Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər :

İslami məzmunlu incəsənəti qeyri-islami incəsənətdən fərqləndirən məqam məhz onun ruhudur

Təbriz İslam Sənətləri Universitetinin rektoru bu gün günortadan əvvəl müavinlər, elmi şuranın üzvləri, fakültə dekanları və universitetdə çalışan sənət adamları ilə birgə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü. Görüş zamanı xalça üzərinə toxunmuş nəfis Qurani-Kərim sərgiləndi.

Təbriz İslam Sənətləri Universitetinin rektoru bu gün günortadan əvvəl müavinlər, elmi şuranın üzvləri, fakültə dekanları və universitetdə çalışan sənət adamları ilə birgə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü. Görüş zamanı xalça üzərinə toxunmuş nəfis Qurani-Kərim sərgiləndi.

62 milyon ilmə ilə toxunmuş bu dəyərli sənət nümunəsində Quranın 30 cüzünün hamısı – 76 vərəqdə və vərəqlərin hər iki üzündə yazılar olmaq şərti ilə əks olunub. Təbriz sənətkarları belə bir qalıcı sənət əsərini ərsəyə gətirmək üçün Təbriz İslam Sənətləri Universitetinin Xalçaçılıq fakültəsinin nəzarəti altında 6 il çalışmışlar.

Nəfis Quran xalçasının İran İslam Respublikası üçün həmişəyaşar iftixar mənbəyi və çox böyük bir yadigar olduğunu deyən Həzrət Ayətullah Xamenei bu sənət nümunəsinin Azərbaycan diyarının sənətkarlarının qəlbindəki eşqdən yarandığını, onu toxuyanların adını və xalçaçılıq sənətini əsirlər boyu yaşadacağını dedi.

Ali Məqamlı Rəhbər bu misilsiz sənət nümunəsinin ərsəyə gəlməsində rolu olmuş bütün sənətkarlara təşəkkürünü bildirərək dedi: “Bu Quran heç bir xətər toxunmadan qorunub saxlanması və hər kəsin istifadəsində olması üçün müqəddəs İmam Riza (s) hərəminin muzeyinə hədiyyə olunacaq”.

Dini məzmunlu incəsənəti “çox mühüm bir məsələ” adlandıran Həzrət Ayətullah Xamenei islami incəsənətlə qeyri-islami incəsənət arasındakı fərqə toxunaraq dedi: “İslami məzmunlu incəsənəti qeyri-islami incəsənətdən fərqləndirən məqam məhz onun ruhudur. Çünki incəsənət insana xas bir təzahürdür, insanın daxilindən ilham alaraq, mənəviyyatından sızaraq yaranır. İncəsənət “qəlbdən və sənətin gerçək mənasına iman hissi ilə inanmaqdan” baş qaldırdıqda islami incəsənət meydana gəlir”.

Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları da qeyd etdi: “İslami məzmunlu incəsənət əsərlərini tapşırıq və göstərişlə yaratmaq mümkün deyil. Sənətkar yalnız ruhunu, qəlbini və görüşlərini islah etdikdən, düzəltdikdən sonra onun həyata baxışı islami incəsənət əsərinə çevrilə bilər”.                               

İranın müxtəlif regionlarında əl sənətlərinə diqqət ayırmağın vacib olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei bir qayda olaraq ağır zəhmət tələb edən əl sənətlərini yaşatmaq və davam etdirmək üçün ustadları və görkəmli sənətkarları həvəsləndirəcək tədbirlər görməyi tövsiyə etdi.

Görüşün əvvəlində Təbriz İslam Sənətləri Universitetinin rektoru doktor Keynejad universitetin fəaliyyəti haqqında məlumat verərək dedi: “İslam Sənətləri Universiteti bakalavr pilləsində 22, magistr pilləsində 10, doktoranturada isə 2 ixtisas üzrə tələbə qəbul edir. Universitetimiz fəaliyyət göstərdiyi 11 il ərzində bir çox görkəmli sənətkarları işə cəlb edərək ənənəvi sənət sahələrinin dirçəldilməsi üçün onların bilik və bacarığından istifadə edə bilib”.


700 /