Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfat ildönümünə həsr edilmiş mərasim

Bu gün (çərşənbə axaşamı) səhər İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə əziz Peyğəmbərin (s) vəfatı və onun böyük nəvəsi Həzrət İmam Həsən Müctəbanın (s) şəhadət ildönümünə həsr edilmiş matəm mərasimi keçirildi.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali qeyd etdi ki, əziz Peyğəmbər (s) Allahın ən böyük təzahürü və təcəllasıdır: “O müqəddəs varlığı ən yaxşı şəkildə tanıtdıran Allahdır. Allah Qurani-Kərimdə buyurur ki, Peyğəmbər (s) insanların özlərindəndir, onların arasındadır və insanların doğru yola yönəlməsinə həris və canıyanan, möminlərə qarşı çox mehriban və şəfqətlidir”.

Mərasimdə çıxış edən cənab Sələhşur növhə və zikri-müsibət oxudu.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /