İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qum vilayətindəki ali təhsil ocaqlarında təhsil alan minlərlə tələbə və gənclə görüşdü. Ali Məqamlı Rəhbər qeyd etdi ki, iki müstəvidə – “təkallahlılıq etiqadına əsaslanan dünyagörüşü” və “baş verən müxtəlif hadisə və olaylarda” bəsirət və uzaqgörənlik millətin tərəqqi və nüfuzunun davamını nəzərdə tutan uzunmüddətli proqramlar üçün başlıca zəmindir. Son dərəcə əhəmiyyətli olan “bəsirət” anlayışının incə nüanslarını açıqlayan Ali Məqamlı Rəhbər bunları vurğuladı: “İranın ayıq-sayıq, uzaqgörən və enerji dolu gəncləri İslam dövlətinin vüqar və başucalığı yolunda öz mübarək səylərini davam etdirməklə əzəmətli İslam dini, əziz vətənimiz, nəcib xalqımız və bu böyük diyarın tarixi üçün izzət və iftixar dolu bir salnamə yaradırlar”.
Həzrət Fatimeye-Məsumə hərəmində, İmam Xomeyni (r.ə) adına gecə ibadətgahında baş tutan bu görüşdə Həzrət Ayətullah Xamenei uzaqgörənliyin İran xalqı üçün nə qədər vacib olduğunu ətraflı şəkildə açıqladı, düşmənlərin İslam dini və İslam İnqilabı əleyhinə uzunmüddətli planlar qurmasını “inkaredilməz bir reallıq” adlandıraraq vurğuladı: “Çoxsaylı dəlil və göstəricilər sübut edir ki, zaman-zaman ölkədə baş verən hadisələr, o cümlədən 1999-cu ildə baş vermiş olaylar və 2009-cu ildə törədilən iğtişaşlar düşmənin İran əleyhinə hazırladığı orta və uzunmüddətli proqramların nəticələridir”.
Ötən il baş vermiş olayların düşmənin planlarında “canlanma” yaratdığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, 2009-cu ildə törədilən iğtişaşlarda onlar hərtərəfli düşünülmüş şəkildə iş görməyə çalışdılar, lakin Allahın lütfü sayəsində, məğlubiyyətə uğradılar. Sözsüz ki, xalqın ayıq-sayıqlığı və fəallığı da onların məğlubiyyətini labüd etdi”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, çoxsaylı məğlubiyyətlərinə baxmayaraq, imperializmin öz məkrli planlarını davam etdirməsi dünya hegemonlarının hələ məyus olmadığından xəbər verir. O, əlavə etdi: “Bu reallığı nəzərə alaraq, İslam dövləti və İran xalqı da ayıq-sayıq olmalı, uzunmüddətli müdafiə proqramları işləyib hazırlamaq barədə düşünməlidir”.
Ali Məqamlı Rəhbər ideoloji, siyasi və mədəni mərkəzlərin uzunmüddətli proqramlar hazırlamaq üçün səy göstərməli olduğunu xatırladaraq əlavə etdi: “Bu strateji hazırlıq üçün zəmin yaradacaq amil bütün insanlarımızda, xüsusilə gənclərimizdə bəsirət və uzaqgörənlik kimi keyfiyyətləri dərinləşdirməkdir”.
Gəncləri bəsirət meydanında “meydan sahibləri” adlandıran Həzrət Ayətullah Xamenei bunları vurğuladı: “Bəsirət zülmət içərisində insanın yoluna işıq saçan projektor, toz-dumanlı, azdırıcı səhralarda düzgün hərəkət istiqamətini müəyyənləşdirməyə kömək edən kompasdır”.
Gözüaçıqlığın özünəməxsus əhəmiyyəti barədə danışan Ali Məqamlı Rəhbər bunu “hərtərəfli müvəffəqiyyət qazanmaq üçün vacib şərt” adlandıraraq əlavə etdi: “Gözüaçıqlıq olmadığı halda, bütün başqa şərtlər təmin olunsa belə, qarşıya qoyulan məqsədlərə çatmaq, faktiki olaraq, mümkün deyil”.
Həzrət Ayətullah Xamenei gözüaçıqlığı iki səviyyəyə – “başlıca prinsip və ideologiyalara” və “baş verən hadisələrə münasibətdə gözüaçıqlığa” bölərək əlavə etdi: “Başlıca ideologiya və prinsiplər səviyyəsində gözüaçıqlıq təkallahlılıq anlayışlarının əsaslı formada dərk edilməsi, həyatda bu əqidədən bəhrələnmək kimi başa düşülür”.
