Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hamımız düşmən cəbhəsinə qarşı birləşməliyik

İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər İslam Şurası Məclisinin üzvləri ilə videokonfrans şəklində keçirdiyi görüşdə on birinci çağırış parlamentinin xalqın ümid və gözləntisinin simvolu olduğunu dedi. O, ölkənin bünövrəsi və maddi potensialları, habelə xalqın mənəvi və iman imkanlarına istinad edərək dedi: “Əminəm ki, bütün mövcud problemlər həll oluna biləndir. Parlament problemlərin prioriet təsnifatını aparmaq, ikinci dərəcəli işlərdən çəkinmək və xalq üçün ixlasla işləməklə problemlərin həlli prosesində hiss olunacaq şəkildə rol oynamalıdır”.

O, koronanın yenidən artmasından təəssüf hissi keçirdiyini qeyd edərək hər kəsi sanitar təlimatlara tam şəkildə riayət etməyə çağırdı: “Əhali imkansız və ehtiyaclı insanlara yardım hərəkatı ilə bir daha ölkəni zəif təbəqələr və ehtiyaclı ailələrə yardım təravəti ilə doldurdu”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, iqtisadi şəraitin ağır, düşmənlərin məyusedici təbliğatlarına baxmayaraq, əhalinin parlament seçkilərindəki yetərsay faizlə iştirak etməsi xalqın problemlərin həll ediləcəyinə ümidvar olduğunu göstərir. O, parlament üzvlərinə tövsiyə verərək dedi: “Bu mühüm mövqeyin qədrini bilin”.

Ali Rəhbər on birinci çağırış parlamentinin İnqilabdan sonrakı ən güclü və inqilabçı parlamentlərdən olduğunu dedi: “Motivasiyalı, imanlı, güclü, təhsilli və işbilən gənclərin inqilabçı rəhbərlər və icra təcrübəsi olan insanlardan bir neçəsi, habelə parlament təcrübəsi olan qabaqcıl insanların yanında yer alması on birinci çağırış parlamentini daha yaxşı və ümidverici bir parlamentə çevirmişdir”.

Həzrət Ayətullah Xamenei on birinci çağırış parlamentinin inqilab məsələlərinə həssaslıq göstərməsindən, rəyasət heyətləri və komissiyaların təşkilində millət vəkillərinin sürətli fəaliyyətlərindən məmnun qaldığını dedi: “Millət vəkillərinin dörd illik müddəti ölkənin ümumi hərəkət relsinin çəkilməsi, problemlərin həlli prosesi, İranın inkişafı və gələcəyində böyük rol oynaması üçün gözəl bir fürsətdir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində ölkənin çoxsaylı iqtisadi problemlərini xəstəliyə bənzədərək vurğuladı: “Güclü bina və müdafiə gücünə malik olduğu üçün ölkə heç şübhəsiz bu xəstəliyə qalib gələcək. Düşmənlər də bu gün etiraf edirlər ki, ən ağır sanksiyalar və hərtərəfli təzyiqlərin olmasına baxmayaraq, anti-İran məqsədlərinə nail ola bilməyiblər”.

O bildirdi ki, inflyasiya, milli valyutanın dəyərinin azalması, məntiqsiz bahalaşmalar, istehsal müəssisələrinin problemləri, snaksiyaların yaratdığı problemlər xüsusilə orta və aşağı təbəqələrin yaşayışını ağırlaşdıran problemlərdəndir.

Həzrət Ayətullah Xamenei ölkənin bəzi imkanlarına aydınlıq gətirərk dedi: “Elm əsaslı minlərlə şirkətin yaradılması, yüzlərlə infrastruktur layihələrin həyata keçirilməsi, yeni layihələrdən davamlı istifadə, hərbi sənaye sahələrində heyrətamiz nailiyyətlərin əldə edilməsi, kosmik sahədə tərifəlayiq uğurların əldə edilməsi ölkənin çox güclü və geniş potensiallarından bir hissəsindən istifadə edilməsinin nəticəsidir”.

İnqilabın Rəhbəri xalqın inqilabçı və məzhəb imanından qaynaqlanan mənəvi potensialların çoxlu sayda təbii, coğrafi və tarixi potensialların təkmilləşdiricisi olduğunu dedi: “Mənəvi potensialları çox mühüm amil kimi diqqət mərkəzində saxlayıb istifadə etmək lazımdır”.

O, xalqın birinci korona dalğası ilə mübarizədə vaxtında və fədakarcasına iştirakının, xalqın zəif ailələrə mömincəsinə yardım göstərilməsi hərəkatında göstərdiyi çox qiymətli xidmətinin, general Süleymaninin son mənzilə yola salınmasındakı heyrətamiz iştirakının İran xalqının dərin mənəvi potensialının nümunələrindən olduğunu dedi: “Xalq iranlıların milli və cihad gücünün simvolu olan Şəhid Süleyamaniyə qarşı hörməti zamanı göstərdi ki, imperializmə qarşı mübarizə və müqavimətə inanır, öz milli qəhrəmanına ən böyük qiyməti verir”.

Həzrət Ayətullah Xamenei xalqın 87 və 88-ci illər hadisələri kimi iğtişaşlarla mübarizədəki iştirakını xatırladaraq dedi: “Xalq dövlətə qarşı istənilən hərəkətlə mübarizədə düşməni məyus edir. Bir dövlət üüçün bundan daha yüksək imkan və potensial təsəvvür oluna bilərmi?”

İnqilabın Rəhbəri çıxışının bu hissəsini bir növ yekunlaşdırarkən bəzi möcud problemlərin də məsul şəxslərin ayrı-ayrı illər ərzindəki diqqətsizliyi və az diqqətindən qaynaqlandığını dedi: “Əgər gənclərdə milli özünə güvən və etimad düşüncəsi inkişaf edən xətt üzrə davam etsə, ölkənin güclü bünövrəsindən istifadə edilsə, sərhədlərdən kənara olan boş ümidlər və ölkə iqtisadiyyatının şərtləndirilməsi zəiflədilsə, mən tam əminəm ki, iqtisadi problemlər həll olunar”.

İslam İnqilabının Rəhbəri on birinci çağırış parlamentinin üzvlərinə tövsiyələr ünvanladı.

İlahi və xalis niyyət, xalq üçün işləmək, mühitin təsirinə düşməkdən çəkinmək Həzrət Ayətullah Xameneinin parlament üzvlərinə verdiyi ilk tövsiyə oldu.

İnqilabın Rəhbərinin ikinci tövsiyəsi üzvlərin andı ilə bağlı oldu: “Millət vəkillərinin parlamentdə işə başlayarkən içşdikləri and dini bir anddır. Bu səbəbdən İslamın hərəmlərini və İslam İnqilabının nailiyyətlərini ciddi şəkildə qorumaq lazımdır”.

Həzrət Ayətullah Xamenei üçüncü tövsiyəsində ölkənin əsas və açar məsələlərinə diqqətin, qeyri-əsas məsələlərlə məşğul olmaq və onlara üstünlük verməkdən çəkinməyin zəruri olduğunu vurğuladı: “İndiki şəraitdə iqtisadiyyat sahəsində ölkənin əsas məsələləri istehsal, məşğulluq, inflyasiyaya nəzarət edilməsi, pul və maliyyə sisteminin idarə edilməsi, ölkə iqtisadiyyatının neftdən asılı olmaması məsələlərindən ibarətdir”.

O, sosial məsələlərin də zəruriliyini vurğuladı: “Mənzil məsələsi çox mühüm və açar məsələdir. Gənclərin evlənməsi və onun asanlaşdırılması, uşaq artımı, ölkə əhalisinin qocalma prosesinin qarşısının alınması, virtual məkanın qısa və orta müddətli idarəçiliyi ölkənin digər əsas məsələlərindəndir”.

İslam İnqilabının Rəhbəri on birinci çağırış parlamentinin üzvlərinə ünvanladığı dördüncü tövsiyəsini qüvvələrin qarşılıqlı əlaqəsi və əməkdaşlığına aid etdi: “Qüvvələrin qarşılıqlı əlaqəsinin ümumi planı icra və məhkəmə orqanları tərəfindən belə reallaşdırılır: Onlar Parlamentin qəbul etdiyi qərarları dəqiq və kamil şəkildə icra etməlidirlər və bu sahədə süründürməçiliyə qətiyyən yol vermək olmaz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu qarşılıqlı yardımlaşmada parlamentin üzərinə düşən vəzifə ondan ibarətdir ki, qəbul edilən qərarlarda ölkənin poensialları və gerçəkləri nəzərə alınmalıdır”.

O, qüvvələrin qarşıılıqlı yardımlaşması məsələsində parlament üzvlərinə səslənərək dedi: “Parlamentin hökumət işçiləri ilə əlaqələri qanuna və şəriətə uyğun olmalıdır. Yəni sual və araşdırma parlamentin haqqı kimi həyata keçirilməlidir. Hç bir məlumat olmadan hökumət işçilərinin təhqir edilməsi və söyülməsinə qətiyyən yol vermək olmaz. Bu davranışların bəzisi şəriət baxımından haramdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Parlamentin işə başladığı birinci ay nazirlərin parlamentin iclaslarında iştirakı və ölkənin mövcud vəziyyəti ilə bağlı hesabatlar verməsi çox yaxşı bir işdir. Anca nazirlər təhqir edilməməli və söyülməməlidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Emosional və məntiqsiz münasibətlərdən çəkinmək lazımdır. Əks baxış mətin, ağıllı, güclü və izah edilə bilən olmalıdır”.

O, parlamentin digər qüvvələrlə əməkdaşlığı haqqında belə dedi: “Xalq parlament və digər iki qüvvədən haqqın bəyan edilməsi və ona nəzarət edilməsini gözləyir, qüvvələr arasında mübahisə, yaxalaşma və gərginliyin olmasına kəskin şəkildə qarşıdır. Hamı bilməlidir ki, qurumların rəhbərləri səviyyəsində münqaişə mühitinin olması ictimai rəy üçün ziyanlı və narahatedicidir”.

İslam İnqilabının Rəhbəri düşmənin geniş cəbhəsi qarşısında daxili birlik, vəhdət və həmrəyliyin olmasının bütün qüvvələrin məsul şəxslərinin vəzifəsi olduğunu dedi: “Bu gün ən mənfuru və çirkini ABŞ olan düşmən cəbhəsi bütün siyasi, iqtisadi və təbliğat imkanını güclü İran xalqını diz çökdürmək üçün işə salmışdır. Belə bir şəraitdə hətta daxildə mövqe və baxış fərqliliyinin olmasına baxmayaraq, çərənçi düşmən qarşısında əl-ələ vermək və həmrəy olmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei parlamentin nəzarət rolunun çox mühüm və həyati əhəmiyyət daşıdığını dedi: “Bu rol mətanətlə, ağılla və marjinallıqdan uzaq şəkildə ifa edilməlidir”.

O, hökumətin son ilinin olduğunu qeyd edərək dedi: “Hökumətlərin son ili adətən həssas il olur. İşlərə nəzarət edilməsinin qətiyyən zıifləməməsinə çalışmaq lazımdır. Bu səbəbdən hesab edirəm ki, hökumətlər son günə qədər öz vəzifələrini yerinə yetirməli, öz qanuni müddətlərini başa vurduqdan sonra əmanəti vəziyyətlə bağlı hesabat təqdim edərək növbəti hökumətə təhvil verməlidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Hökumətin son həssas, parlamentin də ilk ilinin olduğu bir şəraitdə iki qüvvə vəziyyəti elə idarə etməlidir ki, ölkənin mühüm işinə ləkə gəlməsin”.

Həzrət Ayətullah Xamenei habelə Parlamentin Araşdırmalarına Nəzarət Mərkəzi və Millət Vəkillərinin Davranışına Nəzarət Mərkəzinin iki çox mühüm mərkəz olduğunu, araşdırmalar mərkəzinin mütəxəssis baxışlarından arzuolunan şəkildə istifadə edilməsinin vacibliyini vurğuladı.

İslam İnqilabının Rəhbəri çıxşının son hissəsində korona xəstəliyinin yenidən yayılması və yoluxanların çoxunun vəfat etməsinin, həqiqətən, təəssüf doğuran bir hal olduğunu dedi. O, xalqa xidmət edərkən bəzisinin də xəstəliyə yoluxmuş və ya canını tapşırmış səhiyyə işçilərinin göstərdikləri parlaq xidmətləri və fədakarlıqları çox yüksək qiymətləndirdi: “Bu xidmətlərə baxmayaraq, bəzi adamlar hətta sadə maska taxılması təlimatına da riayət etmirlər. Mən, həqiqətən, fədakarcasına xidmət göstərən həkim və tibb işçisindən utanıram”.

Həzrət Ayətullah Xamenei ölkənin korona ilə mübarizədə tutduğu ilk mövqedən təəssüf doğuran uzaqlaşması reallığına işarə edərək bütün qurumlara, xidmət qruplarına və hər kəsə səslənərək dedi: “Hər kəs öz rolunu ən yaxşı şəkildə ifa etməlidir ki, qısa müddət ərzində yoluxma zəncirini qıraq və ölkəni xilas sahilinə çıxaraq”.

O, ramazan ayı ərəfəsində xalqın mömincəsinə xidmət hərəkatındakı genişmiqyaslı iştirakının çox qiymətli olduğunu və zəif təbəqələrin həyatlarını yaxşılaşdırdığını dedi: “Bu yardım və ehsan hərəkatı inkişaf etdirilməli və genişləndirilməlidir. Hər kəs bacardığı formada yardım göstərməli və ehtiyaclalardan hər hansının ölməsinə imkan verməməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda hər kəsi, xüsusilə gəncləri bəlanın dəf olunması üçün Allah-taalanın dərgahında ümumi dua və təvəssül etməyə çağırdı.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən parlamentin sədri cənab Qalibaf parlamentin strategiyaları, tədbirləri və proqramları haqqında məlumat verərək millət vəkillərinin əsas məqsədinin xalqın problemlərini həll etmək, parlamenti çevik və inqilabçı bir quruma çevirmək olduğunu dedi: “Büdcə strukturunda islahat, vergi sisteminin yenilənməsi, zəif təbəqələrin himayə edilməsi, istehsal sıçrayışına mane olan amillərin aradan qaldırılması, xarici ticarət sahəsində dəyişiklik on birinci çağırış parlamentinin iqtisadiyyatla bağlı islahtlar paketinin istiqamətlərindəndir”.

Cənab Qalibaf vəkillərin işlərinin tənzimləndirilməsi və onların qorunması, qanunvericilik proseslərində şəffaflıq, qanunvericilklə yanaşı nəzarət işinə xüsusi diqqətin də parlamentin proqramlaırndan olduğunu dedi.

İstənilən marjinal fəaliyyətin parlamenti xalqın problemlərinin həllindən uzaqlaşdırdığını deyən parlamentin sədri digər qüvvələrlə əməkdaşlıq edilməsinin zəruri olduğunu vurğuladı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /