Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Ali Rəhbərinin “Beynəlxalq Qüds Günü” münasibətilə teleçıxışı

İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının sonuncu cüməsi, eyni zamanda Beynəlxalq Qüds Günü etdiyi çıxışı zamanı qüvvələr balansının İslam dünyası və müqavimət cəbhəsinin xeyrinə dəyişməsinə, qarşılığında ABŞ və sionist rejimin aşkar iflasına işarə edərək bir neçə zəif dövlətlə olan əlaqələrin adiləşdirilməsinin işğalçı rejimin süqutuna mane olmayacağını dedi. O, Fələstinin siyasi sistemini təyin etmək üçün bu ölkənin bütün yerli sakinlərindən məntiqli referendum tələbinin reallaşdırılmasının zəruriliyini vurğulayaraq Fələstin mücahidlərinə səsləndi: “Qəsbkar rejimə qarşı apardığınız qanuni və əxlaqi mübarizənizi o qədər davam etdirin ki, nəhayət, bu mütərəqqi tələbin qəbul edilməsi məcburiyyəti yaransın”.

Həzrət Ayətullah Xamenei Fələstin məsələsinin İslam ümmətinin ən mühüm və ən aktual məsələsi olduğunu dedi: “Despot kapitalist sisteminin siyasətləri bir milləti öz evindən məhrum edib terrorçu rejimi və yad bir xalqı orada məskunlaşdırmışdır”.

İnqilabın Rəhbəri sionist rejimin təsis edilməsinin çox zəif məntiqinə işarə edərək dedi: “Avropalılar özləri iddia etdikləri kimi, II Dünya müharibəsi illərində yəhudilərə zülm ediblər. Ancaq deyirlər ki, yəhudilərin intiqamını Qərbi-Asiyada yaşayan bir xalqı öz ölkəsindən didərgin salmaqla, orada faciəli qırğınlar törtəməklə almaq lazımdır. Bununla da özlərinin insan hüquqları və demokratiya ilə bağlı olan bütün yalançı iddialarının saxta olduğunu ortaya qoymuş olurlar”.

O, sionistlərin ilk gündən Fələstini terrorizm bazasına çevirməsi gerçəyinə işarə edərək dedi: “İsrail dövlət deyil, o, Fələstin və digər müsəlman xalqlara qarşı yaradılmış bir terror bazasıdır. Buna görə də ona qarşı mübarizə zülm və terrorizmə qarşı mübarizə, eyni zamanda hər kəsin vəzifəsidir”.

Həzrət Ayətullah Xamenei qəsbkar rejimin yaradılmasından – Qərbin regiona müdaxiləsi, diktator və ya marionet hökumətlərin hakimiyyət başına gətirilməsindən - əvvəl baş verən hadisələrə işarə edərək İslam ümmətinin zəiflədilməsi və aralarına təfriqə salınmasının Fələstinin işğalına bir zəmin olduğunu dedi: “Həmin dövrdə kapitalist və kommunist düşərgələri sionist qarunları ilə razılığa gəldilər. İngiltərə əsl planı hazırladı. Sionist kapitalistləri onun pul və silah vasitəsilə icra edilməsini öz üzərinə götürdü. SSRİ qanunsuz dövləti rəsmi olaraq tanıyan ilk dövlət kimi çoxlu sayda yəhudini oraya ezam etdi”.

İnqilabın Rəhbəri dünyanın bu günkü vəziyyəti və qüvvələr balansının İslam dünyasının xeyrinə dəyişdiyini bildirdi. O, Avropa və ABŞ-da baş verən ABŞ seçkiləri, onun iddialı idarəedicilərinin rüsvayçılığı, ABŞ və Avropanın karona pandemiyası ilə uğursuz mübarizəsi və onun utancverici yan effektləri kimi siyasi və sosial hadisələrə işarə edərək dedi: “Bunlar Qərb düşərgəsinin tənəzzülü və iflasını göstərir”.

O, Qərbin bu məyusluqları qarşısında müsəlman xalqların ümidverici imkanlarının artdığını dedi: “Ən həssas İslam regionlarında müqavimət qüvvələrinin, onların müdafiə və hücum bacarıqlarının inkişafı, müsəlman xalqların özünü dərki və ümidinin artması, İslam şüarlarına meylin artması, xalqların elmi inkişafı, müstəqillik tələbi və özgüvəninin artması daha gözəl bir gələcəyin müjdəsini verir”.

Həzrət Ayətullah Xamenei müsəlman ölkələrinin Fələstin məsələsi və Qüdsün taleyi ətrafında birləşməyin zəruriliyini vurğulayaraq dedi: “Bu birlik düşmən sionistin, onun amerikalı və avropalı himayədarlarının kabusudur. Uğursuz əsrin müqaviləsi layihəsi, bir neçə zəif Qərb dövlətinin qəsbkar rejimlə olan əlaqələrinin adiləşdirilməsinə çalışmaq bu kabusdan qaçmaq üçün göstərilən faydasız səylərdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Mən qətiyyətlə deyirəm ki, bu səylərin heç bir nəticəsi olmayacaq. Sionist rejimin tənəzzül və çöküş prosesi başlayıb və bu, proses dayanmayacaq”.

O bildirdi ki, Fələstin əraziləri daxilindəki müqavimətin davam etdirilməsi, cihad və şəhadət xəttinin gücləndirilməsi, müsəlman dövlətlər və xalqların Fələstin mücahidlərinə verdikləri beynəlxalq dəstək gələcəyin iki təyinedici amilidir: “Bu qlobal hərəkət düşmənlərin planını puça çıxarır. Hər kəs - siyasətçilər, ziyalılar, alimlər, partiyalar, qruplar və gənclər bu hərəkatdakı yerlərini tapmalı və öz rollarını ifa etməlidirlər”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində ərəb dilində ərəb millətindən olan gənclərə mürciət etdi.

O, bütün azad ərəblərə, xüsusilə gənclərə, Fələstin və Qüdsün müqavimət göstərən əhalisinə, Məscidül-əqsada düşmənə qarşı mübarizə aparan mücahidlərə, habelə şəhidlərə, xüsusilə Şeyx Əhməd Yasin, Seyid Abbas Musəvi, Fəthi Şəqaqi, İmad Müğniyə, Əbdül-əziz Rantisi, Əbumehdi əl-Mühəndisi və müqavimət şəhidlərinin parlaq siması olan Qasim Süleymaniyə salam göndərdi.

İnqilabın Rəhbəri fələstinli mücahidlər və şəhidlərin pak qanlarının müqavimət bayrağının ayaqda qalması və Fələstin cihadının daxili gücünün yüzlərcə dəfə artması amili olduğunu dedi: “Özünü bir gün daşla müdafiə edən fələstinli gənc bu gün hədəfi dəqiq vuran raketlə düşmənə cavab verir”.

O vurğuladı ki, 70 illik işğal, irqi ayrıseçkilik, qətl, qarət, hörmətli insanların həbs və işgəncələrə məruz qoyulması fələstinlilərin iradəsini qıra bilməmişdir: “Fələstin diridir və cihada davam edir. Müqəddəs Qüds və bütün Fələstin oranın əhalisinə geri qayıdacaq”.

Həzrət Ayətullah Xamenei bütün müsəlman dövlətləri və xalqlarının Fələstin məsələsində məsuliyyət daşıdığını dedi: “Təbii ki, fələstinlilər özləri mübarizənin əsas mərkəzini təşkil edirlər. Fələstinin daxili və xaricində olan fələstinlilərin sayı 14 milyondur. Onların vəhdəti və əzmi böyük bir iş görə bilər”.

İslam İnqilabının Rəhbəri vəhdətin fələstinlilərin ən böyük silahı olduğunu qeyd edərək Fələstin əhalisi daxilində bu vəhdətin qorunmasının zəruri olduğunu vurğuladı: “Bu vəhdətin əsas sujet xəttini daxili mübarizə və düşmənlərə etimad göstərilməməsi təşkil etməlidir. Habelə fələstinlilərin əsl düşməni olan ABŞ, İngiltərə və mənfur sionistlər Fələstin siyasətlərinin söykənəcəyi olmamalıdır”.

O, Qəzza, Qüds, Şərq sahili, 1948-ci ilə əraziləri və düşərgələrdəki bütün fələstinlilərin vəhdəti startegiyasının zəruriliyini vurğulayaraq dedi: “Bütün fələstinlilər bir vahidi təşkil edirlər, təzyiqlər vaxtı bir-birlərini müdafiə etməklə ixtiyarlarında olan vasitələrdən istifadə etməlidirlər”.

Həzrət Ayətullah Xamenei qüvvələr balansının fələstinlilərin xeyrinə dəyişməsi və sionist rejimin dərin və hərtərəfli zəifləməsinin ümidverici hadisələr olduğunu dedi: “Özünü məğlubedilməz ordu adlandıran sionist ordusu bu gün qələbənin dadını dadmayacaq bir orduya çevrilmişdir. Siyasətdə də iki il ərzində dörd dəfə seçkilər keçirmək məcburiyyətində qalmışlar. Təhlükəsizlik sahəsində bir-birinin ardınca məğlubiyyətə uğrayırlar. Yəhudilərin əks istiqamətli mühacirətə olan meyllərinin artması bu iddialı rejimin rüsvayçılığına səbəb olmuşdur”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ABŞ-ın köməyi ilə qəsbkar rejimin bir neçə zəif və cılız ərəb dövləti ilə olan əlaqələrinin adiləşdirilməsinə göstərilən davamlı səylər bu rejimin zəifliyini göstərən başqa bir aşkar nümunədir: “Bu əlaqələrin sionist rejimə heç bir köməyi dəyməyəcək. On illər bundan qabaq Misirlə yaradılmış və bu günə qədər davam edən əlaqə daha çox zəifləyib və daha çox zədə alıb”.

O əlavə etdi: “Həmin ölkələrin də bu əlaqədən heç bir bəhrəsi olmayacaq. Çünki sionist düşmən onların sərvəti və torpaqlarını qəsb edərək onlardakı əmin-amanlığı pozacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Müsəlman və xristian alimlər adiləşdirilməni şəriətlə haram elan etməlidirlər. Ziyalılar və azad insanlar Fələstinin kürəyinə sancılmış bu xəyanət xəncərinin nəticələrini hər kəsə izah etməlidirlər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, qəsbkar rejimin tənəzzülü müqabilində müqavimət cəbhəsinin imkanları artan xətt üzrə inkişaf edir: “Müdafiə və hərbi gücün artması, effektiv silahların istehsalında özünü təmin, mücahidlərin özünə güvənməsi, gənclərin özünü dərkinin artması, müqavimət dairəsinin bütün Fələstin əraziləri və onun xaricinə yayılması, gənclərin Məscidül-əqsanın müqdfiəsi uğrundakı son günlərdəki sıçrayışı, dünyanın bir çox regionlarında ictimai rəydə Fələstin xalqının məzlumiyyəti və mübarizəsi anlayışılarının birlikdə əks olunması parlaq gələcəyin müjdəçisidir”.

O, Fələstin mübarizəsinin məntiqinin, yəni ölkənin siyasi sistemini müəyyən etmək üçün Fələstinin əsl sakinlərindən referendum istənilməsinin mütərəqqi və cəlbedici bir məntiq olduğunu dedi: “İslam Respublikası tərəfindən BMT-nin sənədlərində də qeydiyyata alınan bu məntiqə əsasən, fələstinli mübarizlər Fələstinin bütün dinlər və xalqlardan olan əsl sakinləri, o cümlədən fələstinli köçkünlərin iştirakı ilə referendum təşkil edə bilərlər. Bu referendumun da nəticəsi ölkənin siyasi sistemini müəyyən edə bilər. Həmin siyasi sistem köçkünləri ölkəyə qaytaracaq və məskunlaşmış köçkünlərin taleyini müəyyən edəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu mütərəqqi tələbin davam etdirilməsi demokratik və inkarolunmazdır: “Fələstin mücahidləri qəsbkar rejimlə olan qanuni və əxlaqi mübarizələrini o qədər davam etdirməlidirlər ki, nəhayət, bu tələbin qəbul edilməsi məcburiyyəti yaransın”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /