Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Rəhbərin iştirakı ilə Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş mərasim keçirildi
Ali Rəhbərin iştirakı ilə Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş mərasim keçirildi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə keçirilən bu məclisdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali Həzrət Fatimeyi-Zəhranın (s.ə) dua, zikir və ibadətdə insanların üstünü olduğunu dedi: “Allah-taalanın lütfü bütün yaranmışlara şamil olur. Lakin Allahın xüsusi lütf və mərhəməti Onun dərgahında yoxsulluğunu və təvazökarlığını daha çox göstərən adamlara aid olur”.
Ali Rəhbərlik İdarəsinin Elanı
Ali Rəhbərlik İdarəsi elan edir ki, “Fatimiyyə (s.ə) günləri” adlı matəm məclisi İmam Xomeyni (r.ə) adına hüseyniyədə ümumi şəkildə qeyd edilməyəcək. İslam İnqilabının Rəhbərinin iştirakı ilə təşkil edilən matəm tədbiri televiziya kanalları vasitəsilə yayımlanacaq.
Ali Rəhbərin Həzrət Zeynəbin viladəti və Tibb bacısı günü münasibətilə çıxışı oldu
Ali Rəhbərin Həzrət Zeynəbin viladəti və Tibb bacısı günü münasibətilə çıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər televiziya vasitəsilə birbaşa yayımlanan çıxışı zamanı bütün tibb bacılarını Həzrət Zeynəbi-Kübranın (s.ə) viladəti və “Tibb bacısı” günü münasibətilə təbrik edərək tibb bacısının xəstənin şəfqət mələyi olduğunu dedi: “Bizim əziz tibb bacıları korona dövründə, şəraitin adi haldakından daha ağır və narahatedici olduğu bir vaxtda böyük bir işə imza ataraq, həqiqətən, heyrət doğuran səhnələr və fəaliyyətlər nümayiş etdirdilər”.
İnqilabın Rəhbəri Şəhid Süleymaninin anım mərasiminin təşkilatçıları ilə görüşdü
İnqilabın Rəhbəri Şəhid Süleymaninin anım mərasiminin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Şəhid General Süleymaninin anım mərasiminin təşkilatçıları və şəhidin möhtərəm ailəsi ilə görüşdə Şəhid Süleymaninin İran xaqlı və İslam ümmətinin qəhrəmanı olduğunu dedi: “İraq və İranda milyonlarla insanın müşayiəti ilə Şəhid Süleymani və Şəhid Əbumehdi Mühəndisin dəfn edilməsi amerikalılara endirilmiş birinci sərt sillə idi. Ancaq ondan da sərt sillə proqram təminatı vasitəsilə imperializmin puç heybəti üzərində qələbə və ABŞ-ın regiondan çıxarılması idi. Təbii ki, general Süleymaninin qatilləri və bu qətli göstəriş verənlərdən də intiqam alınmalıdır. Bu intiqam, nə zaman mümkün olsa, mütləq alınmalıdır”.
İslam İnqilabının Rəhbəri Möhsün Fəxrizadənin şəhadəti münasibətilə bəyanat verdi
Həzrət Ayətullah Xamenei nüvə və müdafiə sənayesi üzrə seçilən və yüksək alim olan cənab Möhsün Fəxrizadənin şəhadəti münasibətilə başsağlığı bəyanatı verdi. O, bəyanatda bu cinayəti göstəriş verənlər və onu həyata keçirənlərin qəti şəkildə cəzalandırılması, habelə şəhidin elmi və texnoloji fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğuladı.
İslam İnqilabının Ali Rəhbəri İqtisadi Koordinasiya Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri İqtisadi Koordinasiya Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər üç qüvvənin rəhbərləri və İqtisadi Koordinasiya Ali Şurasının digər üzvləri ilə görüşdə ölkə iqtisadiyyatının dörd əsas lazımlı istiqamətini təşkil edən büdcə kəsri probleminin həlli, investisiyanın artırılması, istehsal sıçrayışı, zəif təbəqələrin himayə edilməsi məsələlərinə toxunaraq dedi: “Məsul şəxslərin ciddi və davamlı səyləri ilə elmi həll yollarının icrasının insanların həyatına təsirləri müəyyən edilməlidir”.
Ali Məqamlı Rəhbərin Müqəddəs Müdafiə savaşının və müqavimət hərəkatının veteranlarına həsr olunmuş mərasimə videoformatda qatılaraq çıxış etmişdir
Ali Məqamlı Rəhbərin Müqəddəs Müdafiə savaşının və müqavimət hərəkatının veteranlarına həsr olunmuş mərasimə videoformatda qatılaraq çıxış etmişdir
Bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə savaşının və müqavimət hərəkatının veteranlarına həsr olunmuş mərasimə videoformatda qatılaraq çıxış etdi. İran xalqının Müqəddəs Müdafiə savaşındakı parlaq və danılmaz qələbəsinə işarə edən Ali Məqamlı Rəhbər dedi: “Bu reallıq İmam Xomeyninin misilsiz liderliyinin və komandanlığının, xalqın müxtəlif təbəqələrinin hərtərəfli iştirakının, İslamın və İnqilabın müdafiəçilərinin bu tarixi qəhrəmanlıq salnaməsində atdığı rasional addımların nəticəsidir.
Ali Rəhbərin təlim-tərbiyə və təhsil işləri üzrə məsul şəxslərlə videokonfransı oldu
Ali Rəhbərin təlim-tərbiyə və təhsil işləri üzrə məsul şəxslərlə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər təhsil naziri, nazirin müavinləri, nazirliyin şöbə müdirləri və rəhbər işçiləri ilə vidoe bağlantı vasitəsilə təşkil edilmiş otuz dördüncü təhsil konfransı tədbirində gigiyenik qaydalara əməl edərək İmam Hüseynə eşq və coşqu ilə matəm saxladığına və böyük mənəvi hərəkat yaratdığına görə xalqa səmimi qəlbdən təşəkkür etdi.

Seçilmiş ünvanlar