Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu mərasimdə iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu mərasimdə iştirak etdi
Bu gün (bazar ertəsi) axşam İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrini təmsil edən insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam peyğəmbərinin gülü Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və dövlət rəsmilərindən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Ayətullah Tehraninin dəfn mərasimində iştirak edərək mərhuma cənazə namazı qıldı
Ali Məqamlı Rəhbər Ayətullah Tehraninin dəfn mərasimində iştirak edərək mərhuma cənazə namazı qıldı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər ruhani alim, əxlaq müəllimi Ayətullah Hacıağa Müctəba Tehraninin dəfn mərasimində iştirak etdi.
Tehrandakı Şəhid Mütəhhəri adına ali mədrəsədə qədirbilən xalqın, üçlü hakimiyyət qüvvələrinin başçılarının, ölkə və ordu rəsmilərinin iştirakı ilə, emosiyalarla dolu izdihamlı bir atmosferdə keçən mərasim zamanı Ali Məqamlı Rəhbər o aliqədr alimin cənazəsinə meyit namazı qıldı.
Ali Məqamlı Rəhbər ordunun hərbi akademiyalarının buraxılış mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər ordunun hərbi akademiyalarının buraxılış mərasimində iştirak etdi
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər İran İslam Respublikası Ordusunun hərbi akademiyalarında təhsil alan müdavimlərin buraxılış, andiçmə və poqon alma mərasimində iştirak etdi. Mərasim zamanı sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) nurlu şəxsiyyətinin təhqir olunması məsələsinə toxunan Ali Baş Komandan aşağıdakıları vurğuladı: “İmperializmin və sionizmin anti-islam siyasətlərini dərk edən xalqlar baş verən hadisədə Amerikanı və bəzi digər Avropa ölkələrini ittiham edirlər. Həmin ölkələrin başçıları bu tip ağılsız hərəkətlərin qarşısını alaraq bu böyük günah və cinayətə şərik olmadıqlarını əməldə sübut etməlidirlər”.

Seçilmiş ünvanlar