Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmperializmin məkrli planına rəğmən, gələcək İslamındır

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bir neçə Avropa ölkəsində İslamın müqəddəs dəyərlərinə və Qurani-Kərimə qarşı edilmiş son təhqirləri qınadı. Bu təhqirləri imperializmin əsl İslamla düşmənçiliyinin göstəricisi olduğunu hesab edən İslam İnqilabının Rəhbəri dünyanın bütün azadlıqsevərlərini müqəddəs dəyərlərin təhqirinə yönəlmiş nifrət yayan çirkin siyasətlə mübarizə aparmağa çağırdı.

Həzrət Ayətullah Xameneinin KHAMENEI.IR saytının tvitter hesabında yayımlanan mövqeyinin tam mətni:

“Azadlıq şüarı altında Qurana qarşı edilmiş dəlicəsinə təhqir göstərir ki, imperializmin hədəfi əsl İslam və Qurandır. İmperializmin məkrli planına rəğmən, Quran gündən-günə daha da parlayacaq və gələcək İslamındır. Dünyanın bütün azadlıqsevərləri müsəlmanlarla yanaşı müqəddəs dəyərlərin təhqirinə yönəlmiş nifrət yayan çirkin siyasətlə mübarizə aparmalıdırlar”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /