Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Qum şəhərinin əhalisi tərəfindən böyük təntənə və izdihamla qarşılandı

Allahın səkkizinci höccəti, mərhəmətli imam, Həzrət Əli İbn Musa Rzanın bərəkətli doğum günündə müqəddəs Qum şəhəri dini və inqilabi dəyərləri bir daha dəstəkləmək üçün yekdilliklə ayağa qalxdı. Qumun inqilabçı və istiqanlı əhalisi Ali Məqamlı Rəhbəri vəsfəgəlməz dərəcədə möhtəşəm şəkildə qarşılamaqla şəhərin tarixinə daha bir iftixar dolu günü yazdı.

Öncədən elan edildiyi kimi, əhali Həzrət Ayətullah Xameneini Cihad meydanından başlayaraq qarşılamalı idi. Lakin Qumun müxtəlif təbəqələri təmsil edən əhalisi son günlər ərzində Ali Məqamlı Rəhbəri səbirsizliklə gözlədiyinə görə, insanlar günəşin doğduğu ilk saatlardan etibarən qarşılanmanın nəzərdə tutulduğu məkandan bir-neçə kilometr irəlidə öz rəhbərlərini qarşılamaq üçün sıx cərgələrdə düzülmüşdülər.

Nəhayət, müdrik və aliməqam Rəhbəri gətirən avtomobil saat 09:20-də qarşılama məkanına daxil oldu, Qumun dindar və inqilabçı əhalisi təlatümlənən okean kimi həyəcana gəldi və müqəddəs şəhərin fəzası “Allahu-Əkbər” nidaları ilə doldu.

Saysız-hesabsız insan bu qarşılamada o qədər möhtəşəm surətdə iştirak edir, dini və inqilabi şüarlar səsləndirir, Ali Məqamlı Rəhbərə qarşı öz dərin və alovlu hisslərini o qədər emosional şəkildə ifadə edirdi ki, Həzrət Ayətullah Xameneini gətirən avtomobil elə girişdəcə Qum əhalisinin sevgi, məhəbbət və sədaqəti ilə dövrəyə alınaraq dayanmağa məcbur oldu.

Gözəllik, müdriklik və uzaqgörənliklə dolu bu epizodlar qarşılamanın təşkil olunduğu yol boyu dəfələrlə təkrarlandı, belə ki 5 kilometrlik yol təqribən 80 dəqiqə ərzində qət edildi.

Qum şəhərinin bütün təbəqələri, o cümlədən ruhaniləri, din tələbələrini, mədəniyyət işçilərini, məktəbliləri, ticarətçiləri, əkinçiləri, fəhlə və qulluqçuları və cəmiyyətin başqa siniflərini təmsil edən imanlı və mehriban sakinləri bu unudulmaz qarşılamada parlaq və yaddaqalan formada iştirak etdilər.  Qum əhalisinin İslam dininə və İslam İnqilabına qarşı öz sevgi və sədaqətini ifadə edən 3-cü nəsli bu qarşılamada o qədər böyük həvəs və həyəcanla iştirak edirdi ki, payızın 27-ci günü bu şəhərin həyatında yaşanan bahar təravətli günlərdən birinə çevrildi.

Əhali tərəfindən möhtəşəm surətdə qarşılanan Ali Məqamlı Rəhbər yubanmadan Həzrət Məsumənin (s) məqbərəsini ziyarət etdi.

Namaz və ziyarətin ardınca Qum Elmi-teoloji Mərkəzində çalışan ayətullahlar, alimlər və müəllimlər elm və fəzilət şəhərinə gəlişi münasibətilə Ali Məqamlı Rəhbərə xoşgəldin etdilər.

Mərasim zamanı Ayətullah Əmini Qum şəhərinə səfər etdiyinə görə Qum Elmi-teoloji Mərkəzində çalışan alim və müəllimlərin adından Həzrət Ayətullah Xameneiyə təşəkkür etdi və budəfəki səfərin də on il öncəki səfər kimi, şəhərin Elmi-teoloji Mərkəzi və əhalisi üçün xeyir-bərəkət mənbəyi olacağına ümidvar olduğunu bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /