Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilab məzmunu vasitəsilə mədəni hücumlara qarşı müdafiə sistemi yaradılmalıdır

Həzrət Ayətullah Xamenei dörd illik yeni bir dövr üçün Mədəni İnqilab Ali Şurasının üzvlərinin təyin edilməsi fərmanında əvvəlki üzvlərə, xüsusilə yeni dövrdə olmayan alim və ustadlara çəkdikləri zəhmətlərə gösrə təşəkkür edərək mədəniyyətin inqilab sistemi və məzmununa əsaslanan ümumi forması və tərtibatının yadların media və mədəni hücumlarına qarşı yeganə müdafiəçi olduğunu bildirdi.

İslam İnqilabının Rəhbərinin fərmanının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd Allah üçündür. Allahın salavat və salamı olsun Allahın Rəsuluna və onun pak ailəsinə.

İslam İnqilabının yeni hicri şəmsi yüzilliyinin başlanğıcına təsadüf edən ikinci qırxilliyinə keçid mədəni infrastrukturlar kompleksinə yeni, patoloji və yeniləyici baxışın olmasını zəruri edir. Bu kompleksin başında mədəniyyət kateqoriyası dayanır. Mədəniyyət insan cəmiyyətlərinin bütün əsaslı və fundamental tədbirlərinə istiqamət verir, onu sürətləndirir və ya yubadır.

Bu istiqamət hazırki mərhələdə, əsasən, mədəniyyət sahəsinin məsul şəxsləri və ölkənin ayrı-ayrı sahələrinin elit nümayəndələri və fəallarının mədəniyyət kateqoriyasına baxışı və məsuliyyət hissinin artırılmasını, o cümlədən bu dərin inancın yaradılmasını nəzərdə tutur. Cəmiyyətin mədəni sahələrinin hər birində mədəniləşdirmə aparılması onun inkişafı, müvəffəqiyyəti, o cümlədən məcburedici və təhkimçi vasitələrdən ehtiyacsız olmasının ən üstün vasitəsidir. Bundan əlavə, mədəniyyətin bütün geniş sahələrində onun mahiyyəti və ümumi formasının inqilab sistemi və məzmununa möhtac olması kimi həyati bir nüansı ehtiva edir. Bu, ölkənin ümumi mədəniyyətinin bədxah yadların planlaşrıdığı mədəni və media hücumuna qarşı təhlükəsiz edilməsinin yeganə vasitəsidir.

Mədəni İnqilab Ali Şurası yarandığı ilk gündən ölkənin elmi və mədəni vəziyyətini tənzimləmək, qeyd edilən iki kateqoriya ilə bağlı siyasətin müəyyən edilməsi, bu sahənin cavabdeh qurumlarının inqilab dəyərləri və məqsədlərinə doğru istiqamətləndirilməsi, sözügedən qurumların intellektual ehtiyaclarının təmin edilməsi, ölkənin mədəni qərargahı rolunda çıxış etmək vəzifəsi daşıyır.

Ali Şura bu sahələrlə bağlı qiymətli xidmətlər təqdim etmişdir. Mən özümə borc bilirəm ki, ayrı-ayrı dövrlərdə rol oynamış bütün möhtərəm üzvlərə, xüsusilə Ali Şuranın yeni dövründə iştirak etməyən alim və ustadlara səmim qəlbdən təşəkkür edim və onlardan bu şuraya məsləhətçi yardımlarını davam etdirmələrini istəyim.

Bu məktub vasitəsilə yeni dövrün aşağıda adları qeyd edilmiş hüquqi və fiziki şəxsləri dörd illik Mədəni İnqilab Ali Şurasının üzvlüyünə təyin edirəm.

Hüquqi şəxslər: Hələlik üç qüvvənin və bu vaxta qədər Ali Şuranın üzvü olmuş qurumların rəhbərləri.

Fiziki şəxslər: Ərafi, İman İftixari, Əmirhüseyn Bankipurfərd, Həmid Parsaniya, Adil Peyğami, Qulaməli Həddadadil, Həsən Rəhimpur Əzğədi, Əliəkbər Rəşad, Hüseyn Sai, İbrahim Suzənçi, Səidrza Amili, Mənsur Kəbkaniyan, Əli Laricani, Mahmud Məhəmmədi İraqi, Məhəmmədrza Müxbir Dezfuli, Mürtəza Mirbaqiri, Sadiq Vaizzadə, Əhməd Vaizi.

Mühüm məsələlər bu fərmanın əlavəsində möhtərəm üzvlərə çatıdırılacaqdır. Hamınıza Allah-taaladan uğur diləyirəm.

Seyid Əli Xamenei
23 aban 1400

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /