Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər beynəlxalq kitab sərgisində:

Kitab mütaliəsi cəmiyyətimizdə stereotipə çevrilməlidir!

Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran namazgahında təşkil edilmiş XXIII beynəlxalq kitab sərgisinə baxış keçirdi, habelə yazıçı və naşirlərlə nəşriyyat bazarı, yeni nəşrlər və tərcümələr sahəsindəki yeniliklər barədə söhbət etdi.

Sərgiyə baxış zamanı Həzrət Ayətullah Xamenei builki kitab sərgisindən məmnun qaldığını bildirərək xüsusilə qeyd etdi: “Kitab oxunuşu insan həyatında başlıca yer tutmalı olan işlərdən biridir. Biz bu prinsipi cəmiyyətimizdə müsbət mənada stereotip formasına gətirə bilsək, heç bir başqa iş kitab oxunmasına mane ola bilməyəcək”.

İslam İnqilabının Rəhbəri ölkədə nəşrlərin tirajının və kitab mütaliəsinin artdığını qeyd edərək təkidlə vurğuladı: “Cəmiyyət kitabla sıx ünsiyyət qurmalıdır”.

Səhər saat 10-da beynəlxalq kitab sərgisinin təşkil olunduğu Şəbistan salonuna daxil olan Həzrət Ayətullah Xamenei təxminən 3 saat müddətində Mədəniyyət və İslam İrşadı nazirinin müşayiəti ilə salonda qurulmuş kitab pavilyonlarına baxış keçirdi, o cümlədən hər bir pavilyonun qarşısında ayaq saxlayaraq nəşriyyat sahəsindəki vəziyyət və ən son nəşrlər barədə məlumat aldı.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /