Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının ildönümü günüdə xalqla görüşdü
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının ildönümü günüdə xalqla görüşdü
İslam İnqilabının dahi memarı İmam Xomeyninin (r.ə) vəfatının 25-ci ildönümündə ölkənin dörd bir yanından axışıb gəlmiş Xomeynisevərlər o həzrətin nurlu məqbərəsi yaxınlığında misilsiz bir ehtişam, mübarizlik, qürur və İslam İnqilabının amallarına sevgi nümunəsi təcəssüm etdirdilər, İran xalqının haqq dünyasına qovuşmuş əziz liderinin ideya və amalları ilə bir daha sədaqət əhd-peymanı bağladılar.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsində iştirak etdi
Bu gecə (cümə gecəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, hakimiyyətin 3 qolunun başçılarının, hökumət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə ismət və paklıq mücəssəməsi olan o xanıma həsr edilmiş möhtəşəm əza mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ilk matəm gecəsində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ilk matəm gecəsində iştirak etdi
İslam peyğəmbərinin (s) əziz qızı Həzrət Siddiqeyi-Kübranın (s.ə) şəhadətinin ildönümü ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq təcəssümü olan o xanımın xatirəsinə ilk matəm gecəsi təşkil olundu.
Ali Məqamlı Rəhbər tələbə kollektivlərinin iştirak etdiyi ərbəin mərasiminə qatıldı
Ali Məqamlı Rəhbər tələbə kollektivlərinin iştirak etdiyi ərbəin mərasiminə qatıldı
Ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinin və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə), habelə onun sadiq dost və silahdaşlarının şəhadətinin ərbəin (qırx) günü ilə əlaqədar təşkil olunmuş mərasim İmam Xomeyni (r.ə) adına hüseyniyəni başdan-başa Həzrət Hüseynə (ə) aid hiss və emosiyalarla doldurdu.
Ali Məqamlı Rəhbərin imamətliyi ilə Tehranda Fitr bayramı namazı qılındı
Ali Məqamlı Rəhbərin imamətliyi ilə Tehranda Fitr bayramı namazı qılındı
Mömin, müvəhhid və həmrəy İran xalqı Uca Yaradana bir aylıq oruc və ibadətin şükrü olaraq, böyük və əzəmətli İranın dörd bir yanında xüsusi bir möhtəşəmliklə mübarək Fitr bayramı namazını qıldı.
Bu böyük mənəvi çevrənin tam mərkəzində – paytaxt Tehranda da bu gün səhər dindar insanlar Tehran Universitetində və kilometrlərlə uzanan ətraf küçələrdə toplaşaraq İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə mübarək Fitr bayramı namazını qıldılar.
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının 24-cü ildönümü münasibətilə anım mərasimi keçirəcək
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının 24-cü ildönümü münasibətilə anım mərasimi keçirəcək
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabın dahi memarı, İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (r.ə) ürəkləri dağlayan vəfatının 24-cü ildönümü münasibətilə bazar ertəsi – 3 iyun 2013-cü ildə Böyük Qum məscidində məğrib və işa namazlarından sonra anım mərasimi keçirəcək.

Seçilmiş ünvanlar