
Xəbərlər


İnqilabın Rəhbərinin İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə teleçıxışı oldu
Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə etdiyi teleçıxışında İslam Respublikası nəzəriyyəsinin irəli sürülməsi və gerçəkləşdirilməsinin, yəni xalis İslam bünövrəsinə və İslamın dərinliklərindən qaynaqlanan xalq hakimiyyətinə əsaslanan hökumət təşkilinin mərhum və əzəmətli İmamın ən mühüm təşəbbüslərindən olduğunu dedi: “Düşmənlərin İslam Respublikası və İmam Xomeyni dövlətinin süquta uğrayacağı ilə bağlı verdikləri proqnozlara rəğmən, bu dövlətin davamlılığının əzəmətinin sirri respublika və İslam sözlərinin birlikdəliyi, yəni İslam və xalqın vahid hakimiyyətidir. Bundan sonra da bu iki sözün birlikdəliyi davamlı inkişafın zəmanətçisi olacaq”.

İnqilabın Ali Rəhbərinin İslami Şura Məclisinin nümayəndələri ilə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər İslami Şura Məclisinin sədri və üzvləri ilə videokonfrans formatında keçirdiyi görüşdə seçkilərin son vəziyyəti ilə bağlı mühüm məsələlərdən danışdı.

İslam İnqilabının Rəhbərinin tələbə təşkilatları ilə videokonfrans formatında görüşü oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra tələbə təşkilatları ilə videokonfrans formatında keçirdiyi görüş zamanı dəyişiklik istəyi ilə bağlı əsas strategiyaya işarə edərək bütün idarəetmə sahələri və ümumi həyat tərzinin müəyyən hissələrində sıçrayış yaradılmasının, metod və funksiyaların yeniliyi ilə müşayiət olunan cihadın zəruriliyini qeyd edərək ilk növbədə 28 xordad seçkilərində iştirakın əhəmiyyətli olduğunu vurğuladı və bu işitrakın mühüm nəticələrinə aydınlıq gətirdi: “İkinci növbədə isə yaxşı və arzuolunan seçimlə mömin, inqilabçı, bacarıqlı, işbilən, xaqla olan, ümid dolu, gənclərə və daxili imkanlara inanan, sözün həqiqi mənasında ədalət tələb edən və antikorrupsioner olan bir adamı iş başına gətirmək lazımdır”.

İslam İnqilabının Rəhbərinin Mübarək Məbəs bayramı münasibətilə teleçıxışı oldu
İslamın əziz Peyğəmbərinin mübarək Məbəs bayramı münasibətilə təbrik çıxışı edən İslam İnqilabının Ali Rəhbəri Allahın bu böyük hədiyyəsinin məqsədlərinin ilahi hakimiyyət, bəşəriyyətin inkişafı, ədalətin bərqərar edilməsi və pak həyatın yaradılması olduğunu dedi.

İslam İnqilabının Ali Rəhbəri Xubriqan Məclisinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan sonra Xubriqan Məclisinin sədri və xalq tərəfindən seçilmiş üzvləri ilə görüşdə İslamın elm və dəyərlər sisteminin İslam dövlətinin struktur proqram təminatı olduğunu dedi.

İslam İnqilabının Ali Rəhbərinin Təbriz əhalisi ilə videokonfrans formatında görüşü oldu
İslam İnqilabının Ali Rəhəbri bu gün (çərşənbə) səhər Təbriz əhalisinin bir qrup nümayəndəsi ilə videokonfrans formatında təşkil edilən görüşü zamanı qeyd etdi ki, 29 bəhmən 1356-cı ilin tarixi və unudulmaz qiyamının bu regionun əhalisinin çoxsaylı qürurverici fəaliyyətlərinin yalnız bir parçasıdır.

İslam İnqilabının Ali Rəhbəri HHQ və HHMQ-nin bir qrup komandanı ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı ilə görüşdə Həmafəranın (İranın şahənşahlıq dövrünün hərbi hava qüvvələri) 19 bəhmən 1357-ci il tarixində İmam Xomeyni (r.ə) ilə etdikləri tarixi beyəti hər kəsdə çaşqınlıq yaradan mühüm hadisələrdən və İnqilabın qələbəsinin əsas amillərindən, habelə amerikalıların hesablamalarının yanlışlığından xəbər verən əlamətlərdən olduğunu dedi: “İnqilabın sürətli hərəkətinin davamlılığının şərti xalqın meydanda olması, fasiləsiz iş və çalışma, xüsusilə məsul şəxslər arasında söz birliyi, ilahi vədə etimad, milli güc komponentlərinin əməldə artırılmasıdır”.

İslam İnqilabının Rəhbərinin bir qrup məddahla vidoegörüşü oldu
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə bu gün səhər bir qrup məddahla videokonfransı olan İslam İnqilabının Rəhbəri Həzrət Siddiqeyi-Tahirənin (s.ə) İslamın qadın, ana və həyat yoldaşı ilə bağlı konsepsiyalarının ən ali təcəssümü olduğunu dedi: “İslama görə, insanın intellektual və mənəvi tərbiyəsinin ən güclü bünövrəsi ailə ocağında qoyulur. Qadının müxtəlif istiqamətlər üzrə həqiqi inkişafına məhz bu ocaqda zəmin yaranır”.

İnqilabın Rəhbərinin 19 dey 1356-cı il qiyamının ildönümü münasibətilə teleçıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər Qum əhalisinin 19 dey 1356-cı il (9 yanvar 1978) tarixli qiyamının ildönümü münasibətilə etdiyi teleçıxışı zamanı bu təyinedici qiyamın adı və xatirəsi, onun dini və anti-ABŞ məzmununun qorunub saxlanmasının zəruri olduğunu vurğuladı.

Ali Rəhbərin Həzrət Zeynəbin viladəti və Tibb bacısı günü münasibətilə çıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar günü) səhər televiziya vasitəsilə birbaşa yayımlanan çıxışı zamanı bütün tibb bacılarını Həzrət Zeynəbi-Kübranın (s.ə) viladəti və “Tibb bacısı” günü münasibətilə təbrik edərək tibb bacısının xəstənin şəfqət mələyi olduğunu dedi: “Bizim əziz tibb bacıları korona dövründə, şəraitin adi haldakından daha ağır və narahatedici olduğu bir vaxtda böyük bir işə imza ataraq, həqiqətən, heyrət doğuran səhnələr və fəaliyyətlər nümayiş etdirdilər”.

İnqilabın Rəhbəri Şəhid Süleymaninin anım mərasiminin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Şəhid General Süleymaninin anım mərasiminin təşkilatçıları və şəhidin möhtərəm ailəsi ilə görüşdə Şəhid Süleymaninin İran xaqlı və İslam ümmətinin qəhrəmanı olduğunu dedi: “İraq və İranda milyonlarla insanın müşayiəti ilə Şəhid Süleymani və Şəhid Əbumehdi Mühəndisin dəfn edilməsi amerikalılara endirilmiş birinci sərt sillə idi. Ancaq ondan da sərt sillə proqram təminatı vasitəsilə imperializmin puç heybəti üzərində qələbə və ABŞ-ın regiondan çıxarılması idi. Təbii ki, general Süleymaninin qatilləri və bu qətli göstəriş verənlərdən də intiqam alınmalıdır. Bu intiqam, nə zaman mümkün olsa, mütləq alınmalıdır”.

İslam İnqilabının Ali Rəhbəri İqtisadi Koordinasiya Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər üç qüvvənin rəhbərləri və İqtisadi Koordinasiya Ali Şurasının digər üzvləri ilə görüşdə ölkə iqtisadiyyatının dörd əsas lazımlı istiqamətini təşkil edən büdcə kəsri probleminin həlli, investisiyanın artırılması, istehsal sıçrayışı, zəif təbəqələrin himayə edilməsi məsələlərinə toxunaraq dedi: “Məsul şəxslərin ciddi və davamlı səyləri ilə elmi həll yollarının icrasının insanların həyatına təsirləri müəyyən edilməlidir”.

İslam İnqilabının Ali Rəhbəri Korona ilə Milli Mübarizə Qərargahının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər prezident və Korona ilə Milli Mübarizə Qərargahının üzvləri ilə görüşdə göstərdiyi xidmətlərə görə qərargaha təşəkkür etdikdən sonra mühüm tövsiyələr verdi.

Ali Rəhbər Silahlı Qüvvələrin ali hərbi məktəblərinin buraxılış mərasimində iştirak etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər İmam Əli (ə) adına Hərbi Akademiyada təşkil edilən Silahlı Qüvvələrin ali hərbi məktəblərinin müştərək buraxılış mərasiminə videokonfrans formatında qoşuldu.

Ali Rəhbərin təlim-tərbiyə və təhsil işləri üzrə məsul şəxslərlə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər təhsil naziri, nazirin müavinləri, nazirliyin şöbə müdirləri və rəhbər işçiləri ilə vidoe bağlantı vasitəsilə təşkil edilmiş otuz dördüncü təhsil konfransı tədbirində gigiyenik qaydalara əməl edərək İmam Hüseynə eşq və coşqu ilə matəm saxladığına və böyük mənəvi hərəkat yaratdığına görə xalqa səmimi qəlbdən təşəkkür etdi.

İnqilabın Ali Rəhbərinin “Hökumət həftəsi” münasibətilə nazirlərlə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xümeneinin Hökumət həftəsi münasibətilə bu gün (bazar) səhər dövlət başçısı və hökumət rəhbərləri ilə vidoekonfransı oldu.

İslam İnqilabının Ali Rəhbəri İraqın baş nazirini qəbul etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Mustafa əl-Kazimi ilə görüşdə İran və İraq arasındakı əlaqələrin zəngin tarixi, dini və mədəni ortaqlıqlara, ortaq adət və ənənələrə əsasən, sözün həqiqi mənasında qardaşcasına olduğunu dedi: “İkitərəfli münasibətlərdə İran İslam Respublikası üçün ən çox əhəmiyyət daşıyan məsələ İraqda şəraitin yaxşılaşması, regional güc, maraqlar, mənfəətlər, təhlükəsizlik və izzətdir”.

Ali Rəhbərin İslam Şurası Məclisinin üzvləri ilə videokonfrans şəklində görüşü oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər İslam Şurası Məclisinin üzvləri ilə videokonfrans şəklində keçirdiyi görüşdə on birinci çağırış parlamentinin xalqın ümid və gözləntisinin simvolu olduğunu dedi.
