Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın Rəhbərinin iştirakı ilə Şami-qəriban mərasimi keçirildi

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Şami-qəriban mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali qeyd etdi ki, şeytan və ona tabe olan cərəyanların proqramlarından biri möminlərin birliyini dağıdıb onların arasındakı iman əlaqlərini kəsməkdir: “İslam cəmiyyətində qarşılıqlı yardımlaşma, həmrəylik, bir-birinin dərdinə şərik olmaq, məsuliyyət hissi və bir-birinə qarşı məhəbbət kimi üstün keyfiyyətlər artsa, cəmiyyət mənəmlik və fərdiçilikdən xilas olar. Cəmiyyətə mömincəsinə bir kollektiv ruhunun hakim olması ilə o ictimai vilayət olan zühur dövrünü qəbul etməyə hazır olacaq”.

Mərasimdə Höccətül-İslam vəl-müslimin Seyid Bəhaəddin Ziyayi Kərbəla şəhidlərinə həsr edilmiş zikri-müsibət və məqtəl oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /