Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xameneinin təşəbbüsü ilə:

İİR-in dahi lideri imam Xomeyninin (r.ə) əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək

İran İslam Respublikasının banisi Həzrət imam Xomeyninin (r.ə) dünyadan köçməsinin 21-ci ildönümü ilə əlaqədar olaraq, o dahi liderin əziz xatirəsini bir daha böyük ehtiramla yad etmək məqsədilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü ilə 3 iyun, 2010-cu il tarixində Böyük Qum məscidində anım mərasimi keçiriləcək. Qeyd edək ki, Ali Məqamlı Rəhbərlik Baş İdarəsi bununla bağlı rəsmi məlumat yaymışdır.

Məlumatın tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

14 xordad (4 iyun) günü ‒ ümmətin uzaqgörən və mehriban rəhbəri, İranın qüdrət və vüqar simvolu olan Həzrət imam Xomeyninin (r.ə) ürəkyandıran itkisini xatırladan o gün yaxınlaşmaqdadır. Xalqa əziz olan bu insanın matəm günündə hər kəsin onun ruhu qarşısında böyük ehtiramla təzim etməsi, imam Xomeyninin (r.ə) xatirəsinin bu misilsiz şəxsiyyətin ali keyfiyyətləri ilə bahəm yad edilərək yaddaşlarda qorunub-saxlanması yerinə düşər.  
  
Cihad və mübarizə meydanlarında daim hazır olmuş bu dahi liderin vəfatının 21-ci ildönümündə xalqın onun ölməz amallarına qarşı sədaqət və bağlılığını yenidən ifadə etməsi üçün matəm mərasimi təşkil olunacaq.

Bu məqsədlə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü ilə sabah ‒ 13 xordad (3 iyun) cümə axşamı günü məğrib və işa namazlarından sonra Böyük Qum məscidində anım mərasimi təşkil olunacaq.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi   
2 iyun, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İRsaytına istinad zəruridir

700 /