Bu müstəvidə gözüaçıqlığı daha geniş izah edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təkallahlılıq nöqteyi-nəzərindən yanaşdıqda, dünya müəyyən qayda-qanunlar çərçivəsində idarə olunan, nizamlı bir sistemdir, insan həyatının bütövlüklə konkret məqsədi və hədəfi var”.
Təkallahlılıq baxımından həyatın ardıcıl, konkret istiqamətli, məqsədyönlü səy və fəaliyyətdən ibarət olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu nöqteyi-nəzərdən yanaşdıqda, varlıq – həyat gözəl və mənalı görünür, insanın bütün səy və fəaliyyəti üçün ilahi mükafat nəzərdə tutulur. Məhz buna görə də təkallahlılığa əsaslanan dünyagörüşündə pessimizmin, depressiya və pərişanlığın heç bir anlamı yoxdur”.
Bunun əksinə olaraq, materialist dünyagörüşünün isə insanı həyatda başlıca, doğru yola istiqamətləndirən hədəflərdən məhrum etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Varlıq aləminə bu cür baxış şəxsi mənafe və həzlə məhdudlaşır və bu məqsədlərə çatmayan hər kəsi pessimizm və depressiya gözləyir”.
Ali Məqamlı Rəhbər materialist və qeyri-materialist dünyagörüşləri arasındakı başlıca fərqə diqqətlə yanaşmağın gözüaçıqlığın əsaslarını formalaşdıran və möhkəmləndirən amil olduğunu qeyd edərək dedi: “Həyata və varlıq aləminə yanaşmamızda bəsirətin bu növü olmalıdır ki, düşüncə və əməllərimiz daim səbat və uğurdan faydalansın”.
Baş verən hadisə və olaylara münasibətdə gözüaçıqlığın “bəsirət” anlayışının digər müstəvisi olduğunu deyən Həzrət Ayətullah Xamenei “Nəhcül-Bəlağə”dəki xütbələrə istinadən gözüaçıqlığın bu növünün müxtəlif aspektlərini açıqladı.
Ali Məqamlı Rəhbər bunları qeyd etdi: “İmam Əlinin (ə) təbiri ilə desək, “bəsirət” hadisələri düzgün və dəqiq müşahidə etmək, onlar haqqında dərindən düşünmək, cürbəcür məsələləri və olayları özlüyündə analiz etməkdir”.
“Açıq-aydın reallıqlara göz yummaq insanın büdrəməsinə səbəb olur”, – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Gözlərimizi yaxşı-yaxşı açmalı, baş verən hadisələrə səthi yanaşaraq üzərindən keçməməliyik ki, düşünüb-daşınmaq, analiz etmək və məsələləri düzgün ölçüb-biçmək sayəsində gözüaçıq olmağı bacaraq”.
Həzrət Ayətullah Xamenei İmam Əlinin silahdaşlarından bir qrupunun Siffeyn döyüşü zamanı aldanmasını “insanların uzaqgörən olmamasına tarixdə ən bariz nümunə” adlandıraraq dedi: “Müaviyənin ordusu İmama və onun simasında dini hakimə müqavimət göstərmək üçün bayağı və nalayiq bir hərəkətə yol verərək Quranı nizəyə keçirəndə bir qrup şəxs reallığı görə bilmədi və açıq-aydın həqiqətlərə göz yumdu”.
Ali Məqamlı Rəhbər ötən ilki möhtəşəm prezident seçkilərindən sonra baş verən hadisələr zamanı da bir qrup insanın bəsirətsiz və tədbirsiz davrandığını deyərək əlavə etdi: “Bir qrup insan bəsirətsizlik ucbatından səhvə yol verərək seçkinin saxtalaşdırılması iddiasını ortaya atdılar. Əlbəttə, bunu iddia edənlər dəlil-sübutlar gətirməli, əllərindəki faktları təqdim edəndən sonra isə qanunun müəyyən etdiyi yolla şikayət edərək məsələni sona qədər izləməli idilər ki, lazımi araşdırmalar aparıldıqdan sonra həqiqət üzə çıxsın. Lakin seçkinin saxtalaşdırıldığını iddia edənlər bu konkret, qanuni yolu tutmadılar”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “O zaman şikayətlər üçün qanunda müəyyən edilmiş vaxtı uzatdığımıza, seçkinin nəticələrinə etiraz edən namizədlərin nümayəndələrinin gözü qarşısında səslərin yenidən sayılmasına təkid etdiyimizə baxmayaraq, onlar bu qanuni metodu qəbul etmədilər və qanunun əleyhinə çıxdıqları aydın oldu”.
Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Bəsirətə, uzaqgörənliyə nail olmaq çətin deyil və hər kəs bunu edə bilər. Misal üçün, qanuni bir yol olduğuna baxmayaraq, kim isə ondan boyun qaçırır və xalqa, ölkəyə və milli mənafeyə zərər verən işlərə əl atırsa, təbii ki, istənilən prizmadan yanaşılarsa və ədalətli, bitərəf, ənənəvi prinsiplərlə mühakimə yürüdülərsə, həmin şəxs günahkardır”.
Ali Məqamlı Rəhbər qəflət və məlumatsızlığın da insan üçün bəsirətsizliklə nəticələnən məsələlərdən biri olduğunu deyərək əlavə etdi: “Bəzən insan hətta mühüm işlərdə də qəflətə düçar olur və belə bir səhvə yol vermək günah deyil. Lakin bu, təkrarlanarsa, artıq gözübağlılıq deməkdir və qəbuledilməzdir”.
Ali Məqamlı Rəhbər hal-hazırda düşmənin ən önəmli işinin ölkədəki siyasi atmosferdə çaşqınlıq və qeyri-müəyyənlik yaratmaqdan ibarət olduğunu vurğulayaraq əlavə etdi: “İmperializm cəbhəsi özünün modern təbliğat vasitələrini və metodlarını səfərbər edərək ölkədəki reallığı fərqli formada – tam tərsinə qələmə verməyə çalışır”.
Həzrət Ayətullah Xamenei həmçinin bunu da vurğuladı: “Bu meydanda gənclərin öhdəsinə düşən vəzifə olduqca ağırdır, çünki onlar bu dolaşıq şəraitdə həqiqəti özləri üçün müəyyənləşdirməli, ətrafdakılara da bəsirət və uzaqgörənliyi aşılamalıdırlar”.
Ali Məqamlı Rəhbər imperialistlərin işlətdiyi dolaşıq metodlara, o cümlədən insanları çaşdırmaq, haqla batili qarışdıraraq ölkədəki vəziyyəti müəmmalı və anlaşılmaz bir hala gətirmək metoduna toxunaraq əlavə etdi: “Ölkə daxilindəki bəzi şəxslər də bilərəkdən, yaxud bilmədən düşmənin təbliğatını təkrarlayır, səsinə səs verirlər”.
Ali Məqamlı Rəhbər çıxışının davamında belə bir sualı ortaya qoydu ki, nəyə görə bəzən gözüaçıq və uzaqgörən olduqlarına baxmayaraq, insanlar səhvə yol verməkdə davam edirlər?
Həzrət Ayətullah Xamenei bu sualın cavabında bəsirətin “lazımlı, amma təklikdə kifayət etməyən bir şərt” olduğunu deyərək əlavə etdi: “Bəzi insanlar həqiqəti bilirlər, buna baxmayaraq, onu bəyan etmək, haqqın müdafiəsinə qalxmaq üçün lazımi əzmə və qətiyyətə malik deyillər. Belə insanlarda əzm və qətiyyətin olmamasına bir neçə amil səbəb ola bilər”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəzi şəxslərin haqqı müdafiə etməsinə mane olan amillər sırasına başının salamatlığını istəmək, nəfs, cürbəcür həvəslər, şəxsi mənafe və inadkarlıq da daxildir”.
Belə insanların haqqı müdafiə etməməklə düşmənin öz mövqeyini möhkəmlətməsinə yardımçı olduqlarını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Hal-hazırda İslam İnqilabının kursundan ayrılmış və əks-inqilaba xidmət edən bəzi şəxslər bir zamanlar ifrat dərəcədə inqilabçı idilər, lakin müəyyən səbəblər ucbatından indi olduqları vəziyyətə düşüblər”.
Bu şəxslərin öz mövqelərini 180 dərəcə dəyişməsinin səbəblərini açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Allahdan qafil olmaq, öhdəsinə düşən vəzifədən xəbərsizlik insanı belə çətin burulğanlara və dolaşıqlıqlara düçar edir”.
“İnadkar insan”la “qəflətdə olan insan” arasında fərq qoymaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Ötən il baş vermiş iğtişaşlar zamanı da bəziləri bunun təxribat olduğunu anlamadan olayların axarına düşdülər”.
Ali Məqamlı Rəhbər gəncləri təkidlə gözüaçıqlığa, uzaqgörənliyə, ayıq-sayıqlığa çağıraraq əlavə etdi: “Düşmənin qurduğu dolaşıq planlara bələd olmaq, onun aldadıcı zahiri görünüşündən və davranışlarından ehtiyatlı olmaq lazımdır”.
Çıxışının digər qismindən Həzrət Ayətullah Xamenei gənclərlə keçirdiyi görüşlərin ona həmişə enerji, həvəs və yüksək əhval-ruhiyyə bəxş etdiyini qeyd edərək dedi: “Gənclər yaşlarına məxsus emosionallıq, düşüncə tərzi və stimulla onları əhatə edən mühiti özlərinin təsiri altına sala bilirlər. Məhz buna görə də əhalisinin əksəriyyətini gənclərin təşkil etdiyi ölkəmizdə ümumi atmosfer əzm, iradə, enerji və intellektuallıqla doludur”.
Gənclərin, xüsusilə də Qum vilayətinin gənclərinin İslam hərəkatında və İslam İnqilabının qələbəsində oynadığı müstəsna rolu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam hərəkatının və İslam İnqilabının müxtəlif etaplarında Qum vilayətinin gəncləri daim ön sırada olmuş, ilahi sınaqların öhdəsindən də uğurla çıxmışlar”.
Qumlu gənclərin İslam İnqilabının qələbəsinin ilkin dövrlərində düşmənin planlarına qarşı mübarizədə həlledici rol oynadıqlarını deyən Ali Məqamlı Rəhbər bunu da əlavə etdi: “Düşmən cəbhəsi iranlı mütəxəssislərdən istifadə edərək hazırladığı dolaşıq bir plan sayəsində İslam İnqilabının mərkəzi olan Qumdan bir antitezis yaratmaq, onu əks-inqilabi faktora çevirmək məqsədi güdürdü. Lakin Qum əhalisinin, xüsusilə də buranın gənclərin ayıq-sayıqlığı və hadisələri düzgün analiz etmək bacarığı, habelə Təbriz əhalisinin qəhrəmanlığı sayəsində bu plan boşa çıxdı”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmən cəbhəsi bu planı bir daha – İmam Xomeyninin (r.ə) vəfatından sonra reallaşdırmağa cəhd göstərsə də, bu dəfə də Qum cavanlarının ağlı və zəkası onu nəticəsiz qoydu”.
Ali Məqamlı Rəhbər Qərb sivilizasiyasının son 3 əsr ərzində bəşəriyyətdə törətdiyi əməllərin faciəli nəticələrinə toxunaraq əlavə etdi: “Bir vaxtlar humanizm, liberalizm, demokratiya kimi ideyalar irəli sürməklə bəşəriyyətin asayiş və təhlükəsizliyini arzu edənlər əldə etdikləri elm və texnologiyanın onlara qazandırdığı qüdrət və sərvətdən sui-istifadə edərək bəşər tarixində misli az-az görünmüş cinayətlər törətdilər və bu gün də törətməkdədirlər”.
Ali Məqamlı Rəhbər Qərb dövlətlərinin müxtəlif ölkələrdə baş verən onlarla qiyam və çevrilişin planını cızmasını, İraq, Əfqanıstan və s. ölkələrdə insanları soyuqqanlılıqla qətlə yetirməsini “bu sivilizasiyasının dini təfəkkürdən və mənəviyyatdan uzaq olmasının nəticələri” adlandıraraq əlavə etdi: “Bu reallıqlar və cinayətlər onu göstərir ki, Qərb imperialistləri bəşəriyyətə düşməndirlər!”
Ali Məqamlı Rəhbər İran xalqının davranışının Qərbin son üç əsr ərzindəki yanlış davranışlarına tam zidd olduğunu qeyd edərək dedi: “Xalqımızın dini və ilahi amalları rəhbər tutaraq elmləri mənimsəməyə çalışan, bütün planlarında, atdıqları hər bir addımda öz xalqının və bütövlükdə bəşəriyyətin maddi və mənəvi mənfəətini güdən gəncləri, Allahın lütfü ilə, özlərinin bu mübarək hərəkatını İslamın və inqilabın bütün hədəflərinə çatana qədər davam etdirəcəklər”.
Son 30 il ərzində əldə edilmiş nailiyyətləri təkmilləşdirmək İran gənclərinin tarix qarşısında borcudur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkənin bu günü və gələcəyi əziz gənclərimizə məxsusdur. Onlar ölkənin müxtəlif sferalarını idarə etmək üçün hazırlaşmalıdırlar”.
Görüşün əvvəlində aşağıda adları sadalanan xanımlar və bəylər ali təhsil, elm, mədəniyyət, ictimaiyyət və siyasətlə bağlı müxtəlif məsələlər haqda rəy və görüşlərini bildirdilər:
- Doktor Həmidrza Xadimi – Fəlsəfə və hikmət elmləri üzrə doktorantura tələbəsi, magistratura pilləsinin birincisi;
- Mohsen Zakeri – Tələbə İslam Cəmiyyətinin nümayəndəsi;
- Zəhra Jerfi Yeganə – doktorantura tələbəsi, bütün Quranın hafizi, “Ölkənin nümunəvi şagirdi” adına layiq görülmüşdür;
- Fəttah Hairi – orta məktəb şagirdi, ixtiraçı, parlaq istedadlardan biri;
- Seyid Məhəmmədrza Borqəyi – yazıçı və şair;
- Sarə İbrahimkuçek – nümunəvi tələbə, şəhid Cavidül-əsərin qızı, mədəniyyət və siyasət sahəsinin fəallarından;
- Məhəmmədmohsen Rəbbani – şüvüllə tullanma üzrə Asiya müsabiqəsində qızıl medal qazanmışdır;
- Həmidrza Məhəmmədi – Tələbə Bəsic Təşkilatının nümayəndəsi;
Çıxış edənlər əsasən aşağıdakı məsələləri vurğuladılar:
- Birgə işçi qruplarının təşkili yolu ilə elmi-teoloji mərkəz və universitet arasında vəhdəti gerçəkləşdirmək üçün vahid proqramın işlənib hazırlanması;
- Soyuq müharibənin zabitləri sayılan tələbələrin Qərbin dolaşıq və məkrli planlarına qarşı uzaqgörənliyi və ayıq-sayıqlığı;
- Elmi tərəqqi yolunda daha effektiv fəaliyyət göstərə bilmək üçün bəzi təhsil-tədqiqat müəssisələrində struktur islahatların aparılmasının zəruriliyi;
- Dinin geniş əhatəli proqramlarını fərdi və ictimai həyatda əyani surətdə reallaşdırmaq məqsədilə yeniyetmə və gənclərin təfəkküründə İslam maarifini düzgün formada yaymaq üçün infrastruktur hazırlığı;
- Partiya, təşkilat daxilində fəaliyyətin və siyasi lider yetişdirmənin universitetlərdə konkret bir mədəniyyət kimi formalaşdırılmasının zəruriliyi;
- İslam İnqilabının və İranın arasıkəsilməz tərəqqi və nüfuzunun simvolu olaraq, xalqla dövlət rəsmilərinin birliyinin möhkəmləndirilməsi;
- Hər cür iğtişaş və təxribatçılığa qarşı tam şüurlu və ayıq-sayıq münasibətin mövcudluğu;
- Nüvə enerjisi məsələsində xalqın hüquqlarının qətiyyətli və müdrik formada müdafiəsi;
- İslam təfəkkürü sferasında nəzəri-ideoloji işin zəif aparılması, bəzi ali təhsil müəssisələrində Qərbə xas nəzəriyyə və təmayüllərin üstünlük qazanmasının tənqidi;
- Humanitar elmlər üzrə mütəxəssislərin bu elm sahələrində köklü dəyişikliklərin aparılmasına səy və təşəbbüs göstərməsi;
- Üçüncü nəslin islami və inqilabi dəyərlərin müdafiəsi uğrunda mübarizə və fədakarlığa hazır olmazı;
- Strateji əhəmiyyət daşıyan “20 illik perspektiv plan”ın həyata keçirilməsi üçün dəqiq proqramların işlənib hazırlanması;
- Gənclərin şübhə və suallarının düzgün, eyni zamanda liberal şəkildə cavablandırılmasının vacibliyi;
- Qum vilayətində incəsənətin uğurlu inkişafı üçün münasib infrastrukturun təmin edilməsi, vilayətin incəsənət xadimlərinə dəstəyin artırılması;
- Fars dilinin və ədəbiyyatının başqa dövlətlərdə geniş təbliğinə səy göstərilməsi;
- Tələbələrin ideologiyasını gücləndirmək, bəsirət və uzaqgörənliyi artırmaq üçün intellektual-mədəni klubların təşkili;
- Mövcud imkanların və kreditlərin ölkə universitetləri arasında ədalətlə bölünməsi;
- Atletikaya qayğı və diqqətlə yanaşı, kollektiv bədən tərbiyəsinə də əvvəlkindən artıq diqqət yetirilməsi;
- Fəaliyyət proqramlarında və görülən tədbirlərdə İslam İnqilabının 4-cü onilliyinin əsas şüarına – “Ədalət və tərəqqi” şüarına xüsusi diqqət yetirilməsi;
- Bütün səviyyələrdə çalışan rəsmi şəxslərin və rəhbər işçilərin xalqa xidmətin vacibliyinə diqqət yetirməsi;

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir