Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın Rəhbərinin Fələstin qüvvələrinin qələbəsi münasibətilə bəyanatı

Sionist rejimlə on iki günlük müharibədə qələbə çalmış Fələstinin müqavimət qüvvələrini təbrik edən Həzrət Ayətullah Xamenei bəyanat verdi.

İslam İnqilabının Rəhbərinin bəyanatının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Qüdrətli və məzlum Fələstinə salam olsun; Qeyrətli və qorxmaz Fələstin gənclərinə salam olsun; Müqavimət göstərən qəhrəman Qəzzaya salam olsun, HƏMAS-a, cihada və Fələstinin bütün siyasi və mübarizə qruplarına salam olsun.

Fələstinli mücahidlərə yardım edib izzət verdiyi üçün yenilməz güc və qüdrət sahibi olan Allaha təşəkkür edirəm. Allahdan şəhid ailələrinə toxtaqlıq və arxayınlıq, şəhidlər üçün rəhmət və müjdə, yaralılar üçün isə şəfa diləyir və cinayətkar Sionist rejim üzərindəki qələbə münasibətilə təbrik deyirəm.

Bu bir neçə günlük sınaq Fələstin xalqını başıuca etdi. Vəhşi və canavar xislətli düşmən vahid Fələstinin qiyamı qarşısındakı acizliyini doğru analiz etdi. Qüds, Qərb sahilinin Qəzza, 1948-ci ildə işğal olunmuş ərazilər və qaçqın düşərgələri ilə əməkdaşlıq sınağı fələstinlilərin gələcək strategiyasını göstərdi.

Bu 12 gündə zülmkar rejim, əsasən, Qəzzada böyük cinayətlər törətdi və əməli şəkildə sübut etdi ki, Fələstinin birgə qiyamının qarşısında gücsüz olduğu üçün bu kimi dəlicəsinə və alçaqcasına hərəkətlərə yol verərək dünya ictimaiyyətinin fikirlərini özünə qarşı yönəldir, özü və arxasında dayanan qərb dövlətləri, xüsusilə cinayətkar ABŞ barəsində əvvəlkindən daha mənfur təsəvvür yaradır.

Cinayətlərin davam etdirilməsi və atəşkəs tələbi - hər ikisi onun məğlubiyyəti idi. O, məğlubiyyəti qəbul etmək məcburiyyətində qaldı. Xəbis rejim bundan da zəif olacaq. Fələstinli gənclərin hazırlığı, bütün mübarizə qruplarının güc nümayişi, davamlı güc göstəriciləri Fələstini günbəgün daha da güclü, qəsbkar düşməni isə gücsüz və xar edəcək.

Qarşıdurmaların başlanma və dayandırma vaxtı Fələstinin siyasi və mübarizə elitasının təyinindən asılıdır. Lakin hazırlıqlar və səhnədə güclü iştirak heç vaxt dayandırılmamalıdır. Muzdur qəsəbə sakinləri və hegemon rejim qarşısında müqavimət üçün Şeyx Cərrah bölgəsindəki təcrübə qeyrətli Fələstin xalqının həmişəlik təlimatı olmalıdır. Şeyx Cərrah bölgəsinin comərd əhalisinə salam göndərirəm.

İslam dünyası Fələstin məsələsində tamamilə məsuliyyət daşıyır və bu, onların dini vəzifəsidir. Siyasi düşüncə və idarəetmə təcrübələri də bu şəri hökmü təsdiqləyir və ona təkid edir. Müsəlman dövlətləri istər hərbi gücləndirmədə, istər bu gün keçmişdəkindən daha çox ehtiyac duyulan maddi dəstəkdə, istərsə də Qəzzadakı dağıntıların və infrastrukturun yenidən qurulmasında Fələstin xalqına dəstək olmaqda sədaqət nümayiş etdirməlidirlər.

Xalqların tələb və israrı bu dini və siyasi istəyə dəstəkdir. Müsəlman xalqlar bu vəzifəni yerinə yetirməyi öz dövlətlərindən tələb etməlidir. Xalqlar özləri də imkan daxilində siyasi və maliyyə baxımdan yardım etməyə borcludurlar.

 Digər bir vacib vəzifə isə terrorçu və qəddar Sionist hökumətinin cəzalandırılmasını təmin etməkdir. Bütün ayıq vicdanlar bu 12 gündə fələstinli uşaqları və qadınları öldürmək kimi ağır cinayətin cəzasız qalmamalı olduğunu qəbul edirlər. Rejimin bütün nüfuzlu ünsürləri və şəxsən cinayətkar Netanyahu beynəlxalq və müstəqil məhkəmələr tərəfindən mühakimə olunmalı və cəzalandırılmalıdır. Bu, Allahın qüdrəti sayəsində gerçəkləşəcək və Allah Öz işində qalibdir!

9 şəvval 1442-ci il, cümə günü
31 ordibehişt 1400-cü il
Seyid Əli Xamenei

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /