Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbərin Həmasın Siyasi İdarəsinin müdiri İsmayıl Həniənin məktubuna cavabı
Ali Məqamlı Rəhbərin Həmasın Siyasi İdarəsinin müdiri İsmayıl Həniənin məktubuna cavabı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) Siyasi İdarəsinin müdiri cənab İsmayıl Həniənin bir müddət əvvəl göndərdiyi məktuba cavabında İslam Respublikasının Fələstini və Fələstin mücahidlərini tam dəstəkləyən dəyişməz mövqelərini əsas gətirərək Fələstin probleminin həllinin İslam dünyasının mübarizə və müqavimət cinahının gücləndirilməsi, habelə qəsbkar rejim vo onun havadarlarına qarşı aparılan mübarizənin daha da kəskinləşdirilməsində olduğunu qeyd etmişdir.
İslam İnqilabının Ali Rəhbərinin general Qasım Süleymaninin məktubuna cavabı
İslam İnqilabının Ali Rəhbərinin general Qasım Süleymaninin məktubuna cavabı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslam İnqilabının Keçikçilər Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasım Süleymaninin “Şəcəreyi-xəbisə” (xəbis ağac) adlandırdığı İşidin hakimiyyətinin sona çatması ilə bağlı ünvanladığı məktubuna cavabında vurğulayıb: “Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”.
Ölkə başçısının nüvə danışıqlarının nəticəsi ilə bağlı məktubu və Ali Məqamlı Rəhbərin cavabı
Ölkə başçısının nüvə danışıqlarının nəticəsi ilə bağlı məktubu və Ali Məqamlı Rəhbərin cavabı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Həsən Ruhaninin nüvə danışıqlarının nəticəsi ilə bağlı ona ünvanladığı məktuba cavab olaraq, çəkdiyi zəhmətlərə görə ölkə prezidentinə təşəkkürünü bildirmiş, danışıqlarda iştirak edən komandaya yorulmaq bilmədən, ardıcıl surətdə göstərdikləri səylərə görə qədirdanlığını ifadə etmiş, bu danışıqların sonuclanmasını mühüm bir addım adlandırmışdır.
Ali Məqamlı Rəhbər Fransada baş vermiş son olaylarla bağlı Avropa və Şimali Amerika gənclərinə müraciət etdi
Ali Məqamlı Rəhbər Fransada baş vermiş son olaylarla bağlı Avropa və Şimali Amerika gənclərinə müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fransada baş vermiş son olayların ardınca ölkə jurnallarından birində İslam Peyğəmbərinin (s) karikaturasının nəşr edilməsi, Qərb rəsmiləri və mediası tərəfindən islamafobiya və anti-islam tendensiyasının gücləndirilməsi ilə əlaqədar olaraq, Avropa və Şimali Amerika gənclərinə mühüm bir məktub ünvanladı.
Ali Məqamlı Rəhbər ölkə başçısının nüvə danışıqlarının gedişatı ilə bağlı məktubunu cavablandırdı
Ali Məqamlı Rəhbər ölkə başçısının nüvə danışıqlarının gedişatı ilə bağlı məktubunu cavablandırdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Ruhaninin nüvə danışıqlarının gedişatı ilə bağlı məktubunun cavabında ölkəni bu diplomatik prosesdə təmsil edən heyətə təşəkkür və qədirdanlığını bildirərək deyir: “Şübhəsiz ki, bu uğura yol açmış amillər Allahın yardımı, İran xalqının duaları və dəstəyidir. Haqsız tələblərə qarşı daim müqavimət göstərmək bu sferada təmsil olunan rəsmilərin fəaliyyətində düzgün kursun meyarı olmalıdır”.
Ali Məqamlı Rəhbər Kəşfiyyat Nazirinə məktub ünvanladı
Ali Məqamlı Rəhbər Kəşfiyyat Nazirinə məktub ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kəşfiyyat Nazirinə ünvanladığı məktubda aşağıdakıları qeyd etdi: “Sizdən istəyim budur ki, Kəşfiyyat Nazirliyinin öhdəsinə düşən mühüm daxili və xarici missiyaların yerinə yetirilməsi istiqamətində əvvəlkindən də artıq əzm və təşəbbüskarlıq göstərəsiniz”.

Seçilmiş ünvanlar