Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Ali Rəhbərinin “Beynəlxalq Qüds Günü” münasibətilə teleçıxışı
İslam İnqilabının Ali Rəhbərinin “Beynəlxalq Qüds Günü” münasibətilə teleçıxışı
İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının sonuncu cüməsi, eyni zamanda Beynəlxalq Qüds Günü etdiyi çıxışı zamanı qüvvələr balansının İslam dünyası və müqavimət cəbhəsinin xeyrinə dəyişməsinə, qarşılığında ABŞ və sionist rejimin aşkar iflasına işarə edərək bir neçə zəif dövlətlə olan əlaqələrin adiləşdirilməsinin işğalçı rejimin süqutuna mane olmayacağını dedi.
Ali Rəhbərin iştirakı ilə Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş mərasim keçirildi
Ali Rəhbərin iştirakı ilə Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş mərasim keçirildi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə keçirilən bu məclisdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali Həzrət Fatimeyi-Zəhranın (s.ə) dua, zikir və ibadətdə insanların üstünü olduğunu dedi: “Allah-taalanın lütfü bütün yaranmışlara şamil olur. Lakin Allahın xüsusi lütf və mərhəməti Onun dərgahında yoxsulluğunu və təvazökarlığını daha çox göstərən adamlara aid olur”.
Ali Rəhbərlik İdarəsinin Elanı
Ali Rəhbərlik İdarəsinin Elanı
Ali Rəhbərlik İdarəsi elan edir ki, “Fatimiyyə (s.ə) günləri” adlı matəm məclisi İmam Xomeyni (r.ə) adına hüseyniyədə ümumi şəkildə qeyd edilməyəcək. İslam İnqilabının Rəhbərinin iştirakı ilə təşkil edilən matəm tədbiri televiziya kanalları vasitəsilə yayımlanacaq.
İslam İnqilabının Rəhbəri Möhsün Fəxrizadənin şəhadəti münasibətilə bəyanat verdi
İslam İnqilabının Rəhbəri Möhsün Fəxrizadənin şəhadəti münasibətilə bəyanat verdi
Həzrət Ayətullah Xamenei nüvə və müdafiə sənayesi üzrə seçilən və yüksək alim olan cənab Möhsün Fəxrizadənin şəhadəti münasibətilə başsağlığı bəyanatı verdi. O, bəyanatda bu cinayəti göstəriş verənlər və onu həyata keçirənlərin qəti şəkildə cəzalandırılması, habelə şəhidin elmi və texnoloji fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğuladı.
İslam İnqilabının Ali Rəhbəri Həcc günləri münasibətilə müraciət ünvanladı
İslam İnqilabının Ali Rəhbəri Həcc günləri münasibətilə müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Həcc günləri münasibətilə ünvanladığı müraciətdə İslam ümmətinin təcavüzkar ABŞ və sionist rejimi qarşısındakı vəhdətinin zəruriliyini, habelə məzlum Fələstinə yardım, Yəmənin yaralı bədəninə və dünyanın bütün nöqtələrində zülmə məruz qalmış müsəlmanlara görə narahatlıq hissi keçirilməsinin diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayaraq bir neçə günlük şəxsi mənfəətlərinə görə qəsbkar sionist rejimi ilə dostluq edən bəzi İslam ölkələrinin başçılarına bu alçaldıcı davranışdan çəkinməyi tövsiyə etdi.
Ali Rəhbərin İslami Şura Məclisinin on birinci mərhələsi ilə bağlı müraciəti
Ali Rəhbərin İslami Şura Məclisinin on birinci mərhələsi ilə bağlı müraciəti
İslam İnqilabının Ali Rəhbəri İslami Şura Məclisinin on birinci mərhələsinin açılışı münasibətilə ünvanladığı müraciətdə parlamentin işlərin başında olmasının zəruri şərtlərindən birinin fəal, nizam-intizamlı, dürüst, əmanətdar, ölkənin mövcud şəraiti və prioritetlərini bilən nümayəndlələrin iştirakının olduğunu dedi. İqtisadiyyat və mədəniyyətin ölkənin prioritetlərinin başında dayandığını bildirən Ali Rəhbər nümayəndələrə zəif təbəqələrin məişətinə üstünlük verilməsi, iqtisaidyyatın məşğulluq, istehsal və inflyasiya kimi əsas xətlərinin islah edilməsi, nəzarət vəzifələrinin həyata keçirilməsində təqva və insafa riayət edilməsi, mühüm hadisələr zamanı inqilabçı mövqelərdən çıxış etməyi, icraçı və məhkəmə orqanları ilə qardaşcasına əməkdaşlıq etmək kimi məsələləri tövsiyə etdi.

Seçilmiş ünvanlar