Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İnqilabın Rəhbəri Tehranda izdihamla müşayiət olunan, unudulmaz Cümə namazı qıldı
İnqilabın Rəhbəri Tehranda izdihamla müşayiət olunan, unudulmaz Cümə namazı qıldı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehranda böyük bir izdihamın müşayiəti ilə qıldığı unudulmaz Cümə namazında qeyd etdi ki, müdrik xalqın Hacı Qasım Süleymani və onun mücahid yoldaşlarının dəfn mərasimindəki ecazkar iştirakı və Sepahın amerikalıların Eynül-Əsəd bazasına hücum edərək verdikləri sarsıdıcı cavab təyinedici və dərs götürüləcək iki Allah günü idi: “Xalq öz batinini, yəni şeytan qarşısındakı əzmkarlığını bu iştirak vasitəsilə göstərdi. Bu izzətli yolun davam etdirilməsinin yeganə yolu İranın bütün sahələrdə daha da güclü olmasıdır”.
İslam İnqilabının Ali Rəhbəri və minlərlə insanın iştirakı ilə anım mərasimi keşirildi
İslam İnqilabının Ali Rəhbəri və minlərlə insanın iştirakı ilə anım mərasimi keşirildi
İslam İnqilabının Ali Rəhbəri və xalqın müxtəlif təbəqələrdən olan minlərlə nümayəndəsinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə ABŞ-ın terror cinayətinin qurbanı olmuş İslamın böyük və iftixarlı komandanı şəhid general Hacı Qasim Süleymani, böyük mücahid şəhid Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlərin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.
Tehran Universitetində vida mərasimi təşkil edildi
Tehran Universitetində vida mərasimi təşkil edildi
Tehranın dirçəlişi, mömin və qədirbilən xalqın İslamın böyük və iftixarlı komandanı general şəhid Hacı Qasim Süleymani ilə tarixi vida günü İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinə gələrək bu uca şəhidə, böyük mücahid Əbu Mehdi Əl-Mühəndis və ABŞ terrorçu rejiminin son cinayətinin qurbanı olmuş digər şəhidlərin nəşinə namaz qıldı.
İmam Hüseynin “Ərbəin” mərasimi keçirildi
İmam Hüseynin “Ərbəin” mərasimi keçirildi
Şəhidlər sərvərinin “Ərbəin” ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyə ölkənin bütün bölgələrindən gəlmiş tələbə heyətlərinə ev sahibliyi etdi. Matəm saxlayan tələbələr İslam İnqilabının Ali Rəhbərinin hüzurunda Uca Kərbəla zəvvarlarının səsinə səs verərək “Ləbbeykə Ya Hüseyn” şüarını səsləndirdilər.
Şami-qəriban mərasimi keçirildi
Şami-qəriban mərasimi keçirildi
“Şami-qəriban” axşamı İslam İnqilabının Ali Rəhbəri, dövlət rəsmiləri, qəlbində Əhli-beyt (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər ağası və öndəri Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasimi keçirildi.
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni adına (r.ə) hüseyniyyədə İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni adına (r.ə) hüseyniyyədə İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi keçirildi
Dövlət rəsmilərindən bir qrupu və İmam Hüseynə (ə) matəm saxlayan minlərlə insanın iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali ilahi sınaqlar zamanı doğru duruş formasının necə olmasından danışdı: “İlahi vəd, peyğəmbələr və Allah dostlarının həyatının tarixi təcrübəsi göstərir ki, əgər ictimai təqvamız olsa, Allaha təvəkkül etsək və ilahi rəhbərdən ayrı düşməsək, Allah-taala problemləri adlamağımız üçün imkan yaradar”.
İslam İnqilabının Ali Rəhbərinin Allah evinin ziyarətçilərinə müraciəti
İslam İnqilabının Ali Rəhbərinin Allah evinin ziyarətçilərinə müraciəti
Həzrət Ayətullah Xamenei Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətində qeyd edib ki, başda ABŞ olmaqla imperialistlərə qarşı nifrət səsinin ucaldılmasının mənası məzlum insanların öldürülməsi və müharibəçi fəaliyyətlərə nifərt, İŞİD və ABŞ-ın Bləkvoter kimi terrorçu mərkəzlərinin qınanması, İslam ümmətinin uşaq qatili olan sionizm və onun havadarları və himayədarlarına qarşı təhdid səsini ucaltması, ABŞ və köməkçilərinin həssas Qərbi Asiya və Şimali Afrika regionunda müharibə odunu qızışdıran davranışlarının qınanması deməkdir. O vurğulayıb ki, müsəlmanların bütün siyasi məsələlərinin başında Fələstin problemi dayanmalıdır:

Seçilmiş ünvanlar