Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Hüseynin (ə) “Tasua gecəsi” mərasimi

İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Hüseynin (ə) “Tasua gecəsi” adlı matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Səidi Həzrət Əbülfəzlül-Abbasla (ə) bağlı olan ziyarətnamədən müəyyən hissələri oxuduqdan sonra Haqq imamla olan əlaqənin qorunması və dərinləşdirilməsi, batil cərəyan qarşısında barışmaz mövqe tutub, onunla araya sərhəd qoymağın Qəməri-Bəni-Haşimin öyrətdiyi iki mühüm dərs olduğunu dedi: “Allahın peyğəmbərlər və onların ardıcıllarından aldığı əhd budur ki, batillə qarşı-qarşıya gəldikdə arxalarını çevirib geri çəkilməsinlər. Bu əhdə sadiq olub vəfalı qalanlar Quranda tərifləniblər”.

Mərasimdə cənab Məhəmmədrza Tahiri zikri-müsibət və rövzə oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /