Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbərin iştirakı ilə “Şami-qəriban” matəm mərasimi keçirildi

İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə “Şami-qəriban” adlı matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali bəla və çətinliklərin inkişaf və kamilliyin şərti olduğunu dedi: “Dünya bəlalarsız ola bilməz. Mömin insan onların qarşısında məyus olub çaşqınlığa düşməz, bəla və təhdidi nemət və fürsətə çevirər”.

Cənab Ali qeyd etdi ki, Həzrət Seyyidüşşühəda (ə) çətinliklərin ortasında özünün kamil bəndəliyi ilə dünyanın ən böyük bəlasını ən böyük fürsətə çevirdi: “Dinin qorunması, möminlərin vilayət xətti ətrafında toplaşıb öz iqtidarlarını qiyamətə qoruyub saxlaması İmam Hüseynin (ə) bayrağı və hərəkatı altında baş verəcək”.

Mərasimdə çıxış edən cənab Mehdi Səmavati rövzə və “Təvəssül duası”nı oxudu. Mahmud Kərimi şəhidlər sərvənin xatirəsinə həsr edilmiş mərsiyə dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /