Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranın məruz qaldığı təzyiqlər və sanksiyalar onu öz potensialına diqqət yönəltməyə vadar edib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Əlcəzair Respublikasının dövlət başçısı cənab Əbdüləziz Buteflika və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Əlcəzair xalqını cəsur və mütərəqqi bir xalq adlandıraraq, habelə bu xalqın işğalçılara qarşı mübarizədə tarixi keçmişinə və inqilabi hərəkatına toxunaraq vurğuladı: “İran və Əlcəzair münasibətləri səmimiyyət nöqteyi-nəzərindən heç vaxt bugünkü qədər yüksək səviyyədə olmamışdır. İki ölkə arasındakı əlaqələr hazırda müstəsna bir mövqeyə malikdir”.

İranla Əlcəzairin iqtisadi əməkdaşlıq səviyyəsini əvvəlkindən də artıq yüksəltməyin vacibliyini vurğulayan Ali Məqamlı Rəhbər İran İslam Respublikasının hazırkı vəziyyətinin otuz il öncəkindən fərqli olduğunu qeyd edərək əlavə etdi: “İİR-nın böyük tərəqqi və nailiyyətləri Qərbin bu dövlətə göstərdiyi təzyiqlərin, tətbiq etdiyi sanksiyaların nəticəsidir. Belə ki, bütün bunlar İranı öz gücünə, daxili istedad və potensialına diqqət yönəltməyə vadar etdi”.

İslam İnqilabının Rəhbəri İranın elmi tərəqqisinə də toxunaraq belə əlavə etdi: “Bütün müsəlman ölkələri belə bir məqama və inkişafa nail ola bilərlər. Bir şərtlə ki, öz daxili qüvvələrinə arxalanıb aralarındakı əməkdaşlığı daha da genişləndirsinlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikası müxtəlif sahələrdəki təcrübə və bacarığını müsəlman ölkələri ilə paylaşmağa hazırdır”.

Həmçinin İslam İnqilabının Rəhbəri Fələstindəki təəssüf doğuran, acınacaqlı vəziyyətə, beynəlxalq təşkilatların və müsəlman ölkələrinin problemə sükutla yanaşmasına toxunaraq qeyd etdi: “İslam ölkələri Fələstin qarşısında öhdələrinə düşən məsuliyyətə əməl etsəydilər, bu gün biz sionist rejiminin Fələstinə qarşı təhlükəli planlarının, o cümlədən yəhudiləşdirmə siyasətinin icrasının şahidi olmazdıq”.

Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “İslam Konfransı Təşkilatı sionist rejiminə qarşı aktiv mövqe və əməli tədbirlər nümayiş etdirməlidir”.

Ölkə başçısı cənab Mahmud Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Əlcəzair Respublikasının prezidenti cənab Əbdüləziz Buteflika İslam İnqilabı Rəhbərinin beynəlxalq problemlərə münasibətdə tutduğu mövqeyə görə ona öz təşəkkürünü bildirərək dedi: “İslam dünyası müxtəlif problemlərin həllində ümidini İrana bağlayıb. Çünki İran İslam Respublikası böyük güc və iqtidara malikdir”.

Cənab Əbdüləziz Buteflika Qərbin təzyiqlərinə rəğmən İİR-nın əldə etdiyi tərəqqi və nailiyyətlərə toxunaraq dedi: “Doğrudan da, İranda Qərbin təsvir etdiyi mənzərədən fərqli bir mənzərə var. İran xalqının tərəqqisi İslam ümmətinə sevinc və başıucalığı gətirən bir faktdır”.

Eyni zamanda Əlcəzair Respublikasının dövlət başçısı ölkəsinin İranla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu da vurğuladı.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /