Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət etdi
Ali Məqamlı Rəhbər Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına etdiyi müraciətdə qeyd edir ki, düşmən cəbhəsinin müsəlman İranına qarşı tətbiq etdiyi məkrli planları neytrallaşdırmağın yeganə yolu bütün iranlı tələbə və gənclərin sarsılmaz əzmlə, ardıcıl şəkildə çalışmasıdır.
Ali Məqamlı Rəhbər Birgə Müştərək Tədbirlər Planının icrası ilə bağlı ölkə başçısına məktub yazdı
Ali Məqamlı Rəhbər Birgə Müştərək Tədbirlər Planının icrası ilə bağlı ölkə başçısına məktub yazdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və Milli Təhlükəsizlik Ali Şurasının sədri cənab Həsən Ruhaniyə ünvanladığı məktubda Birgə Müştərək Tədbirlər Planının İslami Şura Məclisi və Milli Təhlükəsizlik Ali Şurasında dəqiqlik və məsuliyyətlə araşdırıldığına, sözügedən razılaşmanın lazımi hüquqi prosedurlardan keçdiyinə toxunaraq ölkənin və xalqın ali mənafeyinin təmin olunması və qorunması ilə bağlı mühüm tapşırıqlar vermişdir.
Ali Rəhbərlik Məqamı Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi elan yaydı
Ali Rəhbərlik Məqamı Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi elan yaydı
Ali Rəhbərlik Məqamı Baş İdarəsinin bəzi rəsmilərinin “Birgə Müştərək Tədbirlər Proqramının icrasında İran İslam Respublikası dövlətinin müvafiq və qarşılıqlı fəaliyyəti” layihəsinin ratifikasiyası prosesinə birbaşa təsir göstərdikləri barədə yayılmış yanlış və reallığa zidd məlumatların ardınca Ali Rəhbərlik Məqamı Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi analoji informasiyaları təkzib edən elannamə ilə çıxış etmişdir.
Ali Məqamlı Rəhbər Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinə matəm mərasimi təşkil edəcək
Ali Məqamlı Rəhbər Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinə matəm mərasimi təşkil edəcək
Ali Rəhbərlik Məqamı Baş İdarəsinin yaydığı elannamədə deyilir: “İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (12 mehr 1394-cü il, bazar günü) günortadan sonra, saat 15.30-dan 17.30-a qədər Tehran şəhərindəki İmam Xomeyni (r.ə) adına hüseyniyədə Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinin anılması məqsədilə matəm mərasimi təşkil edəcək.
Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplanışına müraciət etdi
Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplanışına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplanışına ünvanladığı müraciətdə qeyd edir ki, imperializmin regionda İslam ümmətinə böyük problem və çətinliklər yaratmaq məqsədilə həyata keçirdiyi şər dolu siyasətlər, qəsbkar İsrail rejiminin törətdiyi cinayətlər, habelə Məscidül-əqsaya qarşı dəfələrlə hörmətsizliyə yol verilməsi bütün müsəlmanların bir nömrəli problemidir.

Seçilmiş ünvanlar