Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi

Nouşəhr və Çalus şəhərlərinin əhalisinə təşəkkür və minnətdarlıq bildirmişdir

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi yayımladığı məlumatda Nouşəhr və Çalus şəhərlərinin mömin, səmimi və mehriban əhalisinə öz dərin təşəkkür və qədirdanlığını ifadə edərək belə vurğulamışdır: “Bu insanların Həzrət Ayətullah Xamenei ilə görüşməkdən ötrü güclü yağışın altında coşqun, həyəcanlandırıcı və möhtəşəm bir izdihamla toplaşması “İslam İnqilabının inkişafı, yüksəlişi və əbədiyaşarlığının simvolu”dur”.

Məlumatda həmçinin qeyd olunur ki, dünənki gün Çalusda Allah-Taalanın sonsuz səxavətlə göydən yerə yağdırdığı İlahi rəhmətlə yanaşı, Çalus və Nouşəhrin imanlı, mehriban insanları da heç nəyi əsirgəmədən qəlblərindəki böyük sevgini və səmimi hissləri nümayiş etdirdilər, bu diyarda var olan gözəl bir həqiqəti – xalqın Ali Məqamlı Rəhbərliyə qarşı sədaqətini, möhkəm və ayrılmaz tellərlə bağlılığını bir daha təzahür etdirdilər.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi insanların hadisələrin gedişatında dərin məna dolu iştirakını İlahi nemət adlandıraraq Allah-Taalanın xalqa mümkün qədər daha çox xidmət göstərmək üçün ölkənin bütün məsul vəzifəli şəxslərinə yardımçı və dəstək olacağına ümidvar olduğunu bildirmişdir.

700 /