Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İnqilabın Rəhbəri ölkənin məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdü
İnqilabın Rəhbəri ölkənin məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdü
Həzrət Ayətullah Xamenei bu gün səhər “Mübarək Besət” bayarmı münasibətilə dövlətin məsul şəxsləri, İslam ölkələrinin nümayəndələri və səfirləri, Beynəlxalq Quran müsabiqələrinin qonaqları və iştirakçıları ilə görüşdə qeyd etdi ki, sonuncu peyğəmbərin (s) besətinin böyük və tükənməz xəzinələrindən istifadə bütün problemlərin əlacı, İslam ümmətini dünya və axirət səadətinə qovuşduran yodur: “Əgər İslam ölkələri Besət təlimlərinə əməl etsəydilər, xəbis və cinayətkar sionist rejimi İslam ümmətinin gözləri önündə fələstinli məzlumlara bu cür zülm edə, cinayət törədə bilməzdi.
İslam İnqilabının Rəhbəri Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Rəhbəri Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü
Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə Azərbaycan əhalisinin İranın birlik və azadlıq bayraqdarı olduğunu dedi. O, bu ilin tarixi 22 bəhmən yürüşünü yaratdığı üçün əzəmətli İran xalqına hörmət və ehtiramını bildirdi: “Bu coşqulu, məzmunlu və həqiqi qəhrəmancasına hərəkət millətin İnqilab xəttində möhkəm dayanmasının və bu xətdən sapmamasının nəticəsidir.
İnqilabın Rəhbəri İslam Təbliğatı İdarəsinin məsul şəxslərindən bir neçəsi ilə görüşdü
İnqilabın Rəhbəri İslam Təbliğatı İdarəsinin məsul şəxslərindən bir neçəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta İslam Təbliğatı İdarəsinin və İncəsənət Mərkəzinin müdirləri və rəhbər şəxslərindən bir qrupu ilə görüşdə yeni fikrə əsaslanan qiymətli məhsulların istehsalı, təbliğatın sosial və mədəni tələblərinin nəzərə alınmasının Allahın əzəməti qarşısında tam qorxunu ifadə etməklə yanaşı, mədəniyyət – təbliğat idarələrinin iki mühüm vəzifəsi olduğunu dedi.
İslam İnqilabının Rəhbəri yüzlərlə təhsilli və aktiv qadınla görüşdü
İslam İnqilabının Rəhbəri yüzlərlə təhsilli və aktiv qadınla görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər mədəni, elmi və sosial sahələrdə aktiv olan yüzlərlə təhsilli qadınla görüşdə cinsi və insani, hüquq və vəzifələr, fərdi və ailə məsuliyyətləri, sosial rol və vəzifələr sahələrində İslamın qadına olan mütərəqqi və ədalətli baxışından söz açaraq müasir Qərbin qadına vurduğu zərbələrin əsaslı və xəyanətkarcasına olduğunu vurğuladı: “Qadın həyat yoldaşı rolunda eşq və mənəvi rahatlığın məzhəri, ana rolunda isə həyat haqqı kimidir.
İnqilabın Ali Rəhbəri İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İnqilabın Ali Rəhbəri İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya əl-Sudani ilə görüşdə dedi: “İraqın inkişafı, layiq olduğu üstün və həqiqi mövqeyə nail olması İslam Respublikasının xeyrinədir. Biz inanırıq ki, zati-aliniz İraqın daxili işlərini və xarici əlaqələrini inkişaf etdirmək, dövləti layiq olduğu müstəqil tarixi və mədəni mövqeyinə çatdırmaq iqtidarındasınız”.
İslam İnqilabının Rəhbəri İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Rəhbəri İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdü
Bu gün (şənbə) səhər İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdə İsfahanın tərifəlayiq elm, iman, incəsənət və cihad şəhəri olduğunu deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, günümüzün əsas problemi durğunluq, hərəkətsizlik və mürtəcelik qarşısında inkişafdır: “İmperializm iranofobiyanı daha da gücləndirərək İran xalqı qarşısında tutduğu mövqedə bütün imkanlarını xalqın, xüsusilə gənclərin beyninə ümidsizlik və çıxılmazlıq düşüncəsini yeritmək üçün səfərbər etmişdir.
İslam İnqilabının Rəhbəri yüksək elmi istedadı olan gənclərin bir qrupu ilə görüşdü
İslam İnqilabının Rəhbəri yüksək elmi istedadı olan gənclərin bir qrupu ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər gənc elita və yüksək elmi istedadı olan gənclərin bir qrupu ilə görüşdə akademik elitanın son qırx il ərzində İranın yüksək reputasiyasına səbəb olduğunu dedi: “Hamı, xüsusilə ölkə rəhbərliyi və ölkə səviyyəsində nüfuzu olan şəxslər elmi elitanı ölkənin ən mühüm sərvətlərindən hesab etməli, onlara dəstək verməlidirlər. Elita da öz fərdi potensial və istedadlarını ölkənin inkişaf sərmayəsinə çevirməlidirlər”.
İnqilabın Rəhbəri ölkə rəhbərliyi və İslami Vəhdət Konfransının qonaqları ilə görüşdü
İnqilabın Rəhbəri ölkə rəhbərliyi və İslami Vəhdət Konfransının qonaqları ilə görüşdü
İslam İnqilabının Rəhbəri bu gün rəbiül-əvvəl ayının 17-si İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlud ildönümü günü dövlət rəhbərləri və Vəhdət Konfransında iştirak etmiş xarici qonaqların bir qrupu ilə görüşdə qeyd etdi ki, İslam ümmətinin yeni güc həndəsəsində aparıcı rol oynaması və yüksək dərəcəyə nail olması üçün vəhdət və birliyə böyük ehtiyacı var.

Seçilmiş ünvanlar