Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın Rəhbərinin iştirakı ilə Tasua gecəsi mərasimi keçirildi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Tasua gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii qeyd etdi ki, islahat və dəyişiklik yaradan ən əsas amil səy və fəaliyyətə əsaslanan həqiqi ümiddir. O, Allaha təvəkkül, ilahi vədlərə nikbin baxış, özünün güclü, düşmənin isə zəif cəhətlərinə diqqət, ümid yaradan tarixi nümunələrdən ibrət götürmək kimi ümid yaradan bir neçə faktora işarə edərək dedi: “Ümid yaradan islahat amili İmam Hüseynin (ə) karvanı hərəkətə başladığı andan Kərbəla hadisəsindən sonra Əhli-beytin Mədinəyə qayıtdığı vaxta qədər bu hərəkatın bütün cəhətlərində - Həzrət Seyyidüşşühəda (ə) və onun səhabələrinin bəyanatları, xütbələri, görüşləri və rəcəzlərində aşıq şəkildə özünü göstərərək parladı.

Mərasimdə Höccətül-İslam vəl-müslimin Möhsin Atəşkar Kərbəla şəhidlərinə həsr edilmiş mərsiyə və zikri-müsibət oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /