Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşməndən qorxmazlıq Quranın mühüm göstərişlərindəndir

Quranın baharı və İlahi ziyafət mövsumu olan Mübarək Ramazan ayının birinci günü İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə Tehran müsəllasında təşkil edilən “Quranla ünsiyyət” mərasimi İmam Xomeyni (r.ə) hüseyniyyəsindən canlı yayımlandı. Mərasimdə iştirak edən Quran qariləri Quranın nurani ayələrindən tilavətlər etdilər.

İslam İnqilabının Rəhbəri mərasim çıxışında Quranın nazil olduğu Mübarək Ramazan ayının hilalının görünməsi münasibətilə hər kəsi təbrik etdikdən sonra Quranın insanların fərdi və sosial qanun və münasibətlərilə bağlı əməli və səadətbəxş qanunlarından bir neçəsini qeyd etdi.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bəşəriyyətin zülm, ayrıseçkilik, müharibə, qeyri-sabitlik, dəyərlərin tapdalanmasından xilas olması, təhlükəsizlik, sağlamlıq və asayişə nail olması üçün Quranın praktiki göstərişlərinə əməl etmək lazımdır: “Quranın praktiki göstərişlərindən bir qrupu həyatın nizama salınması formasını öyrədir. Əgər bu tənzimləmə güc, pul və şəhvətə əsaslansa, insan həqiqi və axirət həyatından məhrum olacaq. Əgər insanlar dünya həyatlarının binasını yaxşılıq və gözəllik əsasında qursalar dünyəvi mənfəətlərlə yanaşı həyatın həqiqi məqsədlərinə də mütləq nail olacaqlar”.

İnqilabın Rəhbəri qeyd etdi ki, sərvət və qüdrət kimi İlahi nemətlərin digər insanların həyatlarının abadlaşdırılması, ehtiyaclıların xilası, həmnövlərə yaxşılıq vasitəsinə çevirmək də Quranın praktiki göstərişlərindəndir.

Həzrət Ayətullah Xameni onu da bildirdi ki, Quranın ayələri və praktiki göstərişlərindən bir qrupuna əməl etmək sosial münasibətlərin tənzimlənməsinə səbəb olur: “Bu göstərişlərdən biri cəmiyyətdə qeybətin qadağan edilməsi, hətta düşmən və müxaliflər də olsa belə, insafla davranmaqdır”.

O dedi ki, əmin olmadığımız məsələlərə əməl etməməyimiz Quranın göstərişlərindəndir. Dünyada mövcud olan jurnalistikanın problemlərindən biri bu göstərişə əməl edilməməsi, bütün səylərin şayiə yaymaq və xəbər düzəltməklə məşğul olmağa sərf edilməsidir.

İslam İnqilabının Rəhbəri dedi: “Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə də belə hallar müşahidə edilir”.

Zalımlara etimad və onlara meyl göstərməkdən çəkinmək, həyatda haqq, ədalət və insafa riayət etmək və əmanətə xəyanət etməməyin də İslamın göstərişlərindən olduğunu deyən Həzrət Ayətullah Xamenei vurğuladı ki, əmanətə xəyanət etməmək həm də məsuliyyət tələb edir: “Düşməndən qorxmamaq və qarşısında möhkəm dayanmaq Quranın mühüm göstərişlərindəndir. Bəzi İslam dövlətlərinin bu günkü vəziyyəti və zalım dövlətlər tərəfindən təhqir edilməsi onların düşmənlərdən qorxmasının nəticəsidir”.

O, Böyük İmamın hegemon dövlətlərdən qorxmamaqla bağlı verdiyi böyük dərsə işarə edərək dedi: “ABŞ-dan qorxmağın acı nəticələri olacaq. Biz keçən illərdə bəzi hökumətlərimizin ABŞ-dan qorxmasının onlara hansı böyük çətinlikləri yaratdığını gördük”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, diqqətlə və Allahı xatırlamaq üçün qılınan namaz, xüsusilə Mübaraək Ramazan günlərində tövbə etmək, Allahdan əfv və bağışlanma diləmək ruhi yüksəlişə zəmin yaradır.

Ayətullah Xamenei çıxışının sonunda xalqın, müsəlmanların, xüsusilə İslam ölkələri və məsul şəxslərin problemlərin şəfaverici resepti olduğu üçün Quranın praktiki göstərişlərinə əməl edəcəklərinə ümidvar olduğunu dedi.

Bu nurani mərasimdə Quran ustadları və gənc qarilərdən bir neçəsi Quran ayələrindən tilavətlər etdi, minacatçılardan biri isə minacat oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /