Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Kürdüstan məntəqəsinin din alimləri, ruhaniləri və din elmlərini öyrənən tələbələri ilə görüş
Kürdüstan məntəqəsinin din alimləri, ruhaniləri və din elmlərini öyrənən tələbələri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Kürdüstan məntəqəsinin din alimləri, ruhaniləri və din elmlərini öyrənən tələbələri ilə keçirdiyi görüşdə “intellektual sərvətin, informasiyanın ötürülməsi metodlarının inkişafı və çoxşaxəliliyi”ni, həmçinin “İranda İslami hökumətin varlığı”nı hazırkı dövrün iki spesifik xüsusiyyəti adlandıraraq dedi: “Alimlər və ruhanilər müasir situasiyanı lazımınca qiymətləndirməli, diqqətli olmalı, dövrün bu iki spesifik xüsusiyyətindən istifadə edərək haqq-ədalətin dirçəldilməsi, zülm, fəsad və təxribatla mübarizə işində üzərlərinə düşən ağır vəzifəni yerinə yetirməlidirlər”.
Kürdüstan vilayətinin şəhid və müharibə əlillərinin ailə üzvləri ilə görüş
Kürdüstan vilayətinin şəhid və müharibə əlillərinin ailə üzvləri ilə görüş
Həzrət Ayətullah Xamenei bu gün axşam şəhidlərin və müharibə əlillərinin səbirli və başını dik tutmağı bacaran ailə üzvləri ilə görüşündə xalqın nümayəndələrinə, xüsusilə də gənclərə şəhidlərin xatirəsini uca tutaraq əbədi yaşatmağı tövsiyə etmiş, həmçinin onları hiyləgər düşmənin xalqın imanına, əqidəsinə və mədəniyyətinə etdiyi hücumlara qarşı ayıq-sayıq olmağa çağırmışdır.
Kürdüstan əhalisi ilə görüş
Kürdüstan əhalisi ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Sənəndəc Azadlıq Meydanında və ətrafdakı küçələrdə toplaşmış çoxsaylı Kürdüstan əhalisi ilə görüşündə Kürdüstan camaatına təntənəli və səmimi qarşılanma mərasiminə görə öz dərin təşəkkürünü bildirdi. Sonra o, bu vilayətin imanlı, ziyalı, mədəni əhalisinin mətinliyini, ayıq-sayıqlığını və mübarizliyini yüksək qiymətləndirdiyini bildir­di. İslam İnqilabının Rəhbəri öz çıxışında milli şərəf və heysiyyətin qorunmasının zəruriliyini xüsusilə vurğulayaraq prezisdentliyə namizədliyini irəli sürmüş əməlisaleh insanların içərisindən ən yaxşısını seçməyin meyarlarını da açıqladı.
Kürdüstanda İslam İnqilabı Rəhbərinin qarşılama mərasimi
Kürdüstanda İslam İnqilabı Rəhbərinin qarşılama mərasimi
“İslamın, İslam İnqilabının və İranın alınmaz qalası” olan Kürdüstan diyarı bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneini hədsiz sevinc və böyük şövqlə qarşıladı. Bu diyarın qəlbi sevgi ilə dolu olan mömin, qeyrətli və savadlı insanları Kürdüstanın tarixində misilsiz qəhrəmanlıq salnaməsinə imza atmış, həmçinin milli və inqilabi idealların müdafiəsi uğrunda aparılan mübarizədə sünni və şiələrin bərəkətli birliyini və həmrəyliyini mümkün olan ən gözəl formada təcəssüm etdirmişlər.
Ölkənin müxtəlif məntəqələrindən minlərlə tibb işçisi, müəllim və fəhlənin qatıldığı izdihamlı görüş
Ölkənin müxtəlif məntəqələrindən minlərlə tibb işçisi, müəllim və fəhlənin qatıldığı izdihamlı görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin müxtəlif məntəqələrindən olan minlərlə tibb işçisi, müəllim və fəhlənin qatıldığı izdihamlı görüşdə bu üç təbəqəni cəmiyyətin ən mühüm və təsiredici təbəqəsi adlandıraraq, habelə müxtəlif vəzifəli şəxslərin və dövlət administrasiyasının seçilməsində xalqın misilsiz və həlledici rolunu açıqlayaraq bildirdi: “Düşmənin İran İslam Respublikasında keçirilən seçkiləri qeyri-obyektiv qələmə vermək cəhdlərini boşa çıxaran əzəmətli İran xalqı prezident seçkilərində də hamılıqla və tam səmimi iştirakı ilə düşməni qəzəbləndirəcək seçimini mütləq edəcəkdir!”
Ermənistan Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
Ermənistan Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İran İslam Respublikasının Ali Dini Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Ermənistan Respublikasının prezidenti cənab Serj Sarkisyanla keçirdiyi görüşdə iki ölkə arasındakı münasibətləri müsbət qiymətləndirərək təkidlə bildirdi: “Tehrana hazırkı səfər zamanı əldə edilmiş bütün qarşılıqlı razılaşmalara ciddi əməl olunmasına diqqət yetirin”.
Venesuela Respublikasının prezidenti cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyətlə görüş
Venesuela Respublikasının prezidenti cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyətlə görüş
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyəti ilə bugünkü görüşündə Venesuelanın dövlət başçısının ədalətpərvərliyini, humanizmini və cəsarətli mövqe tutmaqdan çəkinməməsini təqdir etdiyini bildirərək dedi: “Sizin Venesuelada hakimiyyət başına gəlməyiniz Latın Amerikası regionunun tarixində yeni bir dönəmin başlanğıcı oldu. Venesuela dövlətinin, həmçinin əhalisinin qəhrəmanlığı və alicənablığı bu məntəqənin camaatında özünəinam hissi formalaşdırmışdır”.
Həzrət Ayətullah Xameneinin Məşhəd əhalisi və imam Rzanın (ə) minlərlə zəvvarı ilə görüşü
Həzrət Ayətullah Xameneinin Məşhəd əhalisi və imam Rzanın (ə) minlərlə zəvvarı ilə görüşü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk günündə imam Rza (ə) hərəminin minlərlə zəvvarından və Məşhəd şəhərinin sakinlərindən ibarət böyük bir qrupla görüş keçirdi. Bu görüşmədə Ali Dini Rəhbər çıxış edərkən “tərəqqi və ədalətin müxtəlif zəruri amilləri” məsələsi, düşünülmüş və məqsədyönlü istehlak etalonunun islahı, respublikada keçiriləcək onuncu prezident seçkiləri, həmçinin İran və Amerika problemlərini şərh edərək təkidlə dedi: “Ölkədə mövcud olan müsbət amillərə və aparılmış hazırlıq tədbirlərinə əsasən demək olar ki, əzəmətli və əziz İran xalqı İslam İnqilabının dördüncü dekadasını bu inqilabın ən əsas şüarı olan “tərəqqi və ədalət” prinsiplərinin həyata keçirilməsi yolunda atılan böyük bir addıma və diqqətəlayiq bir sıçrayışa çevirəcək”.
Böyük İslam Peyğəmbərinin (s) mövlud ildönümündə hökumət məmurları ilə görüş
Böyük İslam Peyğəmbərinin (s) mövlud ildönümündə hökumət məmurları ilə görüş
Böyük İslam Peyğəmbəri (s) və Həzrət imam Sadiqin (ə) mövlud ildönümü ərəfəsində İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 3 nazir, dövlət müşaviri, hökumət məmurları, “İslami Vəhdət” beynəlxalq konfransının iştirakçıları, İslam ölkələrinin səfirləri və geniş xalq kütləsi ilə görüşündə əziz İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludunu bəşəriyyətin yolu üçün təyinedici bir hadisə hesab edərək təkidlə dedi: “İslam Peyğəmbərinə (s) tabe olanların və onun yolunu davam edənlərin, xüsusilə siyasətçilər, alimlər, ziyalılar və İslam ümmətinə təsir edən nüfuzlu şəxslərin ən önəmli və mühüm vəzifəsi İslam vəhdətinə nail olmaq və təfriqə amilləri ilə mübarizə aparmaqdır”.
Xubriqan Məclisinin başçısı və üzvləri ilə görüş
Xubriqan Məclisinin başçısı və üzvləri ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Xubriqan Məclisinin(1) başçısı və üzvləri ilə görüşündə millət və dövlətin "çalışmalar və müxtəlif problemlərlə" zəngin olan 30 illik birgə parlaq həyatını və müsbət hadisələri millətin müvəffəqiyyəti, həmçinin hakimiyyətin və İslam İnqilabının yararlığının bariz göstəricisi kimi qiymətləndirərək dedi: “İşıqlı gələcəyə inamla baxan məmurlar və vətəndaşlar onları şeytani bədbinlik və naümidliyə qapamaq üçün çalışan düşmənlərlə daim mübarizə edir, iftixarlı izzət və inkişaf yolunu yorulmaz iradə və əzmkarlıqla davam etdirirlər”.
Tacikistan prezidenti cənab İmaməli Rəhman ila görüş
Tacikistan prezidenti cənab İmaməli Rəhman ila görüş
İİR-nın Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tacikistanın prezidenti cənab İmaməli Rəhmanla görüşündə İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) çox yaxşı bir təşkilat olduğunu vurğulayıb EKO-nun üzvü olan ölkələrin müxtəlif tutum və xüsusiyyətlərə malik olması kimi həssas məqama toxunaraq dedi: «Bu məntəqə təşkilatı ölkələrin biri digərini tamamlayan tutum və xüsusiyyətlərindən mükəmməl şəkildə istifadə etməklə daha da fəallaşmalı və qüvvətlənməlidir».
İslam Konfransı Təşkilatının sədri ilə görüş
İslam Konfransı Təşkilatının sədri ilə görüş
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İslam Konfransı Təşkilatının sədri cənab Ehsanoğlu ilə görüşündə İslam dünyasının məsələlərində yaxından iştirak etməyi bu təşkilatın mühüm vəzifələrindən biri hesab edərək təkidlə dedi: “İslam Konfransı Təşkilatı İslam ölkələri arasında yaxınlıq və vəhdətin yaranmasında mühüm rol oynaya bilər”.
Türkiyə prezidenti cənab Abdullah Gül ilə görüş
Türkiyə prezidenti cənab Abdullah Gül ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dünən Türkiyə prezidenti cənab Abdullah Gül və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə hər iki ölkə potensialının əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu bildirərək təkid etdi: «EKO Təşkilatı iqtisadi əməkdaşlıqların genişlənməsi üçün bir nümunədir. Amma İran və Türkiyə bölgənin nüfuzlu və mühüm iki ölkəsi olaraq siyasət, təhlükəsizlik və xidmət sahələrində rabitələri genişlətmək imkanına malikdir».
Pakistan prezidenti cənab Asəf Əli Zərdari ilə görüş
Pakistan prezidenti cənab Asəf Əli Zərdari ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Pakistan prezidenti cənab Asəf Əli Zərdari ilə görüşündə hər iki millətin ortaq çox dərin mədəni və tarixi nöqtələrinə işarə edərək bildirdi: “Mömin Pakistan və İran millətlərinin qarşılıqlı məhəbbəti əsas bir amil kimi hər iki ölkənin münasibətlərinin genişlənməsinə lazımi zəmin yaradır”.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ilə görüş
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşündə iki ölkənin müştərək dəyərlərinin misilsiz olduğunu qeyd etdi və Tehran-Bakı əlaqələrinin yaxşı olmasına işarə edərək dedi: «Bu əlaqələr müxtəlif sahələrdə daha yaxın, daha səmimi və daha ciddi ola bilər».
Livan parlamentinin spikeri Nəbiyyə Bəri ilə görüş
Livan parlamentinin spikeri Nəbiyyə Bəri ilə görüş
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Livan parlamentinin spikeri Nəbiyyə Bəri ilə görüşündə müqavimət cəbhəsində qazanılan iki parlaq qələbədən sonra bölgənin hal-hazırkı şəraitinə işarə edərək bildirdi: «Artıq bu gün Livan Yaxın Şərq məntəqəsinin qəlbinə çevrilmişdir. Qəzza xalqının 22 günlük müharibədə qazandığı qələbə İslam qarşıdurmasının Livandakı 33 günlük müharibədə əldə etdiyi qalibiyyətdən doğan nəticədir».
İraq prezidenti cənab Cəlal Tələbani ilə görüş
İraq prezidenti cənab Cəlal Tələbani ilə görüş
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İraq prezidenti cənab Cəlal Tələbani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə iki millətin–İran və İraqın qədim və dərin əlaqələrinə, müştərək mədəni, tarixi və dini bağlantılarına işarə edərək təkidlə vurğuladı: “Belə münasib və çoxlu planlar müxtəlif sahələrdə iki ölkə arasındakı əlaqələrin adi və normal inkişafını, eləcə də sazişlərin həyata keçməsini təmin edir”.
Vəqf və xeyriyyə təşkilatlarının rəis və məsul şəxsləri ilə görüş
Vəqf və xeyriyyə təşkilatlarının rəis və məsul şəxsləri ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vəqf və xeyriyyə təşkilatlarının rəis və məsul şəxsləri ilə görüşündə vəqfi çox yaxşı və mübarək bir əməl adlandıraraq, həmçinin İlahi dinlər və İslamda belə gözəl adətin olmasına xüsusi işarə edərək bildirdi: “Vəqf mədəniyyəti daha da yayılmalı və genişlənməlidir”.

Seçilmiş ünvanlar