapmışdır. Bəşəriyyətin bu arzusunun reallaşması üçün ilahi qüdrət əlinə ehtiyac var. Bu səbəbdən də Həzrət Bəqiyyətullahın böyük vəzifəsi yer üzünü haqq-ədalətlə doldurmaqdır”.

İslam İnqilabının Rəhbəri Sahibəzzamanın zühur edəcəyi vaxta vəd verilmiş ədalətin bəşəriyyətin həyatının bütün cəhətlərini, o cümlədən iqtidar, sərvət, sağlamlıq, insana hörmət və sosial mövqeyi əhatə edəcəyini dedi: “Allahın qüdrəti və lütfü sayəsində bu vəd əsrin imamının əli ilə mütləq gerçəkləşəcək”.

Həzrət Ayətullah Xamenei bütün dinlərdə fərəc və böyük ilahi hərəkatla bağlı məlumat verildiyinə işarə edərək dedi: “İslamda olan fərəc gözləntisi qurucudur, ümid, hərəkət və fəaliyyətlə müşayiət olunur. Bu səbədən də sonuncu peyğəmbər və imamlar buyurduqları kimi, fərəci gözləmək çox mühüm əhəmiyyət daşıyır və əməllərin ən üstünüdür”.

İnqilabın Rəhbəri Vəliyyi-əsrin zühurunu gözləməyin gözləmənin ən mühüm nümunələrindən olduğunu dedi: “Fərəci və xilası gözləmək həyatın bütün cəhətlərini əhatə etməlidir. Bu cəhətdən də fərəci gözləmək özü də bir xilasdır. Çünki insanı məyusluq və çarəsizlikdən xilas edir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Muhəmmədin (s) ümməti heç bir hadisədə ümidsizlik və məyusluğa qapılmamalıdır: “Fərəci gözləmək deyilərkən oturmaq, heç bir iş görmədən qapıya göz dikmək yox, parlaq və vəd verilmiş gələcəyə nail olmaq üçün iş görüb hazır olmaq nəzərdə tutulur”.

O əlavə etdi: “Bu səbəbdən də Məhdəvi cəmiyyəti yaratmaq üçün həm özünü islah etmək, həm də imkan daxilində başqasını, habelə ətraf mühiti haqq-ədalət, mənəviyyat, Allahtanıma, qardaşlıq və izzət mühidinə yaxın olan olan bir mühitə çevirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, fərəci gözləmək səbirsizlik və İmamın zühuruna vaxt təyin etməklə ziddiyyət təşkil edir: “Fərəcə hazırlıq işində səbirsizlik və tələskənlik qadağandır. Çünki Allah insanların tələskənliyi əsasında qərar qəbul etmir. Hər bir hadisənin müəyyən vaxtı və hikməti olduğu üçün həmin hikmət əsasında iş görür”.

O, korona pandemiyası səbəbilə dünyada yaranmış vəziyyətə işarə edərək dedi: “Fərəci gözləmək həm də şiddət və ağır vəziyyətdən sonrakı xilası və rahatlığ gözləmək deməkdir. Buna görə də gözləyən insan bu hadisədən məyus olmur, özünü itirmir, sakitliyini qoruyaraq bu vəziyyətin şübhəsiz ki, dəyişəcəyini bilir”.

Həzrət Ayətullah Xamenei dua və minacatın fərəci gözləməkdən doğan rahatlığın artmasına səbəb olduğunu dedi: “Bərəkət dolu şaban və ramazan aylarının çoxlu dua və əməlləri vardır. Allahla minacaq və ondan yardım diləmək, habelə imamlarla razü-niyaz etməklə ilahi rəhməti cəlb etmək və daha çox rahatlıq tapmaq olar”.

İslam İnqilabının Rəhbəri İran xalqının vəd olunmuş Həzrət Məhdinin mövlud gecəsi Allahla etdiyi minacata işarə edərək vurğuladı: “Dünənki gecə göylərə ucalmış milyonlarla əl, Allahla edilən rüz-niyazlar və ondan yardım diləmələr şübhəsiz ki, ilahi rəhmətin cəlbinə səbəb olacaq, fərdi və ictimai bərəkətlərin təzahürü ilə nəticələnəcək”.

İslam İnqilabının Rəhbəri çıxşının ikinci hissəsində korona pandemiyası məsələsinə toxunaraq bu hadisənin dövlətlər və xalqlar üçün ümumi və qəribə bir sınaq olduğunu vurğuladı: “Çox yüksək səviyyədə görülən işlər və statistika, habelə məsul şəxslərin tövsiyələri ilə bağlı kifayət qədər məlumat verilmişdir. Teleradio da, insafən, bu istiqamətdə çox işlər görmüşdür. Lakin ən mühüm məsələ İran xalqının bu modern vəba xəstəliyi sınağından yaxşı çıxmasıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, bu milli iftixarın zirvəsi ölkənin tibbi heyətinə aiddir: “Ölkənin tibbi heyəti ailədən uzaqlığın, hətta novruz tətillərində də vəziyyəti yaxşı olmayan xəstələrə xidmətin çətinliklərinə sinə gərərək canları və sağlamlıqlarını insanlara xidmətə sərf etdilər. Bu çox böyük iş İran xalqının yaddaşında xoş bir iz buraxacaqdır”.

İslam İnqilabının Rəhbəri mücahid universitet və mədrəsə tələbələri, minlərlə zəhmətkeş bəsici və xalqın ayrı-ayrı nümayəndələrinin tibbi heyət, xəstələr və ehtiyacı olan insanlara göstərdikləri könüllü yardımların çox qiymətli və sevindirici olduğunu dedi: “Silahlı Qüvvələr də insafən, təchiz edilmiş xəstəxana və hospitallardan tutmuş elmi imkanlar, gigiyenik və müalicə vasitələrinin istehsalına qədər bütün qurucu və innovativ gücünü ortaya qoydu. Silahlı qüvvələr və ondan kənarda gənclərin bu məsələdəki yeni istedadları da üzə çıxdı”.

Ölkənin dörd bir yanında əhalinin gözəl və herətamiz iştirakına işarə edən Ali Rəhbər bu fəaliyyət nümunələrinə işarə edərək dedi: “Bütün bu qiymətli hərəkətlər son bir-iki onillikdə İran İslam mədəniyyətini təhqir edərək xalqı Qərb həyat tərzinə yönltməyə çalışan bəzi adamların istəklərinin əksinə olaraq, İslam mədəniyyətinin xalqın həyatına dərin kök saldığını göstərdi. Bu hərəkətlər göstərdi ki, xoşbəxlikdən İsalm təfəkkürü və mədəniyyətinin, İslamın dəyərlər zəncirinin İran xalqına güclü təsiri var”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında Qərbin korona macərasındakı hərəkət və davranışından danışdı, dövlətlərin maskaları və əlcəklərinin bəzi Avropa ölkələri və ABŞ tərəfindən müsadirə edilməsi, əhalinin marketlərə hücum çəkərək rəfləri boşaltması, bir neçə tualet kağızı üstündə bir-birlərinə hücum çəkməsi, silah almaq üçün insanların növbəyə düzülməsi, yaşlıların müalicə edilməməsi, koronadan qorxduğu üçün bəzi adamların özlərini öldürməsi faktlarına toxunaraq ded: “Bu hadisədə Qərb mədəniyyəti öz məhsulunu göstərdi. Bu da Qərbin individualizm, materializm, əsasən də allahsızlığa əsaslanan mədəniyyətinə hakim kəsilmiş fəlsəfənin təbii nəticəsidir”.

İslam İnqilabının Rəhbəri Qərb senatorlarından birinin “Vəhşi qərb dirilib” fikrinə işarə edərək dedi: “Biz Qərbin ütülənmiş və odekolonlu zahirinin əksinə olaraq vəhşi bir ruha malik olduğunu deyəndə bəziləri inkar edirdi. Ancaq indi özləri bu gerçəyi açıq şəkildə deyirlər”.

O, ölkədəki korona pandemiyası ilə bağlı vəziyyətin başqa bir yönünə .yəni xalqın tövsiyələrə riayət edilməsi sahəsindəki ümumi davranışına işarə edərək dedi: “Xalq həqiqətən, Korona ilə Milli Mübarizə Qərargahının qəti qərarlarına əməl edir. Əlbəttə, bəzi məsələləri tərəddüdlü elan edə və əhali də həmin qərara əməl edilməsi məsələində tərəddüddə qala bilər. Məsələ burasındadır ki, xalq qəti qərarlara tam əməl edir. Bu ilin “Sizdəh be dər” günü çölə çıxmamaq və ümumi nizam-intizamın qəbul edilməsi bunun bariz nümunəsidir. Bu darvanış davam etdirilməli, Milli Mübarizə Qərargahının qərarlarına ciddi şəkildə riayət edilməlidir”.

Həzrət Ayətullah Xamenei korona hadisənin başqa bir cəhətinə işarə edərək dedi: “Korona bəşəriyyət üçün böyük bir problem və təhlükəli bəladır. Ancaq bu bizim dünyanın digər problemləri və mühüm hadisələrindən xəbərsiz qalmağımıza səbəb olmamalıdır. Çünki keçən illər ərzində dünya və ölkəmiz bundan da böyük problem və hadisələrlə qarşılaşmışdır”.

O, bu hadisələrdən birinin 32 il bundan əvvəl Səddamın BƏƏS rejiminin təyyarələrinin İraqın Hələbçə və İranın sərhəd bölgələrinə kimyəvi hücumu olduğunu dedi: “O vaxt mədəniyyət və tərəqqi iddiasında olan həmin ölkələrin bəzisi Səddama kimyəvi silahlar vermişdilər. Bu günə qədər onların heç biri bu cinayətlərinə görə cavab verməmişdir”.

İslam İnqilabının Rəhbəri birinci və ikinci dünya müharibələri, Veytnam müharibəsi, ABŞ-ın Əfqanıstan və İraqa hücumunun keçən illərin ən mühüm hadisələrindən olduğunu dedi: “Korona hadisəsi dünyanın güc mərkəzlərinin ayrı-ayrı xalqlara, o cümlədən Fələstin və Yəmən xalqına etdiyi zülmlər, habelə imperializmin hiylə və düşmənçiliyindən xəbərsiz qoymamalıdır. Çünki “Biz düşmənçilik etməsək, onlar da düşmənçilik etməzlər” deyənlərin düşündüyünün əksinə olaraq imperializmin düşmənçiliyi İslam Respublikası prinsipi və dini demokratiya ilədir”.

O, çıxşının başqa bir yerində Korona ilə Milli Mübarizə Qərargahının məsul şəxslərinin ciddi səyləri və rəhbərliyə verdikləri hesabat və məlumatlara işarə edərək dedi: “Milli Qərargahda yoxsul ailələrlə bağlı qərarlaq qəbul edilmişdir. Bu proqramların çox tez və daha yaxşı şəkildə həyata keçirilməsini israrla tövsiyə edirəm. Təbii ki, yoxsul ailələrə yardım əhalinin digər üzvlərinin də vəzifəsidir”.

İslam İnqilabının Rəhbəri korona səbəbi ilə cəmiyyətin bəzi fərdlərinin probemləri və ağır həyat şəraitinə malik olduğunu bildirərək dedi: “Maddi imkanı yaxşı olan adamlar, xüsusilə fədakarlıq və yaxşılıq ayı olan ramazan ərəfəsində ehtiyaclı insanlara yardım göstərmək üçün geniş fəaliyyətlərə başlasınlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Yaxşı olar ki, mübarək ramazan ayında cəmiyyətin yoxsul və ehtiyaclı üzvləri mömincəsinə yardım göstərmək, onların dərdlərinə şərik olmaq üçün böyk bir yarış başladılsın. İmam Zamana (ə.f) sevgimizi göstərmək üçün haqq-ədalət, izzət, elm, qardaşlıq və yardımlaşma xüsusiyyətlərinə malik olan Məhdəvi cəmiyyətinə xas olan səhnələri yaradaq”.

O, bu ilin ramazan ayında ümumi dua və təvəssül məclisləri, habelə çıxışların təşkil edilməməsinə işarə edərək hər kəsə təklikdə, evində və ailəsi ilə birlikdə ibadət və dua etməyi tövsiyə etdi.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda elm və texnologiya sahəsinin məsul şəxsləri və gənc fəallara ös tövsiyələrini verərək iistehsal sıçrayışının həyati və unudulmaz bir məsələ olduğunu dedi. Çünki nəyin bahasına olursa olsun, istehsal məsələsi diqqət mərkəzində saxlanaraq sıçrayış mərhələsinə çatdırılmalıdır. Elm və texnologiya sahəsinin fəal gəncləri ölkənin ehtiyac duyduğu vasitələrin istehsalı və laboratoriya işi ilə ciddi məşğul olsunlar.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /