Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həcc dünya və axirət faydaları olan beynəlxalq vədləşmə yeri və zamanıdır

İslam İnqilabının Rəhbəri bu gün səhər Həcc ziyarətinin təşkilatçıları, cavabdeh şəxsləri və Allah evinin ziyarətçilərindən bir qrupu ilə görüşdə Həcc ziyarətinə düzgün baxış bucağının olmasının və bu vacib əməlin əhəmiyyətinin dərk edilməsinin çox mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Həcc – məqsədi İslam ümmətini ucaltmaq, müsəlmanların qəlblərini bir-birinə yaxınlaşdırmaq, İslam ümmətini küfr, zülm, insani və qeyri-insani bütlər qarşısında birləşdirmək olan qlobal və mədəni bir məsələdir”.

Həzrət Ayətullah Xamenei Quran ayələrinə istinad edərək Kəbə evinin insan cəmiyyətlərinin duruş və möhkəmlik səbəbi olduğunu bildirdi. O, bu vacib əməlin dünya və axirət faydalarına işarə edərək dedi: “Əgər Həcc olmasa, İslam ümməti çökər”.

Həccin beynəlxalq vədləşmə və qərarlaşma yeri və zamanı olduğunu deyən Ali Rəhbər Allahın bütün insanları Həcc mərasiminə çağırıdığını bildirdi: “Tarix boyu bütün insanların müəyyən bir zamanda bir məkana toplaşmağa çağırılması bu ilahi çağırışda çox mühüm məqsədlər və faydalar olduğunu göstərir”.

İnqilabın Rəhbəri İslam ümmətinin vəhdəti və imperialist şeytanlara qarşı mübarizənin bu məqsədlərdən olduğunu dedi: “Həccin müxtəlif dünyəvi faydalarından biri budur ki, müsəlmanlar bu böyük toplantıda sionizmə və imperialist güclərin nüfuzuna qarşı olduqlarını elan edib güc nümayiş etdirsinlər, dünyanın tiranları qarşısında sinələrini sipər etsinlər”.

Həzrət Ayətullah Xamenei Həccin axirət faydalarından danışarkən bildirdi ki, bu vacib əməlin hər bir ayini qeyb və məna aləminə doğru açılan işıqlandırıcı bir qapıdır. O, Allah evinin ziyarətçilərinə dedi: “Dua, yalvarış, ixlas və bəndəliklə qəlblərinizi Allahın xatırlanmasına mane olan hər şeydən təmizləyib paklayın”.

Həccə qlobal və ekstraterritorial baxış bucağından baxılmasının əsaslı bir məsələ olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dünyada baş verən hadisələrdən və müsəlman xalqların vəziyyətindən xəbədar olmağın zəruriliyinə işarə edərək dedi: “Yalançı media və informasiya vasitələrinin yalan xəbərlərinin insanı dünyanın gerçəkliklərindən uzaqlaşdırmaması üçün Həcc mərasimi xalqların və dünyada baş verən hadisələrin gerçəkliklərini çatdıran qiymətli fürsətdir”.

İnqilabın Rəhbəri bildirdi ki, dünyadan xəbərsiz olmaq hər bir cəmiyyətin məhvinə səbəb olur: “Dəfələrlə qeyd edildiyi kimi, xalq və məsul şəxslər düşmənin məqsədləri, metodları, siyasətləri, güclü və zəif cəhətlərinin öyrənilməsini ciddiyə almalıdırlar. Əgər belə olsa, ölkə aldadılmaz. Lakin bəzi yerlərdə aldadılmışdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər dünyada baş verən hadisələri diqqətlə izləsək, düşmənin əsl məqsədini və bəzi məsələlər üzərindəki israrını anlayarıq. Bir çox məsələlərdə məsul şəxslər diqqətli olduqları üçün düzgün addım atmış, nəticədə, İran regional və qlobal sahələrdə ABŞ-ın qəzəblənməsinə səbəb olan çox yaxşı nailiyyətlər əldə etmişdir. Bu, diqqətlərin toplanmasının nəticəsində olmuşdur”.

İslam İnqilabının Rəhbəri İslamın coğrafi, irqi, sinfi və digər fərqliliklərə qarşı olmasının əməli şəkildə özünü göstərməsi Həcc mərasiminin əsas cəhətlərindəndir: “Mədəni və sivil olduqlarını iddia etdikləri halda, əsl həqiqətdə mədəniyyətin qoxusunu belə almayan ölkələrdə ağ-qara, avropalı və qeyri-avropalı xalqlar problemi aktuallığını saxlamqdadır, insanlar evlərində saxladıqları heyvanlara bəzi insanlardan daha çox dəyər verirlər. Mühacirlərin bir-birinin ardınca dəniz sularında batırılması bu gerçəklikdən xəbər verir”.

O qeyd etdi ki, bütün xalqlar, tarix və mədəniyyətlərin mənsubu olan ziyarətçilərin bir rəngdə və eyni səviyyədə olması Həccin sirlərindəndir: “Həcc mərasiminin təşkilatçıları və bu işlə birbaşa əlaqəsi olan şəxslər elə bir kulturizasiya aparmalıdırlar ki, “Həcc” sözü insanların, xüsusilə gənclərin düşüncəsində sivilləşmə, diktatorlar qarşısında vəhdət və birlik, insan cəmiyyətləri arasındakı fərqliliklərin ortadan qaldırılması, beynəlxalq baxış kimi əsas anlayışları canlandırsın. Əgər belə olsa, artıq heç kəs bəzi hacıların sovqat məqsədilə dəyərsiz mallar almaq üçün bazarları gəzməsinə görə narahat olmayacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, iranlı ziyarətçilərin Məscidül-həram və Məscidün-Nəbidə (s) təşkil edilən camaat namazlarındakı iştirakı, digər ziyarətçilərlə ünsiyyət qurması və söhbəti çox vacibdir: “Birlikdə “Kumeyl duası” oxumaq çox yaxşıdır. Yeri gəlmişkən, Həccin dərin və irimiqyaslı potensiallarından olan və müşriklərə nifrəti ifadə edən böyük “Bəraət” hərəkəti də davam etdirilməlidir”.

O qeyd etdi ki, İslam İnqilabının qələbəsi Həcc mərasiminin imkan və potensiallarının öyrənilməsi və nisbətən dirildilməsinə səbəb oldu: “Bu potensialların hamısının dirildilməsinə və Həccin əsas məqsədlərinin gerçəkləşdirilməsi istiqamətində istifadə edilməsinə çalışmaq lazımdır”.

Görüşün əvvəlində Vəliyyi-fəqihin Həcc və ziyarət məsələləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid Əbdül-fəttah iranlı ziyarətçilərin builki “Həcc - Qurana əsaslanan dəyişmə, İslami yaxınlaşma və Qüdsə dəstək” adlı şüarının ayrı-ayrı yönlərinin izahını verdi. Həcc və Ziyarətlərin Təşkili İdarəsinin direktoru cənab Seyid Abbas Hüseyni də Allah evinin ziyarətçilərinə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılmış addımlar və aparılan islahatlarla bağlı məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /